İmran Haşım oğlu Qasımov (1918-1981) — Azərbaycan dramaturqu və kinossenaristi, Azərbaycan Yazıçılar İttifaqının katibi (1967–1981), 1939-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979), Azərbaycan SSR dövlət mükafatı (1980).

İmran Haşım oğlu Qasımov



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bədii söz plakat deyil, rəngarəng rəsm əsəridir, onun emosional, intellektual təsir yolları mürəkkəb və çoxcəhətlidir.

İmran Qasımov haqqında sitatlar

redaktə
  • İmran Qasımov 63 il ömür yaşayıb. Bu ömürdə zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. O, işıqlı şəxsiyyət, görkəmli yazıçı kimi əbədi olaraq mədəniyyət tariximizdə yaşayacaq.[1]Savalan Fərəcov, Jurnalist
  • İmran Qasımov istedadlı sənətkar idi, amma onun ən böyük istedadı, məncə, insanlıq istedadı idi.[2]Anar. Xalq yazıçısı
  • İmran Qasımov təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına, sevinclərinə, axtarışlarına, kəşflərinə möhkəm bağlıdır. Onların həyat yolunu, daxili təkmilləşməsini dərin həssaslıqla ardıcıl olaraq, izləyir, məhəbbətlə müşahidə edib öyrənir. Bu olduqca qiymətli keyfiyyətdir. — Cəlal Məmmədov, Tənqidçi
  • Nasir, dramaturq, ssenarist və publisist İmran Qasımov çoxcəhətli yaradıcılığı ilə Azərabaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdən biridir. Hələ sağlığında müxtəlif janrlarda yaratdığı qiymətli əsərləri öz dövrünün tədqiqatına çevrilmiş, yaradıcılığı haqqında müxtəlif monoqrafiya və əsərlər qələmə alınmışdı. İmran Qasımov öz dövrünün böyük yazıçısı idi.[3]Flora Xəlilzadə, Əməkdar jurnalist.
  • Sənin darmaturgiyan Azərbaycan teatrının adasıdır. Sənin dramaturgiyanda qaldırılan məsələlər müasir insanın, zamanın problemləri olub, qəhrəmanların simasında gələcək tarixə vəsiqə almışdır. Sən hər barədə öz dövrünün vətəndaşısan. Həqiqət, xeyirxahlıq, gözəllik, məhəbbət, ölüm, harmoniya kimi mövzular daim sənin yaradıcılığında aktual, günümüzlə səsləşən əhəmiyyət kəsb edir. Sənin bəşəri ədəbiyyat və incəsənət haqqında anlayışın, düşüncələrin məni həmişə heyran edir. Çingiz Aytmatov

İstinadlar

redaktə
  1. [1] Onun böyük...qələmi. Bakı, 2018. səh.8
  2. [2] Onun böyük...qələmi. Bakı, 2018. səh.8
  3. [3] Onun böyük...qələmi. Bakı, 2018. səh.8