Kürd atalar sözləri
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ac - adam içinə çıxdı, lüt - çıxmadı.
- Adam kasıblayanda köhnə borclarını və uzaq qohumlarını xatırlayır.
- Adam kimi işlə, aslan kimi ye.
- Adamlar qoruqsuz olur, sərvət qoruqsuz olmur.
- Adamlar zamanla ayaqlaşmalıdır, zaman adamlarla yox.
- Axşam çörəyini sabaha saxla, axşamın işini səhərə saxlama.
- Ağac dedi: "Məndən balta sapı düzəltməsəydilər, balta məni doğramazdı.
- Ağac nə qədər yoğunsa, bir o qədər bərk sınar.
- Ağaca qurd düşməsəydi, çürüməzdi.
- Ağacı kökündən kəsmə.
- Ağacı qurd yeməsə min il yaşar.
- Ağıl - qızıl tacdır, hər başda olmaz.
- Ağıldan yüngül olanın yuxusu ağır olur.
- Ağıllıların yükü axmaqların çiynində olar.
- Ağız yeyər, üz utanar.
- Ağlın azlığı ağır yükdür.
- Allah dağı da tək qoymasın.
- Allah dağı görür, üstünü qarla örtür.
- Allah kasıbın qənimidir.
- Allah tülküyə aslan gücü verməsin.
- Allahın da adı var, özü yox.
- And - ikiağızlı qılıncdır.
- Arvad adamı evə gələr, kişi adamı evdən gedər.
- Arvad var - arvaddır, arvad var - dərd-qəmdir, arvad da var - yaraya məlhəmdir.
- Arvad var qardaş yerindədir, arvad da var qardaşdan eləyir, yıxılır.
- Aslan qocalanda çaqqallar gülüncü olar.
- Aslanı hiylə ilə təslim edərlər.
- Aslanın gücü pəncəsindədir.
- At dörd ayaqla yeriyir, o da büdrəyir,
- At qaçır, atlı özünü tərifləyir.
- Atanın düşməni oğula dost olmaz.
- Atı nalladılar, eşşək ayağını qaldırıb dedi: "Məni də".
B
redaktə- Balta öz sapını kəsməz.
- Baltanın sapı ağacdan olmasa ağaç aşmaz.
- Baş dilə dedi; "Nə qədər ki, sən mənim qonşumsan, mənə rahatlıq yoxdur".
- Başısoyuq oğuldan kor qız yaxşıdır.
- Bekarın dukanı; iki saxta sabun, dörd torba duz.
- Bəd itin arxasından keç.
- Bəxti taxta dəyişmə.
- Bəla igidin başına gələr.
- Bərk ayaqda qorxağa qapı açmaq lazım deyil.
- Bir ağacın kölgəsində min qoyun daldalanar.
- Bir ana duası yeddi kişi qarğışını heç edər.
- Bir bəd itdən qorx, bir də deyingən arvaddan.
- Bir dəfə iki nəfər bir aqili araya alıb soruşdu: "Sən dəlisə, yoxsa qudurmuş?". Aqil dedi: "İkisinin arasındayam".
- Bir dəfə qonaq eləməklə duz-çörəkli olmazsan, bir dəfə vurmaqla - qoçaq.
- Bir dəfə yaxşılıq eləmək min dəfə deməkdən yaxşıdır.
- Bir evə üç nəfər üçün azar gəldi, hamı baxdı nökərin gözünə. Nökər dedi: "biri - mən, bəs qalanları".
- Bir günlük aslan ol, bir illik tülkü olma.
- Bir halda ki, dünyada ölüm var, qorxu nə üçündür?
- Bir topa hünü fili qaçırdar.
- Bir yalançı dost min düşməndən yaxşıdır.
- Birinci yastiq yaxşıdır. ("Birinci qadın yaxşıdır" - mənasında).
- Birindən soruşdular: "Sən baxt istəyirsən, yoxsa taxt?". Dedi; "Baxt olsa, taxt özü gələcək".
- Birinin evi od tutub yanır, o biri də onda qoyun baş-ayağı ütür.
- Böyük ürək qocalmaz.
C
redaktə- Canavar duman axtarar.
- Cöngənin dərisini buğa aparar, buğanın dərisinə cöngənin gücü çatmaz.
Ç
redaktə- Çay balığı dənizdə yaşaya bilməz.
