Onore de Balzak (1799–1850) — Fransız yazıçısı.

Onore de Balzak
Doğum tarixi 20 may 1799
Doğum yeri Tur
Vəfat tarixi 18 avqust 1850
Vəfat yeri Paris
Dəfn yeri Per-Laşez qəbiristanlığı, Grave of Balzac and Ewelina Hańska
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


 
Bərabərlik hüquq ola bilər, amma yer üzündə heç bir güc onu fakta çevirə bilməz.
  • Balıq tutmaq həvəsi məmurlara dəftərxanadakı işlərini xatırladır.
  • Bədbəxtlik birdən gəlmir, onu hazırlayan səbəblər vardır.
  • Bədbəxtlik – ən yaxşı müəllimdir.
  • Bədbəxtlik xarakter üçün məhək daşıdır.
  • Bərabərlik hüquq ola bilər, amma yer üzündə heç bir güc onu fakta çevirə bilməz.
  • Bəzən həyatda qibtə etdiyiniz adam da ruhən sizə ehtiyac duya bilər.
  • Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır.
  • Bir ana ürəyi, dibində daim əfv olan bir uçurumdur.
  • Bir insandakı qısqanclıq cəhənnəmə gətirilən eqoistlikdən, qürurdan, sürprizlə alınan və əsəbi yalançılıqdan ibarətdir.
  • Bir insanı mühakimə etmək üçün ən azından onun düşüncələrinin, bədbəxtliyinin, həyəcanının sirrinə bələd olmaq lazımdır.
  • Bir kişi nə arvadından əvvəl yatmalı, nə də arvadından sonra oyanmalıdır.
  • Bir qadın sevdiyi kişinin başqa qadın tərəfindən xoşbəxt edildiyini görməkdənsə, onu can verərkən görməyi seçər.
  • Bir sirri davamlı olaraq saxlamaq insanın ruhunu ən çox kamilləşdirən şeydir.
  • Biz başqalarını özümüzə görə mühakimə etməyə öyrəşmişik və əgər biz nöqsanlarımızı onlara həvəslə bağışlasaq da, bizim üstünlüklərimizə malik olmadıqlarına görə onları çox sərt ittiham edirik.
  • Biz o insanı qəbul edirik ki, onun ruhu sevgini cismani zövq kimi mənəvi zövq qədər arzulayır.
  • Biz onu öldürmədikcə vicdanımız səhv etməyən bir hakimdir.
  • Böhtan miskinliklərə biganədir.
  • Böyük böhranlar baş verən zaman ürək qırılır və ya sərtləşir.
  • Böyük insan, böyük vətəndaş olmaq gözəldir.
  • Böyük insanlara xırdaçılıq hissi yaddır.
  • Böyük və yaramaz insan olmaqla yanaşı, axmaq, lakin ilhamlı məşuq olmaq olar.
  • Bugünkü qanunlar böyük ağcaqanadların deşib keçdiyi, kiçiklərin isə ilişib qaldığı bir hörümçək toru kimidir.
  • Bütün bədbəxtliklər qardaşdır; eyni dildə danışarlar.
  • Bütün elmlərin açarı sual işarəsidir..[1]
  • Bürokratiya, piqmeylər tərəfindən hərəkətə gətirilən nəhəng mexanizmdir.
  • Bütün qadınlar istəyirlər ki, yalnız onlarla məşğul olsunlar. Qadınlar böyük iş görən kişiyə qarşı üsyan edir və ona dözə bilmirlər. Ona görə də qadınlar axmaqları sevirlər. Çünki, axmaq adam öz vaxtını qadınlara sərf edib, yalnız onlarla məşğul olur və bununla xanımlarının sevimlisi olmalarını sübut edirlər. Əgər dahi insan qadına ürəyini, sərvətini verib, vaxtını isə sərf etməzsə, o zaman ən nəcib qadın belə kişinin onu sevdiyinə inanmayacaq.
  • Bütün qadınları sevən qadınların heç birini qısqanmır.
  • Cahillik bütün cinayətlərin anasıdır. Cinayət hər şeydən əvvəl ağılsızlıqdır.
  • Cəmiyyətin gələcəyi – anaların əlindədir.
  • Cəsarətli insanın uğuru bütöv bir nəsli cəsarət göstərməyə oyadır.
  • Ciddilik xarakterin əsasıdır.
  • Ciddilik, tərbiyəçinin güclü xarakteri, onun qüsursuz davranışı ilə özünü doğrultduqda və xeyirxahlıqla uyğunlaşdıqda, çətin ki, bu bizdə qəzəb hissi doğura bilsin.
  • Cücə beyinli insanların ən alçaq sifətlərindən biri öz mənəvi yoxsulluğunu başqalarında axtarmaqdır.
  • Çılpaq qadın paltar geyinmiş qadından daha az təhlükəlidir. Çünki, paltar geyinmiş qadın hər şeyi məharətlə gizlədərək, eyni zamanda hər şeyi də nümayiş etdirir.
