Qardaş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Arvad var qardaş yerindədir, arvad da var qardaşdan eləyir, yıxılır. Kürd atalar sözləri
- Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə, həm də dayaqdır. İngilis atalar sözləri
B
redaktə- Bacı qardaşdan ötrü öldü, qardaş bacıdan ötrü yox. Gürcü atalar sözləri
- Bacın, qardaşın səndən şübhələnsə, bütün kənd şübhələnəcək. Vyetnam atalar sözləri
- Baxt yatanda qohum-qardaş yad olu. Aşıq Ələsgər
- Biri digəri qədər zəngin olunca, qardaşlar bir-birlərini sevərlər. Afrika atalar sözləri
- Birlikdə qardaş kimi yaşamağı öyrənməliyik, yoxsa birlikdə axmaq kimi öləcəyik. Martin Lüter Kinq
- Böyük qardaş ağıllıdırsa, yəqin kiçik də fəhmlidir. Monqol atalar sözləri
Ə
redaktə- Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Azərbaycan atalar sözləri/Ə
G
redaktə- Gedənə yoldaş, gələnə qardaş. Azərbaycan atalar sözləri
İ
redaktə- İki qardaş savaşıb, axmaq buna inanıb. Azərbaycan atalar sözləri/İ
- İki qardaş iki qol kimidir. Yapon atalar sözləri
- İnsanlar bir-birləri ilə qardaş olduqlarını bilməlidirlər. Uilyam Şekspir
- İnsanlar bir-birini qardaş bilməlidir. Konfutsi
- İnsanlar əylənə bildikləri ilə tanış, paylaşa bildikləri ilə dost, ağlaya bildikləri ilə qardaş olurlar. Anton Çexov
K
redaktə- Kim döydü? — Qardaş. Kim nəsihət verdi? — Qardaş. Abxaz atalar sözləri
Q
redaktə- Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
- Qardaş dost olmaya bilər — amma dost həmişə qardaş olmalıdır. Bencamin Franklin
- Qardaş qardaşa borc qaytarmaz. Osetin atalar sözləri
- Qardaş qardaşı bıçaqlamış, sonra durub qucaqlamış. Türk atalar sözləri
- Qardaş məhəbbəti, daş divardan möhkəmdir. Rus atalar sözləri
- Qardaş var ki, qardaşının ölməyini də istəmir, artmağını da. Lak atalar sözləri
- Qardaşına da inanma, özünün çəp gözlərinə inan. Gürcü atalar sözləri
- Qardaşsız qardaş qanadsız şahin kimidir, qardaşsız bacı — quru budaq kimi. Çeçen-inquş atalar sözləri
- Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik, amma qardaşcasına yaşamağı öyrənə bilmədik.Martin Lüter Kinq
L
redaktə- Layiqli qardaş bacıya çadradır. Əfqan atalar sözləri
Ü
redaktə- Üç şey adamın gözünü işıqlandırar: yaxşı arvad, ağıllı oğul, mehriban qardaş. Ərəb atalar sözləri
Y
redaktə- Yaddan yoldaş olunca, qardaş əlindən gedər. Azərbaycan atalar sözləri/Y
- Yalnız öz hayına qalan qardaş nə qardaşdır, nə yoldaş. Sədi Şirazi