İmam Riza — Əli ibn Musa səkkizinci məsum.

İmam Rza
Doğum tarixi 12 aprel 770
Doğum yeri Mədinə
Vəfat tarixi 5 sentyabr 818
Vəfat yeri Tus
Dəfn yeri İmam Rza türbəsi
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağlın ən üstün mərtəbəsi, insanın öz nəfsini tanımasıdır.
  • Ailəsini dolandırmaq üçün ruzi axtaranın savabı, Allah yolunda cihad edənin savabından daha böyükdür.
  • Dostlara qarşı təvazökar, düşmənlərə qarşı ehtiyatlı, camaata gülərüz ol.
  • Elə bir zaman gələcək ki, camaat on hissəyə sahib olacaq, doqquz hissə xalqdan çəkiləcək, bir hissəsi isə sükut içində olacaq.
  • Hər insanın dostu onun ağlı, düşməni isə nadanlığıdır.
  • Xəsis üçün rahatlıq yoxdur, paxıl üçün sevinc yoxdur, padşahlar üçün sədaqət yoxdur, yalançı üçün mərhəmət yoxdur.
  • İbadət çoxlu namaz qılmaq və oruc tutmaq deyil. İbadət, əslində Allahın işi barədə çox düşünməkdir.
  • İnsanlar yeməklərini azaldıb, həddindən artıq yeməsələr, onların orqanizmi müxtəlif xəstəliklərdən əziyyət çəkməz.
  • İnsanları sevmək ağlın yarısıdır.
  • İşdən əvvəl düşünmək sizi peşmançılıqdan xilas edir
  • Kim Allahdan bağışlamaq dilərsə və yenə də günah iş görərsə, Allahına rişxənd edən kimidir.
  • Mömin üç xüsusiyyətə malik olmadıqca mömin olmaz; Rəbbindən bir sünnə, Peyğəmbərindən bir sünnə və imamından bir sünnə. Rəbbindən olan sünnə sirri gizlətməkdir. Peyğəmbərin sünnəsi xalqla yaxşı münasibət qurmaqdır. İmamından olan sünnə bəla və çətinliklərə səbr etməkdir.
  • Nadan adamın dostu əziyyətdədir.
  • Peyğəmbərin sitatlarından biri də təmizlikdir.
  • Səxavətli adam insanların yeməyindən yeyər ki, onun yeməyindən də yesinlər.
  • Sərvətin ən yaxşısı ləyaqəti qorumaq üçün xərclənir.
  • Sükut hikmət qapılarından biridir. Sükut məhəbbət gətirər, sükut insana hər bir xeyrin və yaxşılığın yolunu göstərər.

İstinadlar

redaktə