  • Daimi əmək həm incəsənət, həm də həyat qanunudur.
  • Danışmağa söz olmayanda çox danışırlar.
  • Dəlilik etsən belə, etdiyin şeyi yaxşı etmək lazımdır.
  • Dost üçün kürəyimi körpü etməyə hazıram mən: Yetər ki təmiz ürəkləri daşıyan ayaqlar keçsin üzərimdən.
  • Duyğuların zərifliyi ilə manera zərifliyi həmişə üst-üstə düşmür.
  • Duyğunun yanında ağıl daim adi qalar.
  • Dünəni unutmalı, bu günü yaşamalısınız. Çünki dünən ilə bu gün arasında bir döyüş çıxarsa; sabahı itirərsiniz!
  • Dünya, içinə cib bıçaqları sancılmış bir çəlləkdir.
  • Dünyada bir qadın üçün, hər hansı bir kişini təsiri altına aldığını bilməsi qədər zövqlü bir şey yoxdur.
  • Dünyaya ən çox işıq verən şey mətbəə mürəkkəbidir.
  • Düşünmək görməkdir.
  • Dürüstlük bahalı bir mülkdür, ucuz insanlarda olmaz
  • Ehtiras, pis mühakiməçidir.
  • Ehtiras ümumi insan təbiətidir. Onsuz din, tarix, sevgi və incəsənət faydasız olardı.
  • Ehtiras və tamah başladığı nöqtədə saf duyğular sona çatar.
  • Ehtiyac əməyi, əmək biliyi doğurmuşdur.
  • Eqoizm dostluq üçün zəhərdir.
  • Elə bir namuslu adam yoxdur ki, əvvəl — axır mükafatlandırılmasın.
  • Elə insanlar var ki, onlar sıfıra bənzəyir. Onlara həmişə lazımdır ki, qabaqlarında rəqəmlər olsun.
  • Eşq, böyükdür amma sonsuz deyil.
  • Eşq macərası həmişə hiylə işlədilən bir oyundur.
  • Evlənmə iddiaya bənzər. Mütləq məmnun olmayan bir tərəf vardır.
  • Evlənmədən əvvəl gözlərinizi açıq saxlayın. Evlənincə isə birini bağlayın.
  • Evli qadın kənizdir və onu taxtda əyləşdirməyi bacarmaq lazımdır.
  • Evlilik, vərdiş kimi əjdaha ilə daima vuruşmalıdır.
 
Əsl məhəbbət əbədidir, sonsuzdur, həmişə özünə bənzəyir; bərabərdir, safdır, zorakı nümayiş olmadan…
  • Ədəbli qadın o qadındır ki, məşuqu ona gözdən salmağa qorxur.
  • Əgər arvad qənaətdən danışarsa, deməli, sizin səhmləriniz qiymətdən düşməyə başlayıb.
  • Əgər evlənənlər nikaha girməmişdən qabaq bir-birinin xasiyyətlərini, vərdişlərini və xarakterlərini bilmirlərsə, belə nikahı xoşbəxt saymaq olmaz.
  • Əgər güvən varsa bir qəlbdə. O qəlbdə sevgi də tapılar, dürüstlük də!
  • Əgər hər zaman tək danışacaqsansa, hər zaman da haqlı olacaqsan.
  • Əgər istedad təbii meyillərin inkişafıdırsa, möhkəm iradə instinktlər, maraqlar, maneələr və əngəllər üzərində iradənin qələbəsi, hər cür çətinliyi qəhrəmancasına dəf etməsidir. İradə istedaddan daha çox qürur predmeti ola bilər və olmalıdır.
  • Əgər kişi ağıllı, yaxşı, ünsiyyətlidirsə, qadınları onun haradan gəldiyi yox, haraya gedəcəyi maraqlandırır.
  • Əgər qadın sizi sevirsə, hər şeyi, hətta cinayəti bağışlayar. Yox, əgər sevmirsə, o zaman yaxşılığınızı belə görməyəcək.
  • Əgər qadının məşuqu olmaq mümkünsə, heç kim onun dostu olmayacaq.
  • Əgər mükəmməl gözəlliyə, valehedici xarici görünüşə heç kim heyran olmursa, deməli, onların heç bir dəyəri yoxdur.
  • Əgər özünüzə inanmırsınızsa, dahi ola bilməzsiniz.
  • Əlli yaşındakı kişi başqa yaşlardan fərqli olaraq daha təhlükəlidir. Çünki, çox qiymətli təcrübəyə və çox zaman da sərvətə malik olur.
  • Əlyazma üçün möhür, qadın üçün teatrla eynidir: bütün fəzilətlər və qüsurlar üzə çıxır.
  • Ən amansız qisas, qisas almaq imkanına məhəl qoymamaqdır.
  • Ərinə gülən qadın, artıq onu sevmir.
