Afrikada hər səhər bir ceyran oyanır, ən sürətli aslandan daha sürətli qaçmasının lazım olduğunu, yoxsa öləcəyini bilir. Afrikada hər səhər bir aslan oyanır, ən yavaş, lakin ceyrandan daha sürətli qaçmasının lazım olduğunu, yoxsa ac qalacağını bilir. Aslan ya da ceyran olmağınızın bir önəmi yoxdur. Yetər ki, günəş çıxanda qaçmaq məcburiyyətində olduğunuzu bilin.
Ağacdakı meymun nə qədər çox yuxarı dırmaşsa, gündəyməzi bir o qədər aydın görünər.
Ağıllı görünmək istəyirsənsə, susub qulaq as.
Ana qoyun haradadırsa, quzu da oradadır.
Aslanlar öz hekayələrini yazmadıqca, ovçuların hekayələrini eşitmək məcburiyyətindəyik.
Sular yüksəldikcə balıqlar qarışqaları yeyər, sular çəkildikcə də qarışqalar balıqları yeyər. Heç kəs bugünkü üstünlüyünə və gücünə arxayın olmamalıdır… Çünki, kimin kimi yeyəcəyini suyun axışı qərar verər.
Suyun dərinliyini iki ayağı ilə ancaq bir axmaq test edər.