- Çay dənizi bulandırmaz.
- Çırağın kora, nağaranın kara faydası yoxdu.
- Çox tələsən geri qalar.
- Çox tələsən tez yorular.
- Çox yatan - az bilər.
- Çörək - Qurandan qədimdir.
- Çörəyi itə ver, nanəcibə vermə.
- Çörəyin dadı çörək yiyəsinin üzünə görədir.
D
redaktə- Dağ nə qədər hündür olsa da, belindən yol aşar.
- Daş da səhəngə dəyəndə - vay səhəngin halına, səhəng də daşa dəyəndə - vay səhəngin halına.
- Dağa ki, od düşdü - yaş da yanacaq, quru da.
- Dam dəlikdirsə, damdibi yaşdı.
- Daş daşa dəyər - çınqı çıxar.
- Dedilər: "Ay ulaq, gəl səni aparaq cənnətə". Soruşdu: "Bəs orda qanqal var?"
- Deyirlər, sən ki yola çıxdın, qəza- bəla da yola çıxır.
- Dəlilər dəli deyil, onlara inananlar dəlidir.
- Dəniz itin ağzıyla haram olmaz.
- Dəvənin dərisi bir öküzə yükdür.
- Dilim, mən sənin artığını kəsməsəm, sən mənim başımı kəsəcəksən.
- Dişləyə bilmədiyin əli öpməli olursan.
- Dost ağladar, düşmən güldüər.
- Dostumun dostu dostumdur, düşmənimin düşməni də dostumdur.
- Dostuna qazdığın quyuya bir gün özün düşərsən.
- Dovşan necə gizlənir gizlənsin gec-tez çıxıb qaçacaq.
- Dövlətli kasıblayanda yeddi il ondan dövlətli iyi gəlir, kasıb dövlətlənəndə yeddi il ondan kasıb iyi gəlir.
- Düşmənə şirin sözünlə möhkəm arxan olsun.
- Dünya - qızılgüldür: qoxla, ver yoldaşına.
- Dünya nemətini kim daddı? - Axmaq qabağında susan.
- Dünya nemətlərinin xeyrini ya zorlu görür, ya da həyasız.
- Dünya səbr üstündə dayanıb.
- Dünyada dildən şirin, dildən də acı heç nə yoxdur.
- Dünyada hər şeyi qazanmaq olar - ata ilə anadan başqa.
- - Dünyanı necə gördün? - Ürəyim necə görürsə!.
- Dünyaya görə danış, ağlına görə iş gör.
- Düşmənə - yaxşı söz, dosta - yaxşı tikə.
- Düşməni olmayan kişinin olumu ilə ölümü birdir.
- Düşmənin bir qarışqa da olsa, tədbirini gör.
- Düşmənin qoy aslan olsun, tülkü olmasın.
- Düzü deyəndən sonra şirin də yanından keçə bilərsən.
- Düzünü de - rahat yat.
E
redaktə- Elə quru olma ki, səni sındırsınlar, elə də yaş olma ki, sıxsınlar.
- Elə ölü var ki, ağlaşmaya ehtiyacı yoxdur.
- Eləyən heyfsilənər, eləməyən heyfsilənməz.
- Eşşək yıxılanda yiyəsindən güclüsü tapılmaz.
- Eşşəkdən qurban olmaz, amma dəyərində puldan qurbanlıq olar.
- Eşşəyini əvvəlcə özün möhkəm bağla, sonra allaha yalvar ki, onu qorusun.
- Evdə ağsaqqal yoxdursa, bir ağır daş gətir, onunla məsləhətləş.
Ə
redaktə- Əliaçığın əli qısa olmaz.
- Əlim oğurlayır, ürəyim - əsir.
- Əliylə buraxdı, ayağı ilə ardına düşdü.
- Ər-arvad savaşına ağılsızlar inanar.
- Əslini soruş, əsilsizdən qorx.
- Ət xarab olsa duzlayarlar, duz xarab olsa neyləyərlər?
- Əvvəl de, sonra gül.
- Əyri ağacın kölgəsi də əyri olar.
- Əyri ağıza gülmək yaraşmaz.
G
redaktə- Gəlin at belində gələr. Ancaq kimə qismət olduğunu kimsə bilməz.
- Gözəl gözlərinə sürmə çəkdi, cavanların qəlbini yandırıb - yaxdı.