  • Ərlər və hökumətlər səhvlərini heç vaxt etiraf etməməlidirlər.
  • Əsl hörmət — insanın mənəvi məziyyətinə edilən hörmətdir! Rütbəni pul ilə, şan-şöhrəti rütbə ilə qazanmayanlar mənəvi hörmətə layiqdirlər.[2]
  • Əsl məhəbbət əbədidir, sonsuzdur, həmişə özünə bənzəyir; bərabərdir, safdır, zorakı nümayiş olmadan…
  • Əsl istedada hər şey sadədir, açıqdır və hər cür şübhədən uzaqdır.
  • Əsl məhəbbətin nə olduğunu yalnız analar bilir.
  • Fəlakətin bir yaxşılığı varsa, həqiqi dostlarımızı tanıtmasıdır.
  • Fəzilət bölünməz bir şeydir. O ya var, ya da yoxdur.
  • Fikir bütün xəzinələrin açarıdır. O, bizə xəsis adamın bütün sevincini bəxş edir.
  • Fikirlər yalnız ağıllı danışan adamların dilində dəyərə minə bilər.
  • Fikirlərdə inadkarlıq, axmaqlığın ən düzgün əlamətidir.
  • Gecə saatlarında kişi ilə qadının dostluğu çox zəifləyir.
  • Gələcəyi gözləmə, necə olsa gələcək. Amma keçəcək olanı yaxşı düşün, necə olsa ağlından silinməyəcək
  • Göz yaşları kimi gülüş də yoluxucudur.
  • Gözəl ədəbi əsərləri qiymətləndirmək üçün geniş təhsil, inkişaf etmiş intellekt, asudə vaxt, bir də zehni gərginlik lazımdır.
  • Gözəllik çox vaxt qüsurları gizlədən bir örtükdür.
  • Gözləməyi bilənin hər şey ayağına gəlir.
  • Güclü həyat sarsıntıları kiçik qorxulara şəfa verir.
  • Güclü xarakterlə, təmiz əxlaqla və xeyirxahlıqla müşayiət olunan sərtliyə qarşı nifrət olmur.
  • Haqq-hesabla evlənmək-qadının qarşısında sürünmək, anasının dabanlarını yalamaq, hətta donuza murdar görünən eybəcərlikləri yerinə yetirmək deməkdir. Belə nikahda siz özünüzü çirkabların axıdılmasında istifadə edilən boru kimi hiss edəcəksiniz.
  • Hansının daha qorxunc mənzərə olduğuna kim qərar verəcək: qurumuş ürəklər, yoxsa boş kəllələr?
  • Heç bir kəs bütöv bir millətdən daha ağıllı olmaq haqqı və ixtiyaratına sahib deyildir.
  • Heç bir kişi, heç olmasa bir qadın anatomiyasını öyrənməyincə evlənməməlidir.
  • Heç bir prinsip yoxdur, lakin hadisələr var; heç bir qanun yoxdur – hallar var; hadisələri və halları idarə etmək üçün yüksək səviyyəli insanın özü bu hadisələrə və hallara qoşulur.
  • Heç bir sevgi və şəfqət, ana sevgisinin və şəfqətinin yerini verməz.
  • Heç kim bir vərdişə vidalaşmaq cəsarətini göstərə bilməz.
  • Heç kim gizli fəzilətləri axtarmayacaq.
  • Heç nə bizi qüsurlarımız qədər bağlamır.
  • Heç vaxt xahiş edilməyən xidmətləri göstərmə.
  • Heyran qala bilməmək bacarıqsızlığın əlamətidir.
  • Həddindən artıq asan uğur, təəccüb harayları – şöhrətin az ömürlülüyünün əlamətidir; kəndirbazla şairin uğuruna eyni qiymət vermək olmaz.
  • Həddindən artıq qocalan qadın kişilərin xoşuna gəlmək üçün Allaha müraciət edir.
  • Həqiqət, xoşagəlməz dadı olan, amma sağlamlığı bərpa eləyən acı bir içkidir.
  • Həqiqət səhvləri, yanlış fikirləri o dərəcədə dağıdır ki, yalanla yaşayanlar ona qarşı üsyan edir və onu öldürmək istəyirlər. Onlar hər şeydən əvvəl həqiqəti daşıyana hücum edirlər.
  • Həqiqi alim xəyalpərəstdir. Həqiqi olmayan alim isə özünü praktik adlandırır.
  • Həqiqi dövlət xadimi ilk növbədə xırda ehtiraslara laqeyd qalmalıdır.
  • Həqiqi sevgi öz hərəkətlərində düşüncəsizlik, ehtiyatsızlıq, vasitəsizlik, gülüş və göz yaşları kimi uşaq hərəkətlərini təkrarlayır.
  • Həmişə eyni qadını sevməyin mümkün olmadığını söyləmək, məşhur bir musiqiçinin fərqli melodiyalar çalması üçün fərqli skripkaya ehtiyacı olacağına inanmaq qədər mənasızdır.
