Ağrı, ümidsizlik, yersiz bədən fəaliyyəti və həyat cərəyanlarının yanlış istiqamətləndirilməsi (və ya idarə edilməsi) aşağı psixi təbiətdəki maneələrin nəticəsidir. Alisa Beyli
Alim hər hansı bir fərziyyəni dinləməyə çalışan, lakin bunun ədalətli olub-olmadığını özü müəyyən edən insan olmalıdır. Fenomenlərin xarici əlamətləri alimin mühakimələrini bağlamamalı, sevdiyi bir fərziyyəyə malik olmamalı, məktəbdən kənar olmalı və heç bir səlahiyyətə malik olmamalıdır. Fərdlərə deyil, obyektlərə hörmət etməlidir. Bu keyfiyyətlərə zəhmət əlavə edilsə, təbiət məbədində pərdəni qaldıracağına ümid edə bilər. Maykl Faradey
Allah hamını azad yaradıb, təbiət heç kimi qul yaratmayıb. Alkimdamant
Allahın iradəsini bildikdən və ona itaət etdikdən sonra başqa bir vacib işimiz var: Onun hikmətini, qüdrətini və mərhəmətini əsərlərində bildirilən şahidliklərdən anlamaq. Təbiət qanunlarını bilmək - Allahı tanımaqdır. Ceyms Preskott Coul
Aydındır ki, təbiət qanunları ilə tanışlıq, Allahın ağlı ilə tanışlıqdan daha az ifadə olunmur. Ceyms Preskott Coul
Başqa fənlərlə məşğul olmaq tədqiqata, təlimata və elmə əsaslanır. Şair isə öz gücünü təbiətdən alır. O, öz ağlının gücü ilə ruhlanır və sanki ilahi bir ruhla qidalanır. Mark Tulli Siseron
Beləliklə, rədd olsun qadınların o cəfəngiyatı ki, vaxtdından əvvəl ölmək bədbəxtlikdir! Hansı vaxtdan əvvəl? Təbiətin bizə verdiyi vaxtdan? Amma o, bizə vaxtını demədən, yalnız pul kimi istifadə etmək üçün həyat verib. Belə olan halda, o verdiyini geri qaytarmağı tələb edirsə, niyə şikayətlənirsən? Onun şərti əvvəldən belə olub. Mark Tulli Siseron
Bütün idraki (rasional) biliklər ya material biliklərdir və müəyyən obyekti öyrənir, ya da formal biliklərdir və ancaq mühakimənin forması və idrakın özü ilə və obyektlərə fərq qoymadan bütövlükdə düşüncənin ümumi qaydaları ilə məşğul olur. Formal fəlsəfə məntiq adlanır, material fəlsəfə isə müəyyən obyektlərlə və onların tabe olduqları qanunlarla məşğuldur, o da ikiyə bölünür. Çünki bu qanunlar ya təbiət qanunlarıdır, ya da azadlıq (qanunlarıdır). Birinciyə aid elm fizika adlanır, digərinə aid (elm) etikadır, onlar həm də təbiət elmləri və əxlaq elmləri adlanırlar. İmmanuel Kant
Bütün təbiəti izah etmək hər hansı bir adam üçün, hətta bütöv bir dövr üçün çox çətin məsələdir. Bunu tədricən, amma əminliklə etmək, qalanları isə sizdən sonra gələnlərə saxlamaq, əminlik olmadan hər şeyi fərziyyələr əsasında izah etməkdən daha yaxşıdır.. İsaak Nyuton
Əgər kimsə məni təhqir edirsə, bu onun işidir. Çünki, onun niyyəti bu cürdür.Mənim isə öz xarakterim var və bu xarakter mənə təbiət tərəfindən verilmişdir və mən öz əməllərimdə bu təbiətə sadiq qalacağam. Mark Avreli
Əgər mən hərfləri tanımadan oxumaq istəsəydim, bu cəfəngiyyat olardı. Bu qayda ilə, əgər mən şeylərin başlanğıcları haqqında təsəvvürə malik olmadan təbiət hadisələrini mühakimə etmək istəsəydim, bu da cəfəngiyyat olardı. Mixail Lomonosov
Əgər təbiət qanunlarına görə baxsaq insan çox qabiliyyətsiz bir varlıqdır. Alfred Adler
