İmam Hüseyn
Məhəmmədin nəvəsi və Əli ibn Əbu Talibin oğlu, 3-cü imam
Hüseyn ibn Əli — İslam peyğəmbəri Məhəmmədin nəvəsi, Əli ibn Talibin oğludur. Şiə İslamın üçüncü imamı və beşinci məsumudur. İslam dövlətinin Əməvi imperiyasına çevrilməməsi üçün mübarizə etmiş, lakin Əməvilər tərəfindən Kərbəlada şəhid edilmişdir.
Hüseyn ibn Əli | |||
Tam adı | Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi | ||
Doğum tarixi | 9 və ya 10 yanvar 626 (Hicri: 3-4 Şaban 4) | ||
Doğum yeri | Mədinə | ||
Vəfat tarixi | 10 oktyabr 680 (Hicri: 10 Məhərrəm 61) | ||
Vəfat yeri | Kərbəla | ||
Dəfn yeri | İmam Hüseyn türbəsi | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıl, ancaq haqqa uyğun gəlməklə kamil olar.
- Ağlamayın, göz yaşı tökməyin, mənim getməyimlə sizin dərd və müsibətləriniz qurtarmayacaq. Bu, sizin narahatçılıq və qəm-kədərinizin başlanğıcıdır. Özünüzü möhkəm saxlayın və bilin ki, Allah sizi qoruyur. Məndən sonra düşmənin qarşısına çıxdığınız zaman sizin dəyərinizi azaldan sözlər danışmayın.
- Allah qorxusundan ağlamaq, cəhənnəm atəşindən xilas olmağa səbəb olar.
- Allaha qul olanlar, başqasına qul olmazlar.
- Allaha üsyan edərək bir şeyə çatmaq istəyən kimsə ümid etdiyindən uzaqlaşaraq, qorxduğu şeyə yaxınlaşmaqdadır.
- Allahdan başqa heç bir yardımçısı olmayan kimsəyə zülm etməkdən çəkin.
- Alimin nişanələrindən biri də öz sözünü tənqid etməsi və müxtəlif görüşlərin həqiqətindən xəbərdar olmasıdır.
B
redaktə- Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur.
C
redaktə- Comərdlik edən ucalar, xəsislik edən isə alçalar.
Ə
redaktə- Әn pis adam axirətini dünyasına satan şəxsdir.
- Əsl xəsis, salam verməkdə xəsislik edən kimsədir.
H
redaktə- Heç bir yaxşı işi xalqın tərifləməsi üçün görmə və utandığın üçün onu buraxma.
X
redaktə- Xalq dünyaya bağlıdır və dinləri dillərindədir. Dinin onlara zərər yetirmədiyi vaxta qədər onun ətrafında dolanırlar. İmtahan vaxtı gəldikdə isə həqiqi dindarlar azalırlar.
İ
redaktə- İnsanların ən comərdi istənilmədən verəndir.
Q
redaktə- Qardaşım İmam Həsənin gördüyü işlər Allahın əmrilə olduğu kimi, mənim də gördüyüm işlər Allah əmrilədir.
- Qiyamət günü, yalnız dünyada Allahdan qorxan kimsə rahat ola bilər.
S
redaktə- Səni peşman edən və üzr istəməyə məcbur edən sözləri deməkdən çəkin.
- Səni sevən, pis işlərdən səni çəkindirər; sənə nifrət edən isə səni bu işlərə təşviq edər.
Y
redaktə- Yaxşılıqlarda yarışın və mənəvi qənimətləri əldə etməyə çalışın.
Mənbə
redaktə- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014