Şöhrətpərəstlik
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Böyük ağılın şöhrətpərəstliyi ən yaxşı halda neqativdir. O mübarizə aparır, çalışır, yaradır ona görə yox ki, üstünlüyə cəhd edir, ona görə ki, özünü üstün hiss edir, üstələnməsinə isə dözə bilmir. Edqar Allan Po
- Böyük və çətin işi yerinə yetirmək üçün özünü seçmək – bu, ya şöhrətpərəstliyin ağılsızlığı, ya da öz dahiliyinin dərk edilməsidir. Pyer Büast
H
redaktə- Hansısa tamah və ya şöhrətpərəstlik naminə deyilmiş həqiqi lütfkarlığı yaltaq lütfkarlıqdan seçmək üçün insanlarla müraciətdə müəyyən təcrübəyə malik olmaq lazımdır. Pyer Büast
Q
redaktə- Qürurun nəcib bir comərdliyi ola bilər, şöhrətpərəstliyin isət paxıllıqdan başqa heç nəyi olmur. Pyer Büast
Ş
redaktə- Şöhrətpərəst nə qədər yüksək mövqe tutsa da, daha da yüksəklərə qalxmaq istəyir. Pyer Büast
- Şöhrətpərəstlik başqalarının üstünlüklərini azaltmağa və özlərinin üstünlüklərini isə şişirtməyə meyllidir. Pyer Büast
- Şöhrətpərəstlik bütün dövrlərdə insanları aldatmaq üçün ictimai rifah və ya din donu geyinib. Pyer Büast
- Şöhrətpərəstlik qəzəb qədər cinayətlər etməyə məcbur edir. Pyer Büast
- Şöhrətpərəstlik mürgüləyir, amma heç vaxt yatmır. Pyer Büast
- Şöhrətpərəstlik sevgiyə layiq olmayan insanları lütfkar edir. Pyer Büast
- Şöhrətpərəstlik sükutu böhtandan üstün tutur, amma unutma bu sükutu boğur. Pyer Büast
- Şöhrətpərəstliyə və həzz almağa həris olanları idarə etmək çörək istəyənləri idarə etməkdən çətindir. Pyer Büast
- Şöhrətpərəstliyin məruz qala biləcəyi ən həssas cəza nifrətli diqqətsizlikdir. Pyer Büast
V
redaktə- Vüqar sanki adamın boyunu ucaldır, şöhrətpərəstlik isə üfürüb şişirdir. Samuel Smayls