  • Həmişə hər şeyi üzə çıxaran insanların daxilində heç nə yoxdur.
  • Hər bir millətin içində əlli, ya altmış şöhrət düşgünü, təhlükəli adamlar olur. İdarə etmək bacarığı bu adamları tanımaqdan, onları ya məhv etmək, ya da satın almaqdan asılıdır.
  • Hər cür hakimiyyət davamlı sui-qəsddir.
  • Hər hansı bir elmin açarı sual işarəsidir.
  • Hər iztirab insana başqa bir şey öyrədir.
  • Hər sərvətin arxasında bir günah vardır.
  • Hər yerdə olan kəsin şəxsiyyətinə heç yerdə maraq göstərilmir.
  • Hər zaman evdə olmaq imtiyazı yalnız padşahlara, qızlara və oğrulara aiddir.
  • Hərislik və tamah başlayan yerdə saf duyğular sona çatar.
  • Həsəd dilləri açır, heyranlıq bağlayır.
  • Həyasız riyakarlıq, xidmət etməyə öyrəşmiş insanlara hörmət hissi aşılayır.
  • Həyat beşiklə məzar arasındakı sınaq müddətidir.
  • Həyat, hər cür kombinasiyanın bir-birini əvəz etməsindən ibarətdir. Həmişə əlverişli mövqedə qalmaq üçün bu kombinasiyaları öyrənmək, izləmək lazımdır.
  • Həyat hər kəs üçün ağrılı, çünki mənim boş yerə dilədiklərimə sahib olmuş nə qədər insanlar gördüm, onlar da məsud deyildilər.
  • Həyat işdir, öyrənilməli bir sənətdir. İnsan həyatın bütün ağrılarından keçdikdən sonra nəhayət bunu öyrənəndə onun lifləri bərkiyir və həssaslığını idarə etməyə imkan verən müəyyən elastiklik əldə edir.
  • Həyat parçamız dolaşıq saplardan toxunub və onda xeyir və şər qonşuluq edir.
  • Həyatda ən gözəl an, hər şeydən vazkeçdiyiniz an sizi həyata bağlayan birinin olduğunu düşünməkdir
  • Həyatımızın ən yaxşı hissəsi gəncliyimizdə ürəklərimizdə yetişdiyimiz şeyləri xərcləməklə keçir. Bu proses təcrübənin əldə edilməsi adlanır.
  • Həyatın ən gözəl anı hər şeydən vaz keçdiyində səni həyata bağlayan birinin olduğunu düşündüyün andır.
  • Həzz badəsini axıra qədər içəndə orada incilər əvəzinə çınqıl aşkar edirik.
  • Hissiyyatla müqayisədə düşüncə xırda bir şeydir. Hiss olunan hallarda düşünmək miskin insanlara xasdır.
  • Hörmət, ata-ananı kədərdən, uşağı isə vicdan əzabından qoruyan bir hərəkətdir.
  • Hökumətlər və qocalar heç vaxt yanıldıqlarını etiraf etməzlər.
  • Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır.
  • Xəsislik yoxsulluğun sona çatdığı yerdən başlayır.
  • Xırdaçılıq, böyük istedadlara yaddır.
  • Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir.
 
İnsanlar həm xoşbəxtliyi, həm də bədbəxtliyi şişirdirlər; biz heç vaxt insanların dediyi kimi şanslı və bədbəxt deyilik.
  • İçində heç nə tapılmayacaq qədər pis kitab yoxdur.
  • İdeya faktdan üstündür.
  • İdeyalar yalnız ideyalarla zərərsizləşdirilə bilər.
  • İdeyaları yalnız ideyalar zərərsizləşdirə bilər.
  • İki mömin qadının dostluğu, açıq şəkildə düşmənçilk edən on yaramazın pisliyindən daha pisdir.
  • İkiüzlülük, xidmət etməyə öyrəşmiş insanlara hörmət hissi aşılayır.
  • İlk ağ saçlar ən ehtiraslı və son həvəslərə səbəb olur. Onlar mənbəyi isə tükənən güc, gələn zəiflikdir.
  • İlk eşq peyvənd kimidir. İnsanın ikincidə xəstələnməsini önləyər.
  • İncəqəlbli insanlar uzun ömür sürə bilməzlər.
  • İncəsənət dindir, onun öz kahinləri var, amma şəhidləri də olmalıdır.
  • İncəsənət, kahinləri olan dindir və onun qurbanları da olmalıdır.
  • İncəsənət, millətin libasıdır.
  • İncəsənətin vəzifəsi təbiəti köçürmək yox, ifadə etməkdir. Biz, şeylərin, varlıqların mənasını, görünüşünü ağlımızla dərk etməliyik.
  • İnsan acıdıqlarını sevər.
