Əgər qırx yaşına qədər insanın mənzilini uşaq səsləri başına götürmürsə,oraya kabuslar və dəhşətlər təşrif gətirir. (Şarl Ogüsten Sent-Böv:Fransız yazıçısı və tənqidçisi)
İdealda ictimai vicdan deməlidir: əgər bizim xilasımız əzab verilmiş uşaqdan asılıdırsa, o zaman qoy hamımız məhv olaq və bu xilası qəbul etməyək. Fyodor Dostoyevski
Namaz qılarkən onu uzatmaq istəyirəm;lakin kiçik bir uşağın ağlamasını eşidəndə namazımı uzatmıram, çünki onun ağlar səsini eşidən ananın nə hala düşdüyünü yaxşı bilirəm. Məhəmməd peyğəmbər
Uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir. Füyuzat jurnalı
Uşaq olanda anam mənə deyirdi ki, əsgər olsan, general olacaqsan, keşiş olsan, papalığa qədər yüksələcəksən, amma mən rəssam oldum və Pikasso olaraq qaldım. Pablo Pikasso
Uşaq vaxtı özümü çox tənha hiss edirdim; hələ də elə hiss edirəm, çünki bəzi şeyləri bilirəm və bunları heç bilməyən, ya da bilmək istəməyən insanlara bəzi ipucları verməyə çalışıram. Karl Qustav Yunq
Uşaqda təmiz, idrakı qüvvələrdən ən əvvəl utanmaq, həya əlamətləri özünü göstərir. Deməli, diqqət edilməli, fikir verilməlidir: əgər uşaq həyalıdırsa, əksər halda başını aşağı salıb sırtıqlıq etmirsə, bu, onun nəcibliyinə sübutdur; bu, o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib, gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın uşaqda olduğuna dəlalət edir. Belə isə həmin uşağın tərbiyəsinə xüsusi fikir verməli, heç bir şeyi əsirgəməməli, istedadın sönüb getməsinə yol verilməməlidir. Nəsirəddin Tusi
Uşağa gözəl ad qoymaq lazımdır ki,bütün ömrü boyu xəcalət çəkməsin Nəsirəddin Tusi
Uşağa şam xörəyini səhər yeməyindən çox vermək lazımdır. Səhər yeməyini çox yesə, yuxu basar, zehni kütləşər. Əti az yedirtsələr, çeviklik, ayıqlıq, şənlik, oynaqlıq, anlaqlıq və s. xeyri olar. Xörək arasında su içməyə icazə verilməməli, həddi-büluğa çatmamış şərab, məstedici içkilər qadağan edilməlidir, çünki bunlar onun nəfsinə və bədəninə zərər vurar, qəzəb, çılğınlıq, şəhvət və ehtirasını artırar; o, içki məclislərinə aparılmamalıdır. Nəsirəddin Tusi
Uşağa yaradan yox, tərbiyə verən atadır. [1]Menandr
Uşağı bütə döndərmək olmaz, yoxsa böyüyəndə qurbanlar tələb edər. Üzeyir Hacıbəyli
Uşağı düzgün və normal tərbiyə etmək işindən çox asandır. Anton Makarenko
Uşağı həddən artıq əzizləmək onu fəlakətə hazırlamaq deməkdir. Çin atalar sözləri