Ömər Xəyyam
Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (fars. عُمَر خَیّام نیشابوری); və ya sadəcə Ömər Xəyyam (1048 – 1131) — dahi fars şairi, riyaziyyatçısı, astronomu və filosofu.
Ömər Xəyyam | |||
Doğum tarixi | 18 may 1048 | ||
Doğum yeri | Nişapur, Hira | ||
Vəfat tarixi | 4 dekabr 1131 | ||
Vəfat yeri | Nişapur | ||
Dəfn yeri | Omar Khayyam Mausoleum | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aldığın hər nəfəsi fürsət bil, ot deyilsən ki, yenidən bitəsən.
B
redaktə- Biz bir də bu dünyaya gəlməyəcək, əzizlərimizlə bir süfrə arxasında yığışmayacağıq. Onda hədər gedən hər zərrə anı belə tutmağa çalış – çünki heç nəyi sonradan geri qaytarmaq mümkün deyil.
- Biz həm sevinc mənbəyi, həm də kədər yatağıyıq.
Biz rəzalət yuvası və şəffaf bulağıq.
İnsan sanki güzgüdəki çoxüzlülər dünyasıdır.
O, həm cılız, həm də dünyaya sığmayacaq qədər əzəmətlidir. - Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik.
- Bu həyat aldığın nəfəs qədər qısadır. Bu can sənə verilmiş bir əmanətdir. Onunla əmanətə layiq kimi rəftar elə.
- Bu həyatda müdrik yaşamaq üçün gərək insan kamil ola. İki vacib qaydanı öncə yadında saxla: Hər nə gəldi yeməkdən, yaxşıdır insan ac qala, kimlə gəldi olmaqdansa, ömürlük tənha ol.
Ç
redaktə- Çirkinə, gözələ baxmaz həqiqət,
Birdir aşiqlərçün cəhənnəm, cənnət.
Dərd əhli palaza, atlasa baxmaz,
Yastıqla kərpici seçməz məhəbbət.
D
redaktə- Dərilən gül verilməli, yazılan şeir sonlanmalı, sevilən qadınsa xoşbəxt olmalıdır. Yoxsa altından qalxa bilməyəcəyin işə baş qoşmamalısan.
- Dostla da, düşmənlə də yaxşı olmalısan! Kim təbiətcə mehribandırsa, onda kin tapa bilməzsən. Dostu incitsən — düşmən edərsən, Düşmənə qucaq aç — dost taparsan.
- Dünyanı yenidən yaradardı, məni də yanında saxlayardı, deyərdim: ya məni sil dəftərdən, ya da mənim istədiyim kimi yarat dünyanı.
- Düşüncəli ruh tək olmağa meyillidir.
E
redaktə- Ey kor! Bu yer, bu göy, bu ulduzlar boşdur boş! Burax onu-bunu könlünü xoş tut! Durmadan qurulub dağılan bu dünyada bir nəfəsdir alacağın. O da boşdur, boş!
- Ey sevginin sirlərindən xəbərsiz yaşayanlar! Bilin ki, bütün varlığın əsas qaynağı sevgidir, sevgi…
Ə
redaktə- Ədalət kainatın ruhudur.
- Əsl yazıçı xalqı qaranlıq dünyadan aydınlığa aparan insan olmalıdır.
G
redaktə- Gedəni saxlama, gələni isə qovma. Bax o zaman əsl xoşbəxtlik özü səni tapacaq.
- Gələcək və keçmiş üçün üzülmə, bugünkü xoşbəxtliyin qiymətini bil.
- Güclü olduğuna inandırdın məni; bol-bol da verdin mənə verəcəklərini. Yüz il günah işlədib bilmək istərəm; günahlarmı sonsuz, yoxsa sənin rəhmətin.
H
redaktə- Hamı çox yaşamaq istəyir, amma hamı qocalmaq istəmir.
- Hər dildə bir söz var, qətiyyən inanmayın! Biri bir söz söylədisə, sözə deyil söyləyənə baxın.
- Hər qızılgülün öz tikanı var, bu da onun saçdığı ətrin dəyəridir. Kef məclislərinin dəyəri – sərxoşluqdan sonrakı süstlükdür. Özünün ən atəşli vüsalına yetişmək üçün sən illərlə həsrət çəkməlisən.
- Həyat tərəfindən döyülən çox şeyə nail olacaq. Ağzı duzdan yanmış insan, balın dadını daha yaxşı biləcək. Göz yaşı tökmüşlər daha ürəkdən gülür. Kim ki, ölüb, yaşadığını anlayır.
- Həyatda çox vaxt səhv edərək, bizə dəyərli olanları itiririk. Yadların xoşuna gəlməyə çalışırkən, doğmalara yad düşürük. Bizə layiq olmayanları bəzən ucaldır, ən sadiqlərə isə arxa dönürük. Bizi ən çox sevənlərin qəlbinə dəyir, özümüz isə üzürlər gözləyirik.