- - Gozünü kim oyub.
- - Qohumum.
- - Hə, deməli, ona görə belə dərin oyulub.
H
redaktə- Haqsız bəraət cinayətdən ağırdır.
- Hər ağac öz kökünə kölgə salmaz.
- Hər dəmirdən qılınc olmaz.
- Hər şey saqqala görə olsaa, onda gərək keçi sərdar ola.
- Hər tikəni yemək olar, hər sözü demək olmaz.
- Hər yuvaya əlini salma: birində siçan var, birində ilan.
- Həya - damladır, bir damçı damsa yenə damacaq.
- Hürəyən it qəfil qonaq çağırar.
X
redaktə- Xasiyyətini dəyiş - gecələdiyin yeri dəyişmə. (Kürdlərdə adətdir: bir dəfə bir evdə gecələmiş müsafir, gələn dəfə də o evə düşməlidir, yoxsa ev yiyəsini incitmiş olar)
- Xəstənin özünün bildiyini yüz həkim bilmir.
- Xəstəyə kim şəfa verdi? - Halını soruşan.
İ
redaktə- İgid adam yava adamı bağışlaya bilər, yava adam igidi - yox.
- İgidlik ondur: biri qüvvət, doqquzu fənd.
- İkiarvadlı ikiüzlü olar.
- İki güləşənin biri yıxılmalıdır.
- İlan deyir: "Məni düşmən kimi öldürsən də dost kimi basdır".
- İlan kəsilmiş quyruğunu unutmaz.
- İlan kinli olmasaydı, ayaqları qarnında olmazdı.
- İlan nə qədər ki, balacadır - əz başını.
- İlandan ilan zəhəri getməz.
- İlanı başından tutarlar.
- İlanın balası zəhərsiz olmaz.
- İllər qoranı şirin elər.
- İnsan bir, qayğı min.
- İnsan "haqq" dediyi zaman çay dayanır, su kəsilir.
- İnsan yorğunluqdan ölməz.
- İstəmək ayıbdır, verməmək ikiqat ayıbdır.
- İş aslandır, alarsan ələ, olar tülkü.
- İş görən əl- tox qarının üstündədir.
- İt çörəkdən qaçmaz.
- İt dənizdən su işməklə, dəniz murdar olmaz.
- İt səni nə qədər yaxşı tanısa da, ağacı əldən vermə.
- İtə nə qədər daş atsan, o qədər də hürər.
K
redaktə- Kasıb çörək dərdində, ağa kefdə, şənlikdə.
- Kiçik borc uşaq kimi böyüyər.
- Kim elədi demə, kim söylədi de.
- Kirpi ğz balalarını söğallayıb dedi: "Mənim ipək balam".
- Kişi arxasında qadın - iki ağzı da itilənmiş qılınc kimidir.
- Kişi o adamdır ki, öz yarasını özü sağaldır.
- Kişinin düşməni pis dilidir, bir də pis arvadı.
- Kor gözü müalicə eləmək olar, kor ürəyi - yoz.
- Kor ölüncə ümid edər ki, görəcək.
- Korlar şəhərinə gedən adam gərək gözünü yumsun.
- Könlündəki bir dərd belindəki on yükdən ağırdır.
- Kürd ac olanda yuxu onun nəyinə gərəkdir?
Q
redaktə- Qadın qaladı, kişi məhbus.
- Qadın yanağı allığı kişidən alar.
- Qadının könlü bir qaba düşdü, yeddi il bir yerdə dolandırdı.
- Qalın nazilincə, nazik üzülər.
- Qapını bağla, amma nə qonşunu, nə də kəndçini oğru bilmə.
- Qapısı bağlı olanın gözü qapısı açıq olandadı.
- Qara buluddan həmişə yağış gələr.
- Qarğa başından bozartma bişirməzlər.
- Qatırdan soruşdular: "Atan kimdir?". Dedi: "Atın bacısı oğluyam".
- Qəhvəni çaya bərabər elədilər, çayın qiyməti düşdü.
- Qərib adam kor kimidir.
- Qılınc birini öldürər, dil - minini.
- Qız dediyin meyvəli ağacdır, hər ötən bir daş atar.
- Qocaların sözüylə arvad al, cavanların sözüylə - at.
- Qohum nə qədər pis olsa, yenə gizlədilmiş qızıl kimidir.