  • İnsan elə bir güclü hisslərə malik olmalıdır ki, o bu hisslərdə həyat dairəsini genişləndirə biləcək keyfiyyətlər inkişaf etdirə bilsin.
  • İnsan nə qədər çox mühakimə etsə, bir o qədər az sevir.
  • İnsan, ömrünün çox hissəsini gənclik illərində qazandıqlarını ürəyindən çıxarıb atmağa sərf edir və bu proses həyat təcrübəsi qazanmaq adlandırılır.
  • İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır.
  • İnsan öz zəifliyini etiraf etdikdə qüvvətli olur.
  • İnsan ruhunda açılan yaradan da ölür.
  • İnsan ya ağrılarını unutmalı, ya da öz məzarını qazmağı bilməlidir.
  • İnsana şux geyinməkdən daha çox ağlın zənginliyi vacibdir.
  • İnsanın bütün bacarığı səbir və vaxtın vəhdətindən başqa bir şey deyildir.
  • İnsanlar həm xoşbəxtliyi, həm də bədbəxtliyi şişirdirlər; biz heç vaxt insanların dediyi kimi şanslı və bədbəxt deyilik.
  • İnsanlar nadir hallarda çatışmazlıqların nümayiş etdir, əksinə onlara cazibədar don geyindirib ört- basdır etməyə çalışırlar.
  • İstedad, təbii meyllərin inkişafıdır.
  • İztirab sonsuzdur, sevincin hüdudları vardır.
  • İztirabların ən gizliləri dözülməsi ən çətin olanlardır.
  • Kədər, bütün hisslərimizin ən dəyanətlisidir.
  • Kədər sonsuz, sevinc isə məhduddur.
  • Kəndarası yolda olduğu kimi, ağılın da özünün işlək bir cığırı var.
  • Kiçik adamlar qeyri-adi ustalıqla rıyakarlıq etməyi bacarırlar.
  • Kim çox sübut edirsə, heç nə sübut etmir.
  • Kim ki, milyonları axtarır, onları nadir hallarda tapır, kim ki, axtarmır, heç zaman tapmır.
  • Kin kini bitirməz, eşq bitirər.
  • Kişi sabitliyi darıxdıra bilər, qadın sabitliyi isə heç vaxt.
  • Kişi sevdiyi işdə işləyirsə, nadir hallarda işinə görə sağlamlığı pozular.
  • Kişilərdə qısqanclıq hədsiz eqoizmdən, özünə inamdan, yalançı şöhrətpərəstlikdən yaranır.
  • Kişilərin əksəriyyəti skripka çalmağa cəhd edən oranqutanları xatırladır.
  • Kişilərin ən ortaq nöqtəsi qadınlar haqqında sahib olduqları biliklərdir.
  • Kişinin istedadı qadın gözəlliyi ilə eynidir kimi fikrin heç bir əsası yoxdur. Əsl dahinin ürəyi, xarakteri istedada bərabər olmalıdır.
  • Kolleksiya toplamaq həvəsi zehni pozuntunun ilk mərhələsidir.
  • Krallar kimi qadınlar da onlar üçün edilən hər şeyi borc kimi görərlər.
  • Krallar müəyyən vaxtlarda insanlar üzərində hökmranlıq etdikləri halda, sənətkarlar əsrlər boyu insanlar üzərində hökmranlıq edə bilirlər.
  • "Kütlə məzhəkəçisi" olmaq istəməyən hər bir yazıçının yeganə amalı – yaşadığı zəmanənin dəyərlərini zənginləşdirməyə hesablanmalı və o hər bir vəchlə buna can atmalıdır.
 
Qadınlar sevdikdə hər şeyi bağışlayar, hətta cinayətlərimizi belə; sevmədikdə heç nəyi bağışlaya bilməzlər, hətta bizim fəzilətlərimizi belə.
  • Qadın ana olandan sonra kamilləşir.
  • Qadın anatomiyasını yaxşı öyrənməyən kişi evlənə bilməz.
  • Qadın ilk öpüşdə nələr qazanacağını bilə bilməz, amma son öpüşdə nələr itirdiyini bilər.
  • Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir.
  • Qadın sevgidə arfaya oxşayır. O, sirlərini yalnız onu yaxşı çalana verir.
  • Qadın yaxşı bəzənmiş masadır ki, ona kişi yeməkdən öncə və yeməkdən sonra müxtəlif baxır.
  • Qadını idarə etməyi bacaran dövləti də idarə edər.
  • Qadının ağlı cibində deyil, başında olmalıdır.
  • Qadının həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub.
  • Qadının sizdən məsləhəti istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır..
  • Qadının yalnız son sevgisi kişinin ilk sevgisi ilə müqayisə edilə bilər.
  • Qadınlar hansısa ağılla insanların çatışmazlıqlarını, axmaq adamın isə üstünlüklərini istedad hesab edirlər.
  • Qadınlar öz məşuqlarına məğrurluqlarını təmin edən vasitə kimi baxırlar. Onlar bizdə özlərini sevirlər!
