A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı düşmən nadan dostdan yaxşıdır. Azərbaycan atalar sözləri/Birlik və dostluq
  • Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır. Konfutsi
  • Ağıllı uşaq nadan qocadan yaxşıdır. Ərəb atalar sözləri
  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
  • Cahil və nadan dostdan ağıllı düşmən yaxşıdır. Teymurləng
  • Ən nadan insan odur ki, bir yaltaq ona gözəl təriflər söyləyərək pisi yaxşı və xeyirxah düşmən kimi qələmə verən zaman onun sözlərinə aldana. Əli
  • İstəirsən ki, ürəyinə heç bir məlhəmlə sağalmayan yaralar vurulmasın,nadan adamla höcətə girişmə. Nuşirəvan Adil Xosrov
  • Kor nadandan üstündür, çünki kor quyuya düşə bilər, nadan isə cinayət uçurumuna. Sirakuzlu Monim
  • Müdrik adamın faciəsinə şərik ol, nadan adamın xoşbəxtliyinə şərik olma. Əbu Turxan