Aktiv
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aktiv gücü əlində tutan yalnız dövlət olmamalıdır. Əgər insanlar mədəni olmaq istəyirlərsə, təşkilat qurma sənəti inkişaf etdirilməli və genişlədilməlidir. Aleksis de Tokvil
- Aktiv müdafiə hücum müdafiəsi və ya həlledici döyüşlərlə müdafiə kimi də tanınır. Passiv müdafiə həm də sırf müdafiə və ya təmiz müdafiə kimi tanınır. Passiv müdafiə əslində saxta müdafiədir; aktiv müdafiə yeganə həqiqi müdafiədir, əks-hücum və hücuma keçmək üçün yeganə müdafiədir. Bildiyimə görə, strateji və ya taktiki baxımdan passiv müdafiəyə qarşı çıxmayan qədim və ya müasir, çinli və ya əcnəbi, heç bir dəyərli hərbi təlimat yoxdur, ağlabatan ağıllı hərbi ekspert yoxdur. Yalnız ən böyük axmaq və ya dəli sehrli silah kimi passiv müdafiəni saxlaya bilər. Mao Tszedun
- Arzularının ardınca düş və sadəcə həyata keçir: Xəyallarınızı izləyin, həyatda sizi maraqlandıran işlərdə aktiv iştirak edin. Bir iş qurmaq niyyətindəsinizsə, əmin olun ki, bu, sizin hobbiniz və ya həqiqətən sevdiyiniz bir işdir. Riçard Brenson
- Atom indi daha yeni, radioaktivlik xətti boyunca öyrənilir və bir çox hallarda aktiv şüalanmanın davam etdiyi aydın olur. Bu kəşfin hara aparacağını söyləmək mümkün deyil, çünki radioaktiv maddələrin tədqiqi hələ başlanğıc mərhələsindədir və əslində çox az şey məlumdur. Əvvəlki fizika elminin çox hissəsi radiumun kəşfi ilə inqilab etdi və elm adamları nə qədər çox bilsələr, bizim çox böyük kəşflərin astanasında dayandığımızı (özlərinin də başa düşdüyü kimi) bir o qədər aydın olur. Alisa Beyli
C
redaktə- Cinsiyyət orqanlarını kişilərin daha rahat yaşamalarına xidmət edən odun parçası kimi görməyi rədd edən qadınları aktiv, pozğun, həyasız və yaxud lezbiyan olma təhlükəsi gözləyir. Lezbiyan bədəni adi qadın bədəninə nisbətən daha təhlükəli və cazibədardır, çünki bu bədən avtoerotizmə və klitordan gələn zövqə qarşı daha həssas olub, özünü doğrultmaq üçün daha münasibdir. Ziqmund Freyd
X
redaktə- Xəstəliyin ən aktiv müttəfiqi xəstənin ümidsizliyidir. Maksim Qorki
İ
redaktə- İki cür əxlaq var: biri pisliyi qadağan edən passiv əxlaq, digəri isə yaxşı işlər görməyi əmr edən aktiv əxlaq. Pyer Büast
- İş dünyasında qalıcı və sağlam bir yerə sahib olmaq istəyirsinizsə siyasətdən uzaq durun. Əgər siyasi olaraq aktiv bir haldasınızsa əsla güvənli addımlar ata bilməzsiniz. Eyni zamanda potilik güc və sərvət əsla yan-yana durması lazım olmayan iki partlayıcı maddə kimidir. Cek Ma
S
redaktə- Siz necə xoşbəxt və ya məmnun olmaq istəyirsiniz? Bəs digərləri necə? Kimsə yalnızlıqdan, kimsə - insanlarla aktiv ünsiyyətdən, kimsə - özünə yaxın bir insanla ünsiyyətdən məmnunluq hissi keçirir. Bəziləri işdə və ya biznesdə mükəmməl hər şeyə sahib olduqda, yaxşı yaşamaq üçün kifayət qədər qazandıqda xoşbəxt olurlar, başqaları üçün sənət, elm, idman, yaradıcılıq ilə məşğul olmaqdan və ya sadəcə qayğısız tətildən zövq almaqdan daha böyük sevinc yoxdur. Albert Ellis
U
redaktə- Uğura nail olmaq üçün fərqli-fərqli insanlar ilə aktiv ünsiyyət saxlamaqdan ötrü çoxlu boş vaxtın olmalıdır. Corc Soros