Alimin ibadət edəndən üstünlüyü aylı gecədə Ayın ulduzlardan üstünlüyünə bənzər. Məhəmməd peyğəmbər
Allah Ramazan ayını öz bəndələri üçün müsabiqə ayı etdi ki, ibadət vasitəsilə onun razılığını qazanmaqda bir-birini ötməyə çalışsınlar. Bir dəstə imkandan istifadə edib irəli getdi və qələbə qazandı, bir dəstə isə geri qalıb uduzdu. İmam Həsən
Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur. İmam Hüseyn
Biliyi ilə xalqı faydalandıran bir alim, yetmiş il ibadət edən adamdan xeyirlidir. Məhəmməd peyğəmbər
Bir an elmlə məşğul olmaq, bir an kitaba, yazıya baxmaq, altmış il ibadət etməkdən xeyirlidir. Məhəmməd peyğəmbər
Bir para adamlar Allaha savab üçün ibadət edər: Bu ibadət tacirlərin ibadətidir. Bir bölük də Allaha qorxudan ibadət edər. Bu da kölələrin ibadətidir. Bir bölük isə Allaha şükr edərək ibadət edər. Bax, azad insanların ibadəti budur. Həzrəti Əli
Kim özünün saf və pak ibadətini Allah dərgahına qaldırsa, Allah-taala o bəndənin xeyrinə olan ən yaxşı işi ona nazil edər.[1]Fatimə
Kölə o şəxsdir ki, o, zamana, taleyə və ölümə ibadət edir. Çünki bunlar, o şəxsin öz daxilində tapdıqlarından daha böyük məvhumlardır. O kölənin fərdi düşüncələri bu fikirlər qarşısında məhv olmuşdur. Bertran Rassel