Samuel Smayls — ingilis yazıçısı.

Samuel Smayls
Doğum tarixi 23 dekabr 1812
Doğum yeri Haddinqton
Vəfat tarixi 16 aprel 1904
Vəfat yeri Kensinqton
Dəfn yeri Brompton qəbiristanlığı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı insan təkcə özü üçün deyil, cəmiyyət üçün də çalışır.
  • Başıboş adamlar xarab maşınlar kimi çox gurultu salırlar.
  • Başımızın üstünü qara buludlar alanda bu buludların axmasında bizi günəşli günlərin gözləyə biləcəyini unutmayaq
  • Başqalarının uğurlarına qibtə edirik, ancaq bu uğurların onlara nəyin bahasına başa gəlməsi barədə düşünmürük.
  • Bədbəxtlikdən şikayət edənlər, əslində, əvvəllər etdikləri səhvlərin cəzasını çəkirlər.
  • Bir cəmiyyətin mədəniyyət, incəsənət və fəlsəfəsini öyrənmək üçün o cəmiyyətin kitablarını oxuyub öyrənməliyik.
  • Bir ciddi təşəbbüs min səmərəsiz cəhddən yaxşıdır.
  • Bir insanın xarakteri onun kimlərlə oturub-durması, kitabsevərin xarakterini isə onun oxuduğu kitablar əsasında öyrənmək olar.
  • Böyük insanların bəlkə də qaba görünüşləri var, əslində isə onlar son dərəcə həssas və zərifdirlər.
  • Cəmiyyətin xoşbəxtliyi üçün çalışanın özü də xoşbəxt olar.
  • Cəsarət elə bir fəzilətdir ki, bütün insanlar onun ləzzətini dadmalıdır.
  • Cəsarət heç bir halın sarsıda bilməyəcəyi enerji mənbəyi, mükəmməl iradə qüvvəsidir.[1]
  • Dəyərli kitablar əbədi yaşamaq üçün doğulur.
  • Etiraf etməliyik ki, məşhurların çoxu yalnız öldükdən sonra şöhrətə çatmışdır.
  • Əxlaq bütün qanunlardan alidir.
  • Əxlaqını itirmiş ölkə məhv olmağa məhkumdur.
  • Ən yaxşı əxlaq məktəbi ailədir.
  • Fəal həyatın hər dəqiqəsi qazanılmış qələbəyə oxşayır.
  • İnsanı dar gündə qoymayan yeganə dost kitabdır.
  • Kitab bilik xəzinəsinə bənzər, içinə daxil olun.
  • Kitab müxtəlif insanların düşüncələrini vəhdət halında birləşdirən və onların arasında sıx ünsiyyət yaradan mənəvi körpüdür.
  • Kitablar qocalıqda ən yaxşi dost, cavanlıqda ən yaxşı rəhbərdirlər.[mənbə göstərin]
  • Kobud və sərt rəftar bütün qapıları üstümüzə bağlayır.
  • Ləyaqətli və əxlaqlı adamlarla oturub-dursanız, bi məziyyətlər sizə də keçə bilər.[2]
  • Məktəblərin ən bəhrəlisi çətinlik məktəbidir.
  • Öz xoşbəxtliyimə yox, cəmiyyətin xoşbəxtliyinə sevinirəm.
  • Tənbəl bir beyin — şeytanın iş otağıdır.
  • Uzun müddət hökm sürmək istəyirsənsə, səbirli ol.
  • Zövqlərin ən gözəli elmdən alınan zövqdür.

İstinadlar

redaktə
  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.73
  2. Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, "Elm-təhsil" nəşriyyatı, 2012,