Anar

Azərbaycan yazıçısı

Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı

Anar
Doğum tarixi 14 mart 1938
Doğum yeri Bakı
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adam haqda nə qədər az şey bilsələr o qədər yaxşıdır.
  • Ən böyük həqiqət qəlbin həqiqətidir.
  • Əsarətçilərin yad dili yerli xalqa rəsmi olaraq yeritməsi mümkündür, hətta öa ana dilində danışan əhalinin tərkibi nə qədər qarışıq olsa belə, mümkündür. Məsələn, Rusiya imperiyasında rus dilinin, Hindistanda ingilis dilinin, Əlcəzairdə fransız dilinin, İranda fars dilinin rəsmi olaraq xalqa qəbul etdirilməsi kimi. Məcbur edilir ki, bu pərçim olunmuş dildən iclaslarda və mediada, kitab səhifələrində, tədris vəsaitlərində istifadə edilsin. Ancaq xalqın dilinə atalar sözlərini və zərb-məsəlləri, laylaları və ağıları, mərasim və sevgi mahnılarını, nağıl və əfsanələri, bütöv bir epik düzümü zorla necə qəbul etdirmək olar? Onlar əbədidir, əzəlidir və heç bir xalq digər xalqa ana dilinin folklor ahəngini zorla qəbul etdirə bilməz.
  • İmran Qasımov istedadlı sənətkar idi, amma onun ən böyük istedadı, məncə, insanlıq istedadı idi.[1]
  • İllər keçdikcə görürsən ki, sən tək deyilsən, sənin kimilər minlərlədir. Bundan sonra yaşamaq asan olur.
  • İnsan nə qədər mürəkkəb olursa-olsun, axırda özünü çox sadə şəkildə ifadə edir.
  • İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında saxlayan adamlar durur, bu ölənlər də hələ yaşayırlar — fikirlərdə, xəyallarda, təsəvvürlərdə.
  • Mən axı Motsart deyiləm, bəs ətrafda bu qədər Salyerilər hardandır?
  • Vətənpərvərlik vətənə lazım olan işləri görmək deməkdir.

İstinadlar

redaktə
  1. [1] Onun böyük…qələmi. Bakı, 2018. səh.8