  • Qadınlar özgəsinə mənsub olan kişiyə qələbə çalmağı sevirlər.[3]
  • Qadınlar sevdikdə hər şeyi bağışlayar, hətta cinayətlərimizi belə; sevmədikdə heç nəyi bağışlaya bilməzlər, hətta bizim fəzilətlərimizi belə.
  • Qadınlar sözlərinə xüsusi əhəmiyyət verməyi bacarırlar. Onlar sözlərinə elə bir çalarlar əlavə edirlər ki, onların mənası daha geniş, daha əhəmiyyətli olur.
  • Qadınlara qayğı göstərərkən, bir çoxları, demək olar ki, özləri üçün yanmayacaq odun qurudur.
  • Qadınsız ev məzar kimidir.
  • Qarşılıqlı olmasa da, sevmək gözəldir.
  • Qəddarlıq və qorxu bir-birinin əlini sıxan hisslərdir.
  • Qəlbinizi açmaq istədiyiniz adamı bütün varlığı ilə tanımadan sirrinizi ona açmayın.[4]
  • Qısqanc adam əslində arvadından yox, özü-özündən şübhələnir.
  • Qızıldan olan zəncirlər ən ağır zəncirlərdir.
  • Qocalıqda gözəl cinsə laqeydlik, gənclikdə çox bəyənilməyi bacardığına görə cəzadır.
  • Qorxaqlıqdan və qorxudan geri qalmaq, hələ də məharətli bir manevr hesab olunur.
  • Qozbellərin olduğu yerdə gözəl fiqur eybəcər görünür.
  • Lovğa təbiət üçün sevgi, Yer üçün Günəş kimidir.
  • Masqaraçı həmişə səthi varlıqdır.
  • Məhəbbət — bizim ikinci doğuluşumuzdur.
  • Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir.
  • Məhəbbət elə bir ehtirasdır ki, nə keçmişi, nə də gələcəyi tanıyır.
  • Məhəbbət — hisslərin poeziyasıdır.
  • Məhəbbət — keçmişi və gələcəyi tanımayan yeganə ehtirasdır. Hörmət məhəbbətin keşikçi dəstəsidir.
  • Məqsədə çatmaq üçün əvvəlcə getmək lazımdır.
  • Mərhəmət insani dəyərlərin şahıdır.
  • Mətbəx atmosferindən heç də yaxşı olmayan həyat budur: iyi-qoxusu çox, bir şey hazırlamaq üçün əlləri bulamaq və sonra da bu bulaşığı yaxşıca yumaq kimi. Dövrümüzün bütün əxlaqı bundan ibarətdir.
  • Millət dili olan cəmiyyətdir.
  • Millətin gələcəyi anaların əlindədir.
  • Milyonları axtaranlar nadir hallarda taparlar, ancaq axtarmayanlar əsla tapmazlar.
  • Möhkəm iradə-instinktlər üzərində, meyllər üzərində hər dəqiqə qazanılmış qələbədir.
  • Mübarizə aparmaq yaşamaq deməkdir. Mübarizə kədər gətirsə də, yaralasa da, o, nifrətin zülmət qaranlığından, nifrət ediləcək qapalılığın zəhərindən, mübarizədən üz döndərənin soyuqluğundan, ürəyin biganəlik adlandırılan ölümündən daha yaxşıdır.
  • Mükəmməl gözəllik demək olar ki, həmişə soyuqluqla, yaxud axmaqlıqla qeyd olunub.
  • Müəllim bank xəzinədarına oxşayır: onun əlində böyük xəzinələrin açarı var, amma bu xəzinələr onun deyil.
  • Müəllimi olmayan millət hələ millət adını daşımağa layiq deyil.
  • Mülki və hərbi cəsarət eyni başlanğıcdan qidalanır.
  • Müsibətlərin yaxşı tərəfi varsa, o da bizə həqiqi dostlarımızın kim olmasını göstərməsidir.
  • Nə edirsən et, necə yaşayırsan yaşa: amma gülə bilmək üçün kimisə ağlatma və öz mənafeyin üçün kimisə satma.
  • Nə qədər ki, biz vicdanı ləkələməmişik, o, çox namuslu və müdrik hakimdir.
  • Nəzakətli və təvazökar olmaq insanın mədəniliyini göstərir.
  • Nikah, bir-birini tanımayan iki insanı ömürlük bir-birinə bağlayır.
  • Oxumağı tərk edən insan düşünməyi də tərk edər.
  • Ola bilsin ki, fəzilət mənəvi zəriflikdən başqa bir şey deyil.
  • Oynaş olmaq ər olmaqdan ona görə asandır ki, hər gün xoş söz demək, arabir lütfkarlıq göstərməkdən, xoş söz deməkdən çətindir.
  • Övladı olan ana heç vaxt azad qadın hesab oluna bilməz.