Ətraf mühiti təkcə qanunvericilik aktlarının tədbirləri ilə mühafizə etmək olmaz. Əhaliyə təbiəti mühafizə haqqında geniş məlumat vermək, onun yollarını göstərmək lazımdır. Hər bir vətəndaşın ekoloji mədəniyyətinin və savadının formalaşmasında təbliğatın rolu böyükdür. Həsən Əliyev
Göylərin söhbətini dinləmək istəyirsənsə, çadır götürüb dağlara çıx. Əlçatan uzaqlığa get. Yoldaşın həsrət, qonaqların izsiz itən xəyallardan başqa kimsə olmasın. Əlinə qələm alma, danışma. Təbiət danışırsa, sən sus! Xudu Məmmədov
Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. Pol Anri Holbax
Hər dağıntı düzələ bilir, təbiətin dağıntısı heç vaxt… Falih Rıfkı Atay
İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir. Heydər Əliyev
İnsana nə üç arşın torpaq, nə də malikanələr lazım deyil, ona bütün Yer kürəsi, bütün təbiət lazımdır ki, bu geniş aləmdə özünün azad ruhunun bütün mahiyyət və xüsusiyyətlərini meydana çıxara bilsin. Anton Çexov
İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya, bütün bunlara biz çox böyük diqqət göstərməliyik. İlham Əliyev
Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur. Bruast
Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə hesab edirəm ki, o, mənim qolumu, barmaqlarımı kəsir... İnsan qurmalıdır, yaratmalıdır... Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir. Heydər Əliyev
Nə qədər ki, insanlar mövcuddur, təbiət və insanlar bir-biri ilə əlaqədar olacaqlar. Karl Marks
Nyu-Yorkda böyüyən gənc bir oğlan kimi bayrağa beyət etməkdən imtina etdim. Təbii ki, bunun üçün rejissorun yanına göndərildim. Və soruşdu ki, “niyə bayrağın üstünə and içmək istəmirsən? Hamı bunu edir!” Cavab verdim ki, hamı bir vaxtlar Yerin düz olduğuna inanırdı, lakin bu, onun düz olmadığı həqiqətini dəyişmədi. Mən izah etdim ki, Amerika sahib olduğu hər şeyi başqa mədəniyyətlərə, başqa millətlərə borcludur və mən Yer kürəsinə və onun bütün sakinlərinə sədaqət əhdini yerinə yetirmək istərdim. Deməyə ehtiyac yoxdur, mən az sonra məktəbi tamamilə atdım və otağımda laboratoriya qurdum. Orada elmin və təbiətin sirlərini araşdırmağa başladım. Sonra anladım ki, kainat müəyyən qanunlarla idarə olunur və insan bütün cəmiyyətlə birlikdə bu qanunlardan azad deyil. Daha sonra 1929-cu ilin qəzası gəldi və bu, bu gün "Böyük Depressiya" kimi tanıdığımız dövrə başladı. Bütün fabriklər hələ də ayaqda olduğu halda milyonlarla insanın niyə aclıqdan, işsiz və evsiz qaldığını başa düşmək mənim üçün çətin idi. Resursların miqdarı dəyişməyib. Məhz o zaman anladım ki, iqtisadi oyunun qayda-qanunları kökündən yanlışdır. Qısa müddət sonra İkinci Dünya Müharibəsi başladı, bu müharibə zamanı xalqlar növbə ilə bir-birlərini sistematik şəkildə məhv etdilər. Mən sonra hesabladım ki, bu müharibəyə sərf edilən bütün dağıntılar və israfçı resurslar bu planetin hər bir sakininin ehtiyaclarını asanlıqla ödəyə bilər. O vaxtdan bəri mən bəşəriyyətin labüd olaraq yox olmağa doğru getdiyini müşahidə etmişəm. Mənim gözümün qabağında qiymətsiz xammallar mənfəət və azad bazar ideyaları adı altında israf edilib məhv edilib. Cəmiyyətin dəyər sisteminin xəstə materializm və ağılsız istehlak çərçivəsinə sıxışdırıldığının şahidi oldum. Mən maliyyə güclərinin guya azad dövlətlərin hökumətlərinə və siyasətlərinə nəzarət etdiyini görmüşəm. İndi mənim 94 yaşım var və qorxuram ki, xasiyyətim 75 il əvvəl olduğu kimidir. Bu pisliyi dayandırmalıyıq. Yak Fresko