- Qonşunun qızını qonşu ərə verər, qonşunun oğlunu qonşu evləndirər.
- Qorxağın ürəyi hər an döyünər.
- Qoy ağac yıxılsın - bilərsən hansı tərəfə yıxıldı.
- Qoy lal desinlər, tənbəl deməsinlər.
- Qoy səni aslan yesin - yatma tülkü kölgəsində.
- Qudurmuş it qırx gün yaşar.
- Qulaqsız ulaq elə bilər ki, hələ qoduqdur.
- Qurbağa quruldamasa partlar.
- Qurd gəldi - vay dilənçinin, kasıbın halına.
- Qurd öz gücünü bilsəydi, dünyanı alt-üst edərdi.
- Qurddan soruşdular: "Sənin boynun niyə yoğundur?". Dedi: "Mən ruzumu özüm tapıb, özüm də yeyirəm".
- Qurdla yeyir, çobanla axtarır.
- Quş var ki, insan onun ətini yeyir, quş da var ki, insan ona ət yedizdirir.
- Quzuya yazığı gələn kabab yeməz.
L
redaktə- Libassız dolaş, ancaq başını düşmən önündə əymə.
M
redaktə- Meyvənin dəymişini dərməzsən - çürüyər.
- Məhəbbət - alovdur, əhd-peyman - külək.
- Məhkəməyə gedən iki nəfərin ancaq biri razı qayıdar.
- "Mən sancmıram" deyən ilandan qorx.
- Mənim papağım düzlüyümə görə cırıldı.
- Mərcimək quşu kimidir: nə sinəsi var, nə kürəyi.
- Mərddən zərər olmaz, namərdə - inam.
- Mərdin başı qaladır.
- Molla öz borcunu tez unudur, borclularını yox.
N
redaktə- Nabələdə zurna verərsən, gen tərəfindən piləyər.
- Namərd körpü də olsa - üstündən keçmə.
- Namuslu əmək tapdansa da zay olmaz.
- Namusu itə atdlar - yemədi.
- Heç nə bilməyən adam həmişə qəmgin olar.
- Nə qədər ki, qapını döyməyiblər, sən də heç kəsin qapısını döymə.
O
redaktə- Oddan qorxan suya düşər.
- Oğul atanın yanına gəli deyir: "Ata, dəvə bir qəpiyədir". Atası deyir: "Alma, qəpiyimiz yoxdur". Onda ki, dəvənin qiyməti qızıla bərabər olur, ata deyir: "Bala, get al".
Ö
redaktə- Ölənin dalınca heç kəs özünü öldürmür - yazıq ölənin halına.
- Ölü mənim ölüm,nə olduğunu özüm bilərəm.
- Ölümdən qorxan insan dirilər arasında ölüdür.
- Övladına cəza verməyən özü cəza alar.
- Öz atasını öldürdü - goruna and içir.
- Öz atasını istəyən, özgə atasını söyməz.
- Öz atına oğlunu da qoyma minsin.
- Öz düşmənini göz tez tanıyar.
- Öz düşmənini tanımayan gözlər kor olsun.
- Öz evində yox, özgə evində əliaçıqdır.
- Özgə quzudan bizə qoç olmaz.
- Özgənin əlinə baxsan, əli bağlı qalarsan.
- Özünü bir tərifləyəndə, dostunu iki təriflə.
P
redaktə- Padşahdan daldada padşahın da atasını söyərlər.
- Peyğəmbər əvvəlcə özünə xeyir-dua verib, sonra özgələrinə.
- Pis dost qoçağı da pis eləyər.
- Pis qadın yaxşı kişini keçəl eləyər, yaxşı qadın pis kişini yaxşı eləyər.
- Pişiyi hər necə atsan pəncələri üstə düşəcək.
S
redaktə- Sakit sudan və mızı adamdan qorx.
- Sel gedər - daş qalar, aslan ölər - dərisi qalar, insan ölər - adı.
- Səbirli olsan, Misirin də əmiri olarsan.
- Səhər bir tikə ye, günorta - nə qədər bacarırsan, axşam yeyərsən - yeməzsən özün bilərsən.
- Səhər küləyindən soyuqlamayanın, axşam küləyindən qorxusu olmaz.
- Silahı böyüyə ver, suyu kiçiyə.
- Sirri bir nəfərə ver, sualı - mun nəfərə.