  • Öz əqidələrini divardan asmırlar.
  • Öz əqidəsini heç vaxt dəyişməyəcəyi ilə öyünən insan daima düz yolla gedəcəyini öhdəsinə götürür. Belə insan qüsursuz olduğuna əmin olan qanmazdır.
  • Öz ərinə gülən qadın artıq onu sevmir.
  • Öz zəifliyini etiraf edən adam qüvvətlidir.
  • Özündən heç bir şey saxlanmadığına inandırılmış bir qadını aldatmaqdan daha asan bir iş yoxdur.
  • Özünə vurğunluq dostluq üçün zəhərdir.
  • Paxıl və kütbeyin insanlar heç vaxt görkəmli insanların hərəkələrini başa düşə bilməzlər. Çünki, onlar əhəmiyyətsiz, səthi bir şey görən kimi ondan ikiəlli yapışırlar.
  • Paxıllıq, nifrətin ən təsirli elementlərindən biridir.
  • Pozğun xalqa verilmiş azadlıq, əxlaqsızlara verilən bakirə qız kimidir.
  • Prinsip etibarilə, böyük siyasətçi zalım olmalıdır. Əks təqdirdə, o, cəmiyyəti pis idarə edəcək. Siyasətçi rolunda ədəbli insan, batan gəminin sükançısının sevgi etiraf etməsi kimidir.
 
Sevgi bütün harmoniyaların ən melodikidir və sevgi hissi anadangəlmədir.
 
Qədim ideyaların xristian mənasında yalnız təkrarı olan İsveçborqçuluq mənim dinimdir və ona əlavə olaraq Allahın anlaşılmazlığını əlavə etmək istəyirəm.
  • Sadəlövhlük və sadəlik uşaqlıq əlamətidir.
  • Savadın sahibi olmaq üçün çalışmağın xidmətçisi olmaq şərtdir.
  • Sevən bir qadın üçün sevdigi kişinin üzü ona eynilə dənizin dənizçiyə göründüyü kimi görünər.
  • Sevənlər ya heç nəyə şübhələnmir, ya da hər şeyə şübhələnir.
  • Sevgi, axmaq adamın öz gözlərində böyüməsi üçün yeganə imkandır.
  • Sevgi baxışlarda hiss edilənə qədər səsdə eşidilir.
  • Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür.
  • Sevgi bizim yenidən doğulmağımızdır.
  • Sevgi bütün harmoniyaların ən melodikidir və sevgi hissi anadangəlmədir.
  • Sevgi çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir.
  • Sevgi evdəki söz-söhbətə, mübahisələrə dözə bilmir. Möhkəm xoşbəxtlik üçün bir-birinin yaxşı keyfiyyətlərini aşkar etmək lazımdır.
  • Sevgi, mis pulu qızıla, bəzən də qızılı misə çevirən inanılmaz bir saxtakardır.
  • Sevgi özündə insanın bütün yaxşı keyfiyyətlərini birləşdirir.
  • Sevgi; sevdiyin adamın xoşbəxt olduğunu gördükcə, Onun xoşbəxtliyi ilə xoşbəxt ola bilmə sənətidir.
  • Sevgi yeganə ehtirasdır ki, nə keçmişi, nə də gələcəyi qəbul etmir.
  • Sevgidə müxtəliflik axtarışları gücsüzlük əlamətidir.
  • Sevmək bir başqasının həyatını yaşamaqdır.
  • Sevmək istəyən qadınlar öz işlərinə aludə olan kişilərə şüursuz olaraq nifrət edir. Belə qadınlar özlərinin üstünlüklərinə baxmayaraq, yenə də həmişə üstünlüyə malik olmaq arzusunda olurlar.
  • Səbirli olmağı bacaran gec-tez öz istəyinə çatacaq.
  • Sən mənim dinimin nə olduğunu bilirsən. Mən pravoslav deyiləm və Roma Kilsəsinə inanmıram. Düşünürəm ki, əgər bizim tipimizə layiq bir sxem varsa, bu, insanın naməlum zonalara doğru irəliləməsinə səbəb olan insan dəyişiklikləridir. Bu, bizdən aşağı olan yaradılış qanunudur; bu, üstün yaradılışların qanunu olmalıdır. Qədim ideyaların xristian mənasında yalnız təkrarı olan İsveçborqçuluq mənim dinimdir və ona əlavə olaraq Allahın anlaşılmazlığını əlavə etmək istəyirəm. (arvadı Evelina Hańskaya məktubundan (31 may 1837).
  • Sənət millətin libasıdır.
  • Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir…
  • Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar.[5]
  • Subayın vəziyyəti – cəmiyyətə zidd vəziyyətdir.
  • Şairlər iki cür olur: hiss edənlər, bir də ifadə edənlər. Birincilər daha çox xoşbəxtdirlər.
  • Şöhrət çox bahalı, lakin tez xarab olan maldır.
