A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bilin ki, Allah xeyir işlər görmək istəyənləri, əmrinə uyub xeyirə yönələnləri seçmişdir; onlar haqqın dayaqlarıdır, itaəti, bəndəliyi qoruyanlardır. Sizin üçün də hər qulluqda Allahdan bir yardım var, onu dillərə söylədər, könüllərə ilham edər; kifayət sayanlara bu yetər; şəfa axtaranlara şəfa verər. Əli
  • Evlilik sonsuz bir şəfadır. Əhməd Hamdi Tanpınar
  • Ey dünyanı pisləyən, qınayan, sonra da onun aldanışlarına qapılan, baş tutmayacaq işlərinə aldanan, sonra yenə də onu qınamağa başlayan! Dünyaya aldanan sən deyilmisən ki, indi onu yamanlayırsan? Dünyada günah işləyən sənsən, yoxsa odur? Dünya nə vaxt sənin yolunu azdırdı, nə vaxt səni aldatdı? Bədənləri çürüyüb dağılmış ata-babalarınlamı aldatdı səni, yoxsa torpaq altında yatan analarının məzarlarıylamı tovlatdı səni? Onlar xəstələnəndə nə qədər xidmət etdin onlara, sağalmaları üçün nə qədər çalışdın, şəfa tapmalarına arzu etdin, həkim çağırdın, çarə dilədin. Amma bu zəhmətlərin heç birinə fayda vermədi, arzuların baş tutmadı, gücünlə, qüvvətinlə onları ölümün əlindən ala bilmədin. Getdilər. Dünya onların halıyla örnək göstərdi sənə, məzarlarıyla məzarını xatırlatdı sənə. Həzrəti Əli
  • Güclü həyat sarsıntıları kiçik qorxulara şəfa verir. Onore de Balzak
  • İnsan ruhunun sirri uşaqlıq dövrünün ruhi dramlarında cəmləşir. Bu dramları araşdırsanız, şəfa tapacaqsınız.[1] Ziqmund Freyd

İstinadlar

redaktə
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015