- Soruşdular: "Atanı atlı öldürüb, yoxsa piyada?". Dedi: "İndi ki, ölüb, nə fərqi var: atlı öldürüb, yoxsa piyada".
- Soruşdular: "Nə əkirsən?". Dedi: "Bitər, görərsən".
- Soruşdular: "Su, niyə haray salırsan?". Dedi: "Dostum daşlardır".
- Söyləmək zərərdi, düzəltmək qərar.
- Sözü əvvəlcə bişir, sonra çıxart.
Ş
redaktə- Şam kimidir, kölgəni - özünə, işığı özgəsinə salar.
- Şərəfsizin zərbəsi mərdi ağrıtmaz.
T
redaktə- Təlxəyə hər yerdə yer var.
- Tənhalıq dərdi diş ağrısı kimidir.
- Tülkü aslanın yerinə keçdi, hər yanı viran etdi.
- Tülkü meşədən çıxdı - fərq nədir ki, dişidir, ya erkək.
- Tülkü yeyə bilmədiyi üzümə- “iylənib” -deyər.
U
redaktə- Uca dağların zirvəsi həmişə duman içərisində olar.
- Ulaq yeddi cür üzmək bilir, amma suyu görəndə hamısı yaddan çıxır.
- Ulağa dedilər: "Gözün aydın, oğlun olub!". Dedi: "Yüküm artıb, yemim azalıb".
- Uşaq idim - böyüklərdən qorxurdum, böyük oldum - uşaqlardan qorxuram.
- Uşaq nə görər yapışar, nə eşidər - danışar.
- Utancaq adam məqsədinə çatmaz.
Ü
redaktə- Ürək daş deyil, güldən də zərifdir.
- Ürək süfrədir ki, hər yetənin önündə açasan?
- Ürəkdən ürəyə yol var.
- Üzü ağrısın, qarnı ağrımasın.
V
redaktə- Vaxtsız banlayan xoruzun başı kəsilər.
- Vay o kişinin halına ki, arvadının gözü qapıdadır.
- Vətənsiz adam qanadsız quş kimidir.
Y
redaktə- Yaxşı aqibət əvvəldən görünər.
- Yaxşı at olsun, nalı olmasa da olar.
- Yaxşı gəlin evin sütunudur.
- Yaxşı gün səhərindən bilinər.
- Yaxşı oğul pis atanın adını ucaldar, pis oğul yaxşı atanın adını batırar.
- Yaxşılıq eləyən özünə xeyir eləyir, yamanlıq eləyən - zərər.
- Yaxşılığı bir dəfə eləmək, min dəfə deməkdən yaxşıdır.
- Yağış dənizin üstünə yağar.
- Yağışdan sonra öküz çullanmaz.
- Yalan Allahın düşmənidir.
- Yalan hələ heç ağızdan çıxmamış başlayır valay vurmağa.
- Yalqız adamdan heç kəs danışmaz.
- Yalqız atlı toz qaldırmaz.
- Yalqız qadın əzazil olar, yalqız kişi - yazıq.
- Yaman gündə də namərd qapısını döymə.
- Yamanlığı hamı eləyə bilər, yaxşılığı - yox.
- Yaramaza hörmət elərsən, deyər: "Məndan qorxur".
- Yaralı yarasını bilir.
- Yava kişi bəd ayaqda arvadının gözünə baxar.
- Yavaş gedəndə - bəla məni haqlayır, bərk gedəndə - mən bəlanı haqlayıram.
- Yazda - qoyun, yayda - meyvə, payızda palıd közüylə yağlı ət, qışda da ki, mən. (Kürd qadının öz ərinə zarafatıdır).
- Yazın axırında insanlar şad olur, yazın əvvəlində - heyvanlar.
- Yeddi dəfə öz evində axtar, sonra qonşudan istə.
- Yeməyə uzanan əl uzundur.
- Yeməyi ye ər kimi, işi gör şir kimi.
- Yetim bəxtəvər olsaydı, atası ölməzdi.
- „Yoldaş, yoldaş“ deyən dostun ardınca getmə.
- Yoluxucu xəstəlik Şamdan gəldi, əcəli çatanlar öldü.
- Yuxu - dəmirdən ağır, qənddən şirindir.
- Yük uzunqulağa gəlməsə, uzunqulaq yükə gedər.
Z
redaktəMənbə
redaktə- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015.