  • Şöhrət, kiçik dozalarla qəbul edilməli olan bir zəhərdir.
  • Şöhrət, ölülərin günəşidir.
  • Şöhrət sərfəli mal deyildir: qiyməti baha, saxlanılması isə pis.
  • Şöhrət — uzaqdan günəş kimi parlaq və isidici, yaxınlaşdığınız zaman isə bir dağ zirvəsi kimi soyuqdur.
  • Şöhrətpərəstliyin olduğu yerdə səmimiyyətə yer yoxdur.
  • Şübhələnmək, gücün itirilməsi deməkdir.
  • Tanrı, qadınları artıq-əskik danışan yaraşıqlı kişilərdən qorusun.
  • Tək özün danışsan həmişə haqlı olacaqsan.
  • Torpaq insanlardan ədalətlidir, riyakarlıq nə olduğunu bilmir, qoyulan əməyə qarşı bol-bol mükafatlar verir.
  • Torpağa əkilən toxumlar içərisində ən çox məhsul verən fədailərin torpağa tökdükləri qandır.
  • Tutqunun müddəti, qadının başlanğıcdakı müqaviməti ilə mütənasibdir.
  • Ürəyinin səsinə səs verməyən, onun ardınca getməyən insan bədbəxtdir. O, kədərli olur, əzab çəkir. Əzab isə qəzəb doğurur.
  • Ürəyinin səsini yox, ağlını rəhbər tutan qadın əsl ictimai infeksiyadır: o, ehtiraslı və sevən qadının üstünlüklərinə yox, çatışmazlıqlarına malikdir. Belə qadın rəhmsiz, sevgisiz, fəzilətsiz, cinssiz olur.
  • Vaxt, zehni əmək işçisinin kapitalıdır.
  • Vaxtı öldürmək ən bahalı əyləncədir.
  • Vicdan bahalı bir xüsusiyyətdir. Ucuz insanlarda olmur.
  • Vicdan, hər kəsin qonşusunu döymək üçün götürdüyü, lakin əsla özünə qarşı istifadə etmədiyi çubuqlara bənzər.
  • Vicdan, nə qədər ki, biz onu ləkələməmişik, çox qabil və səhv etməyən hakimdir.
  • Vicdanımız onu öldürənə qədər bizim günahsız hakimimizdir.
  • Vicdanın nəsihətlərinə əməl etmək adama xoş gəlir.
  • Yaxşı bir şöhrət sahibi olmağınız sizin üçün bir vəsiqədir.
  • Yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır.
  • Yaxşı yazılmış tarixi romanlar tarix kurslarından daha əhəmiyyətlidir.
  • Yaxşı yazmaq üçün fikirləşməyi öyrənmək lazımdır.
  • Yaxşılığınıza inanılmasını istəyirsinizsə ondan heç bəhs etməyin.
  • Yalan danışmaq — öz mənliyindən əl çəkmək deməkdir.
  • Yalançılıq peşə olaraq elan edilməlidir artıq, çünki çox ustası var.
  • Yalnız gözəlliyi ilə ağılları alan, ürəkləri və ruhları fəth edən dar düşüncəli qadınlar hədsiz ehtiras təlqin edə bilərlər. Ağıllı qadın isə öz üstünlüklərindən sui- istifadə etməz. Kişiyə sahib olmağı yalnız miskin və axmaq qadınlar bacarar.
  • Yaltaqlıq, böyük adamların yox, vacib adamların həyatına daxil olmaq üçün daha da kiçilməyi bacaran kiçik adamların xasiyyətidir.
  • Yaşlıların göz yaşları uşaq göz yaşlarının təbiiliyi qədər dəhşətlidir.
  • Yazıçı həyatı toqquşmaların böyük salnaməçisidir.
  • Yazıçı ustalığının ən yüksək səviyyəsi fikri obrazda ifadə etməkdir.
  • Yazıçı yalnız əqidəsi möhkəm olduqda mövcuddur.
  • Yazıçının ən yüksək məharəti obrazda fikri ifadə etməkdir.
  • Yoxsulluğun hökm sürdüyü yerdə nə utanmaq qalar, nə cinayət, nə namus, nə də ruh.
  • Yuxunun öhdəsindən gələ bilmədiyi heç bir acı yoxdur.
  • Zamanla vicdanın satılması ilə fasiləsiz təhqir edilən ruh dayazlaşır, nəcib fikirlərin yayları paslanır, bayağılığın ilgək qarmaqları laxlayır və o özü-özünə fırlanmağa başlayır.
  • Zəifliyini qəbul edən insan güclənir.
  • Zərurət, dahi üçün stimuldur.
  • Zövqün olmaması ikiüzlülüyün ayrılmaz qüsurlarından biridir.

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.114
  2. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.131
  3. [1] Qadın böyük qüvvədir…
  4. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.41
  5. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,

Mənbə

redaktə
  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014

Xarici keçidlər

redaktə