Molla Pənah Vaqif

Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri.

Molla Pənah Vaqif — Azərbaycan şairi.

Molla Pənah Vaqif
Doğum tarixi 1717
Doğum yeri Yuxarı Salahlı
Vəfat tarixi 1797
Vəfat yeri Şuşa
Dəfn yeri Vaqif türbəsi
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Dost dostun yolunda düşər ziyana,
    İgid gərək tab gətirə, dayana.
  • Mənim yarım gərək baxa bir mənə,
    Qeyri üzə baxan yara baxmaram.

Haqqında deyilənlər

redaktə
  • "XVII əsr Azərbaycan ədəbiyyatı Məhəmməd Füzuli ilə Molla Pənah Vaqif arasında mühüm bir körpü funksiyasını yerinə yetirmişdir"[1] (İsa Həbibbəyli)
  • "Böyük şairimiz Molla Pənah Vaqif XVIII əsrdə şeir dilini xalq dilinə daha da yaxınlaşdırdı. Onun yazdığı şeirləri xalqın bütün təbəqələri həm anlaya, həm də qavraya bildi, həm də sevdi. Beləliklə o, Azərbaycan şeirində yeni bir yol açdı." — Heydər Əliyev
  • "Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir." — İlham Əliyev
  • "Onun şeir və qəzəliyyatı bizim Azərbaycan türklərinə ziyadə xoş gəlir və hər nə onun qələmindən zühurundan gəlibsə… tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olub." Firidun bəy Köçərli
  • "Vaqif öz ədəbi və siyasi fəaliyyətilə xalqla bağll mütərəqqi şəxsiyyətlərdən biri olduğu kimi, Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına kömək etmiş qüdrətli bir sənətkardır." — Həmid Araslı
  • "Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədən qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birin təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi mənəvi kamilləşməsinə xidmət göstərir." -İsa Həbibbəyli
  • "Çox savadlı bir insan idi, hətta, mən deyərdim ki, Molla Pənah Vaqif o dövrün ensiklopedik bir şəxsiyyəti idi. Təkcə ədəbiyyatı, şəriəti, dini kitabları deyil, həm də dünyəvi elmləri də dərindən bilirdi. Hətta qaynaqlar yazırdı ki, Vaqif astronomiya ilə məşğul olub, Günəş və Ay tutulmalarını əvvəlcədən xəbər verib. Bundan başqa memarlıqla məşğul olması onun hərtərəfli bir şəxsiyyət olmasına işarədir." — Teymur Kərimli
  • "Qarabağ bütün təbii gözəllikləri ilə Vaqif poeziyasının, fəlsəfi-estetik təfəkkür mədəniyyətinin vətəni idi." — Nizami Cəfərov
  • "Azərbaycan ədəbiyyatının və bədii fikrinin salnaməsində yeni parlaq səhifə Vaqifin adı ilə bağlıdır. O, ədəbiyyatımızda realizm meyillilərinin, demokratik əsasların çərçivəsini xeyli genişləndirmiş, ədəbiyyatı xalqın həyatına və arzularına xeyli yaxınlaşdırmışdır." — Mirzə İbrahimov
  • "Azərbaycanın öz azadlığı uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə tarixinin qəhrəmanlıq səhifələri Vaqifin adı ilə bağlıdır. Vaqif Qarabağ xanlığının vəziri olduğu zaman bizim xalqın yadelli işğalçılara qarşı, İran şahı Qacara qarşı mübarizəsinə başçılıq edirdi. Vaqif böyük siyasi xadim və diplomat kimi xalqın səadət azadlığı uğrunda mübarizədə çox işlər görmüşdür."- Səməd Vurğun
  • "Dövrün görkəmli dövlət xadimi olan Vaqifin ictimai-siyasi fəaliyyəti ilə yaradıcılığı arasında, aydın hiss olunmasa da, bir vəhdət olduğu inkarolunmaz həqiqətdir. Vaqif zamanın diktə etdiyi ab-hava ilə nəfəs alan və onun yetişdirdiyi bir sənətkardır" — Xəlil Yusifli
  • "Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan poeziyası tarixində mühüm mərhələlərdən biridir. Onun yaradıcılığı ilə Azərbaycan şeir tarixində yeni bir dövr başlanır. Vaqif lirikası ilə poeziyada yeni bir səhifə açılır, poeziyamızda nikbin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş hissləri qüvvətlənir." — Fazil Qaraoğlu
  • "Vaqif poeziyasında dilin funksiyası bilavasitə baxışla, gözlə bağlıdır. Onun ömrü və poeziyası vizual təfəkkürün bədii ifadəsidir." — Rüstəm Kamal
  • "Vaqif xalqını, dilini sevən, onunla nəfəs alan, sevinci ilə sevinən, kədəri ilə kədərlənən böyük sənətkarlardan olmuşdur." — Kamal Tahir
  • "Vaqifin yetişməsi öz zəmanəsinin ən fərəhli ədəbi hadisələrindənidi." — A. Berje

Vikipediyada Molla Pənah Vaqif haqqında məqalə var.

İstinadlar

redaktə