Şücaət
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağılla göstərilən şücaət qüvvətlə, güclə, zorla göstərilən şücaətdən qat-qat üstündür. Məhəmməd Dəvvani
Ə
redaktə- Əqlə, düşüncəyə istinad etməyən şücaət dəlilikdir. Miqel de Servantes
L
redaktə- Layla ilə vücuda yerləşən, hafizəyə yazılan, məndə mənim olub bütövləşən, mərhəmət dilim, şəfqət dilim, qeyrət dilim, şücaət dilim - Ana dilim! Milli varlığımın tərənnüm dili, vətən dilim - Ana dilim. Füyuzat jurnalı
Ş
redaktə- Şərabda və araqda nə xeyir, nə ağıl, nə şücaət, nə xeyirxah davranış, nə də xeyirxah xasiyyət var. Çingiz xan
- “Şücaət” cinsinə daxil olan növlərin miqdarı on birdir: birinci, nəfsin ağayanalığı, ikinci, qoçaqlıq, üçüncü, alicənablıq, dördüncü, mətanət, beşinci, helm, altıncı, nəfsin sakitliyi (təmkin), yeddinci, hünər, səkkizinci, dözümlülük, doqquzuncu, təvazökarlıq, onuncu, qeyrət, on birinci, riqqət. Nəsirəddin Tusi
- Şücaət və cəsarət baxımından Türklərdən üstün, böyük hədəflərə çatmaq baxımından da onlardan inadkar heç bir qövm yoxdur. Cənabi Haqq onları aslan sifətində yaratmışdır. İbn Hassul