Aleksandr Pop
Aleksandr Pop - İngilis şairi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ağıllandıqca atalarımızın bir dəli olduğuna inanarıq; bizdən daha ağıllı olan oğullarımız da bizim üçün elə düşünəcək.
BRedaktə
- Bir ağac, hər hansı bir şahzadədən daha soyludur.
DRedaktə
- Doğru olan, haqlı olandır.
- Dünyanı yaddan çıxaranı dünya da unudar.
GRedaktə
- Gözəllik, tək bir saçla belə bizi arxasından sürüyər.
HRedaktə
- Heç bir linza özünə baxıb həzz alan insanın gözləri qədər böyütmür.[1]
- Heç bir şey gözləməyənlər nə xoşbəxtdir, heç xəyal qırıqlığına uğramazlar.
- Hər şeyə əsəbiləşən, boş yerə hay-küy salaninsan ya lovğadır, ya da ağılsız.
- Həyatımız boyu bizi müşayiət edən ümid hətta ölüm ayağında da bizi tərk etmir.
İRedaktə
- İnadçı bir adam fikirləri tutmaz, fikirlər onu tutar.
- İnsanlar mələk, mələklər də Tanrı olmaq istəyərlər.
QRedaktə
- Qərarlar əksər halda saatlarımıza bənzər: heç birimizinki bir-biri ilə üst-üstə düşməz. Amma yenə öz qərarımıza etimad edirik.
- Qəzəb həmişə öz səhvlərini başqalarında axtarır.
MRedaktə
- Məhəbbət bütün ürəkləri açan açar kimidir.
NRedaktə
- Namuslu bir adam, Tanrının ən soylu əsəridir.
ORedaktə
- Oxuduğumuz kitab, bizi fikrən yüksəldib, içimizi yaxşı duyğularla doldurmalıdır.
SRedaktə
- Sərvətin toplandığı yerdə insanlar əxlaqını itirər.
- Sözlər yarpaqlara bənzəyir, çoxlu yarpağı olan ağac az bəhrə verir.
ŞRedaktə
- Şər insanla yoldaşlıq edəndə yalnız birinci gün bunu rüsvayçılıq bilirsən, sonrakı günlərdə buna elə vərdiş edirsən ki, hətta onu qucaqlayıb öpə də bilirsən.
TRedaktə
ÜRedaktə
- Üzr, yalandan daha qorxunc, daha pisdir; üstü örtülmüş bir yalandır çünki.
YRedaktə
- Yaxşı həyat yoldaşı Allahın bizə xüsusi hədiyyəsidir.
- Yanılmaq insanca, bağışlamaq müqəddəscə bir işdir.