- Aslan olaraq bir gün yaşamaq qoyun olaraq yüz il yaşamaqdan daha yaxşıdır.
- Atalar sözləri kəpənək kimidir, bəziləri tutulur, bəziləri uçur.
- Dinləməkdən ağıl, söyləməkdən peşmanlıq doğular.
- Dost tapan, xəzinə tapmışdır.
- Dünya qiymətli bir kitaba bənzəyir. Yazıb-oxumağı bilməyən ondan xəbərsiz qalır.
- Ehtiyac duyulan yoldaş gerçək yoldaşdır.
- Al bisogno si conosce l'amico.
- Eşqin gözü kordur.
- Eşitmək istəməyən qədər pis kar yoxdur.
- Evlənmək üçün qürbətə gedən ya aldadacaq, ya da aldanacaq.
- Əgər bu doğru deyilsə, o zaman yaxşı düşünülmüşdür.
- Gecə düşün, gündüz danış.
- Gözə göz dişə diş.
- Occhio per occhio, dente per dente.
- Heç kim cənnətdə də tək olmaq istəmir.
- Hər kəs öz evində kraldır.
- Həyat olduğu müddətcə ümid vardır.
- Finché c'è vita c'è speranza.
- Hürən itlər dişləmir.
- İlk məhəbbət heç vaxt unudulmur.
- İradəni tərbiyə et - o, şüuru qoruyan sipərdir.
- İştah yedikcə açılar.
- L'appetito vien mangiando.
- İt iti yeməz.
- Kim məni sevirsə, mənim itimi də sevir.
- Kimin səbri varsa, dünya onundur.
- Kişi səltənətini sürər, idarə edən isə qadındır.
- Donna danno, sposa spesa, moglie maglio.
- Qadın, kitab, at borc verilməz.
- Qadının cehizi heç vaxt evi zənginləşdirmir.
- Qadının və tramvayın dalınca qaçmayın, həmişə növbəti gələcək.
- Qadınlar istisna olmaqla, hər şey Allahdandır.
- Qartal üçün bir göyərçini məğlub etmək bir şərəf deyil.
- Qumarda itirən eşqdə qazanar.
- Sfortuna al gioco ,fortune in amore.
- Min dənə ehtimal tək bir doğru belə etməz.
- Məni dostlarımdan Tanrım qorusun, düşmənlərimdən mən özümü qoruyaram.
- Dagli amici mi guardi Dio, che dai nemici mi guardo io.
- Oyun bitəndə şah və piyada eyni qutuya girər.
- Pis bir ortaqlıqdansa tək olmaq yaxşıdır.
- Meglio sola che male accompagnata.
- Pulsuz sağlamlıq, yarı yarıya xəstəlik deməkdir.
- Roma bir gündə qurulmadı.
- Roma non fu fatta in un giorno.
- Səbri çox olan adam qalib gələr.
- Tarix təkrarlamadan ibarətdir.
- Ürəyiniz dodaqlarınızda olsun.
- Yaxşı dostlarla yaxşı bir ailə süfrəsində əsla yaşlanmazsınız.
- Yaltaqlıq edən səni ya aldadır, ya da aldatmaq istəyir.
- Yaşa, yaşat.
- Yaşamaq üçün ye,yemək üçün yaşama.
- Mangiare per vivere e non vivere per mangiare.
- Yataq kasıbların operasıdır.