Şeyx Şəms Təbrizi (1185 – 1248) — mənşəcə Azərbaycan türklərindən olan dünyaca məşhur sufi alim və şair. Ustad Şəms Təbrizi həm də Mövlana Cəlaləddin Ruminin mürşidi (təsəvvüf yolunda rəhbəri) hesab olunur.
Alim olanda müdrik idin, amma aşiq olmağa hazırsanmı?
Alimlə cahilin arasındakı fərq bircə burasındadır ki, alim nəfsinin cilovunu çəkə bilər, cahil yox.
Allah bir insanı sənin əlinlə ayağa qaldıracaqsa, sən necə əlini uzatmazsan? Allah səni insanlara sevdirmək istəyir, Allah sənin dağılmış parçalarını yığır. Eşqə nankorluq etmə!!
Allah sənin qapından eşq sarayına bir insan gətirirsə , o insana sən necə mən səni sevmirəm deyə bilərsən?
Aşiq odur ki, Allahdan aldığı eşqi əmanətini Allaha verər. Eşq məzhəbində hər şey uca Eşqə qurbandır.
Aşiq olmaqla sevmək arasındakı fərqi soruşmuşlar? Cavablandırmış Şəms: Sənin baxdığına hər kəs baxar, amma sənin onda görə bildiyini hər kəs görə bilməz. Hər kəs aşiq ola bilər, amma heç kəs sənin kimi sevə bilməz. Tək fərq sənsən.
"Ayrılıq dəmi gəldi"ni həqiqət kimi yox, bir söz olaraq söylədim. [1]
Az yeməyin hüdudsuz mənfəəti var. O, sağlamlığı qoruyan əsas vasitədir.
Bağışla Allahım .. Ruhumda Sən varkən, mən bu bədəndə qalmışam ..
Bəzən arxaya dönüb baxmalıdır insan; haradan gəldiyini unutmaması üçün.
Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün; bəzən xatırlamaq lazım gəlir, xatırlanmaq üçün; bəzən ağlamaq lazım gəlir, açılmaq üçün; bəzən anmaq lazım gəlir, anılmaq üçün; bəzən də susmaq lazım gəlir, duymaq üçün.
Bir an gözlə, arxana dön və unutduqlarını xatırla.. İtirdinsə axtar,qırdınsa üzr istə, qırıldınsa bağışla...Çünki həyat çox qısa.
Bir insan Allahdan başqa kimsəyə ehtiyacı olmadığına inanırsa, Allah da onu başqasına möhtac etməz.
Birinə elə bir söz söylə ki, ya yaşat, ya da öldür; amma əsla yaralı buraxma.
Cəhənnəm kimi olmalı, cəhənnəmi belə yandırıb yandıracaq bir könül istəməli. Ki o könülün önünə iki yüz dəniz çıxsa, hamısını da yandırsın. Onun tək bir dalğası bilindik dənizlərə daş çıxartsın.
Gəncliyimdə axtardığımı yaşlılığımda tapdım , neyləyərsən. Ya mən erkən gəldim ya sən gecikdin, neyləyərsən. Qədər!
Gəl baxaq odla necə oynanar göstərim.Gör baxaq atəşmi səni yandırar, sənmi atəşi?
Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir.
Haqqın qarşına çıxardığı dəyişikliklərə müqavimət göstərmək yerinə, təslim ol. Burax həyat sənə baxmayaraq deyil, səninlə birlikdə axsın..
Hər insan üçün bir aşiq olma zamanı vardır , bir də ölmək zamanı.
Hər şey insanoğluna fəda ikən insanoğlu isə özünə cəfa olmuşdur.
Hər şey çox olunca ucuzlaşar.. Ədəb bunun əksinədir, o çoxaldıqca dəyəri artar ..
Hər yolun bir ədəbi vardır. Allahı sevməyin də bir ədəbi vardır.Dərviş yalnız könlü geniş və ruhu səyyah bir sufi demək deyil ki.
Həyat bu, bir baxarsan hər şey bir anda sona çatar .. Həyat bu, son dediyin an hər şey yenidən can tapar ..
Həyata yuxarıdan baxsan insanların yalnız təpəsini görərsən. Həyata daim insanlarla eyni məsafədən bax, o zaman insanların həm üzünü, həm ürəyini görərsən..
Həyatım alt – üst olar, düzənim pozular deyə narahat olma. Haradan bilirsən həyatının altının üstündən daha yaxşı olmayacağını?
Yolun ucunun hara çatacağını düşünmək boş bir səydən ibarətdir. Sən yalnız atacağın ilk addımı düşünməklə hökümlüsən. Gerisi onsuz da özbaşına gələr ...