Ağlımız hakim, duyğularımız isə şahidlərimizdir. Ağıl həmin şahidlər vasitəsi ilə alınan şeyləri müqayisə edir. Ağıl həssasdır, o, müşahidəni mühakimə etməlidir. Deni Didro
Azadlığa çıxmanın indiyədək məhəl qoymadığımız ən adi, ən sadə açarı elə budur: yalana qoşulmamaq! Qoy yalan dünyanı bürüsün, qoy yalan hamıya hakim kəsilsin, ancaq kiçicik bir şeydə möhkəm duraq - yalanın hakim olmasında mənim əlim olmasın. Aleksandr Soljenitsın
Bir hakim yaxşı niyyətlə dinləməli, ağıllıca cavab verməli, sağlam düşünməli, tərəfsiz olaraq qərar verməlidir. Sokrat
Bizi məhv, yaxud bizə pislik edə biləcək gələcək şərin təsəvvüründən yaranmış xoşagəlməz hisslərdən və pərtlikdən ibarət qorxu hissi bizə hakim olsun. Aristotel
Böyük səbrə malik insan cəsur birisindən xeyli üstündür, özünə hakim olan insan isə bir şəhəri fəth edən sərkərdədən daha böyük ixtiyar sahibidir. Süleyman
Din insanlıq tarixinə hakim olan və cəmiyyətləri yaşadan ən böyük qüvvədir. [1]Henri Bencamin Kostant
Dünyada üç yazıq var: taxtdan salınmış hakim, var-yoxdan çıxmış varlı və dəlilər içinə düşmüş ağıllı. Monqol atalar sözləri
Dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır - müəllim, hakim və həkim. Sokrat
Düşmənlər arasında hakim olmaq, dostlar arasında hakim olmaqdan yaxşıdır. Birinci halda düşmənlərdən biri dostuna çevrilir, ikinci halda dostlardan biri düşmənə. Bəhmənyar əl-Azərbaycani
Düşüncələrimizə hakim olan və əqidələrimizi tabe etdirən ideyalar elə bir zəncirdir ki, ürəyimizi qırmadan onlardan azad ola bilmərik. Karl Marks
Ehtirasları icazəli və qadağan edilən ehtiraslara bölən haqlı deyil. Bir insan onlara hakim olduqda bütün ehtiraslar yaxşı, tabe olduqda isə pisdir. Jan Jak Russo
Emosiyalarıma baş əymək istəmirəm. Onlardan istifadə etmək, həzz almaq və onlara hakim olmaq istəyirəm. Oskar Uayld
Hakimdə dörd zəruri keyfiyyət olmalıdır: o, səbr və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır. Sokrat
Hakimlər gəldi-gedərdi, yalnız xalq ölməzdir. Henrix Heyne
İgidlik təkcə o deyil ki, düşmənlərə qalib gələsən, öz ehtiraslarına hakim olmaq da adamdan igidlik tələb edir, yoxsa bəziləri şəhərlər üzərində hakimlik etsələr də, özləri qadınların kölələridir. Demokrit
İlk iki dövr geridə qalmışdır; müsbət elmin və düşüncənin hakim olduğu dövrə girdik. Ogüst Kont
İnsan şah və ya hakim kimi yaşaya bilər, lakin o, insan kimi ölməlidir. Con Uebster
Qalib hər zaman hakim, şübhəli məğlub olacaq. German Görinq
Qarşınızda seçim var: ya siz ağlınıza sahib çıxırsınız, yaxud da o, sizə hakim olur. İkinci variantla artıq yaşamısınız: siz qorxuların, nevrozların, qətiyyətsizliyin sizi ələ keçirməsinə icazə verirsiniz, çünki insanlar özlərini məhv etməyə meyllidirlər. Paulo Koelyo
Qəzəbinə hakim olmasan, heç nədən başına iş açıb peşman olarsan. Konfutsi
Qoçaqlıq ona deyilir ki, nəfs öz möhkəmliyi üzərində hakim olsun, qorxu vaxtı səbir və təmkinini mühafizə etsin, nizam-intizamsız hərəkətlərə yol verməsin. Nəsirəddin Tusi
Zalım şəxsin üç əlaməti vardır; günaha batıb özündən üstünə zülm edər; özü hakim olduqda özündən aşağıya zülm edər; zülmkara kömək göstərərək zülm edər. Həzrəti Əli
Zövqə əsir olan deyil, hakim olan xoşbəxtdir. Aristofan