- Həyatın təkərində dayanmadan dönən iki cür xoşbəxt insan var: dünyanın bütün sirlərini bilənlər və hər şeyi tamamilə görməyənlər.
X
redaktə- Xanımı olan kişini məst etmək (yoldan çıxarmaq) mümkündür, məşuqəsi olan kişini də tovlamaq olar, amma aşiq olan kişini tovlamaq qətiyyən mümkün deyil.
İ
redaktə- İki nəfər eyni pəncərədən baxırdı. Biri yalnız yağış və çirk görürdü. Digəri isə yaşıl yarpaqların canlanmasını, baharın gəlişini, mavi səmanı və ağacların nəfəs almasını sezə bilirdi.
- İnsanın ruhu nə qədər alçaq olarsa, o burnu bir o qədər dik tutar. Ruhunun yüksələ bilmədiyi səviyyəyə burnu ilə dartınar.
K
redaktə- Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də keçmişi də, indi özün ol yaşamı bərbad etmə.
- Kədər olsun o ürəyə ki, orda yandırıcı eşq yoxdur. Sevgi əzabı olmayan yerdə, sevinc xəyalları da olmaz. Sevgisiz keçən gün hədərdir, bu bəhrəsiz gündən daha tutqun və daha solğun, daha sıxıcı gün ola bilməz.
- Kimisi qızılgülün ətrini anlamaz, kimisi isə acı otlardan belə bal hazırlayar. Kimisi etdiyin xırda yaxşılığı belə əbədi xatırlayar, kimisi də həyatı belə bağışlasan, yenə anlamaz, qədrini bilməz.
- Könül mübtəlayya olma mübtəla,
Sevmə seviləni, çəkərsən bəla - Könül, zəmanədən ehsan gözləmə,
Dövran gərdişindən səhman gözləmə.
Sən dərman axtarsan, artacaq dərdin,
Döz acı dərdinə, dərman gözləmə.
M
redaktəN
redaktə- Nə xoş bu dünyadan erkən gedənə, hələ bu dünyaya heç gəlməyənə![3]
O
redaktə- Olsan bu dünyada şöhrət düşkünü,
Parlamaz ömrünün, bəxtinin günü. - Oyan! Yaşamaq üçün qarşımızda sonsuzluq var.
Ö
redaktə- Özünə qəzəblənmə, özün də qəzəblənmə, Biz bu fani dünyada qonağıq. Və bir şey səhv olarsa — özünüzü təvazökar edin! Ağıllı olun və gülümsəyin. Soyuq başla düşünün. Axı, dünyada hər şey təbiidir: səndən yayılan pislik, şübhəsiz ki, sənə qayıdacaq.
- Özünüzə olan inamınızı sarsıtmağa çalışanlardan çəkinin. Bu xüsusiyyət kiçik insanlar üçün xarakterikdir. Böyük bir insan isə sizə hiss edir ki, siz də böyük ola bilərsiniz.
P
redaktə- Pis dostdansa, tək yaşamaq yaxşıdır.
- Pislik etmə, bumeranq kimi qayıdacaq, quyuya tüpürmə, su içəcəksən, rütbəsi aşağı olanı təhqir etmə, birdən nəsə istəməlisən. Dostlarınıza xəyanət etməyin, onların yerini tutmayacaqsınız və sevdiklərinizi itirməyəcəksiniz, geri dönməyəcəksiniz, özünüzə yalan danışmayın, zaman keçdikcə yalanla özünüzə xəyanət etdiyini yoxlayacaqsınız.
S
redaktə- Sevdiyin insanın qüsurlarını belə bəyənirsən, sevmədiyində isə hətta ləyaqətlər belə səni qıcıqlandırır.
- Sevdiyini mərdcəsinə sevən insan, pərvanə kimi atəş üçün darıxar. Sevib də yanmaqdan qorxan insanın, nağıl danışmaqdır peşəsi.
Ş
redaktə- Şərabın haram olması: kimin, nə vaxt, nə qədər və kiminlə içdiyini nəzərə alan qanundur. Bütün bu qeyd-şərtlərə əməl edildikdə, içmək hikmət əlamətidir, heç bir pislik deyil.
T
redaktə- Tarix kainatın vicdanıdır.
Y
redaktə- Ya belimizə alıb daşıyırıq, ya da ayağmızın altında əzib keçirik; heç cür öyrənə bilmədik yan-yana addımlamağı.
- Yalnız bizdən pis olanlar bizim haqqımızda pis düşünür, bizdən yaxşı olanlar isə sadəcə olaraq bizimlə maraqlanmırlar.
Z
redaktə- Zəngin və güclü olana həsəd aparma, sübhdən sonra həmişə qürub yetişər.
Mənbə
redaktə- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.