Sən gəncsən və nikah haqqında, uşaq barəsində düşünürsən. Ancaq mənə cavab ver: uşaq istəməyə sənin haqqın varmı?... Sən özünə qalib gəlmisənmi, hissiyyatlarına hakimsənmi, fəzilətlərinin ağasısanmı?.. Yoxsa, sənin arzun heyvani hissiyyatdan və təbiət tələbkarlığından irəli gəlir? Yaxud tənhalıqdan və ya özündən razı olmamağından? Fridrix Nitsşe
Sənətin vəzifəsi, təbiəti kopiya etmək deyil, təbiəti ifadə etməkdir. Onore de Balzak
Təbiət hadisələrini izah etmək üçün kifayət edən və həqiqi səbəblərdən başqa səbəblər qəbul edilməməlidir. İsaak Nyuton
Təbiət insanı həqiqəti aşkar etmək cəhdi ilə mükafatlandırıb. Mark Tulli Siseron
Təbiət insanı zülmətlə dövrələyir və onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir. Höte
Təbiət jestləri anlamır. O daimi həqiqətdir, daim kəskindir Daim haqlıdır və səhvlər yalnız insanlar tərəfindən törədilir. Onu olduğu kimi qəbul etməyənə nifrət edir və öz sirrini yalnız cəsarətli, səmimi və düzgün olanlara açır. Yohann Volfqanq Göte
Təbiət qanunları ilə cəmiyyət qanunlarının əsas fərqi ondan ibarətdir ki, birinciləri cəzasız pozmaq mümkün deyil, ikinciləri isə mümkündür. Xudu Məmmədov
Təbiət qanunlarının öyrənilməsi –elm adlanır. İmmanuel Kant
Təbiət və Təbiətin qanunu, qaranlıqda gizli idi. Aleksandr Pop
Təbiətdə mövcud olan hər şey riyazi olaraq dəqiq və müəyyəndir; bəzən bu dəqiqliyə şübhə ilə yanaşsaq da, cahilliyimiz bundan heç bir nəticə çıxarmaz: hətta bütün dünya iki dəfə iki dörd olmasına şübhə etsə belə, bütün şübhələnənlərdə də iki dəfə iki dörd edəcəkdir. Mixail Lomonosov
Təbiətə heyranlığımız, şəhərlərin yaşanmazlığından irəli gəlməkdədir. Bertolt Brext
Təbiətə qarşı işlənən cinayətin qisası, insan ədalətindən daha çətindir. Fyodor Dostoyevski
Təbiətə qarşı zor işlətmək lazım deyil, əksinə, ona tabe olmaqla yanaşı, arzularınız üçün təbiətdən istifadə zamanı bütün bəd əməllərinizi qəddarcasına dəf edin!". Epikür
Təbiətə münasibətdə yubanmaq - yaşamağa yubanmaqdır. Həsən Əliyev
Təbiətə uyğun olaraq edilən hər şey xoşbəxt hesab edilməlidir. Mark Tulli Siseron
Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir... Heydər Əliyev
Təbiətin öyrənilməsi və müşahidə edilməsi elmi yaratdı. Elə bir adam tapılarmı ki, şanlı abidələrin şahidi olmuş keçmiş onda təəssürat yaratmasın? Mark Tulli Siseron
Təbiətin rəhbərliyi altında heç cür səhv etmək olmaz. Mark Tulli Siseron
Təbiətin yaratdıqlarından ən һeyrətamizi–insan şəxsiyyətidir. Yohann Volfqanq Göte
Tədbirli təbiət insanları yerdən qaldıraraq onları uca və düz qamətli etdi. Mark Tulli Siseron
Təfəkkür gözə görünməyən təbiət, təbiət isə görünən təfəkkürdür. Henrix Heyne