Ancelina Coli Voyt (ing. Angelina Jolie Voight; d. 4 iyun 1975, Los-Anceles, Kaliforniya, ABŞ) — ABŞ aktrisası, Oskar mükafatı laureatı, üç dəfə "Qızıl qlobus" mükafatının sahibi, iki dəfə ABŞ aktyorları arasında Hildiya mükafatının qalibi, BMT–nin xoşməramlı səfiri.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Anam heç vaxt qışqırmaz və söyüş söyməzdi. O, sadəcə ağlayırdı. Otaqlarımız yanbayan idi. Onun necə ağladığını eşidərdim. Bir dəfə orta məktəbdə oxuyanda – soruşmayın ki, mən nə zibil qaynatmışdım – dərsdən qayıdıb gördüm ki, anam ağlayıb, özü də gecədən səhərəcən.
  • Atam (Con Voyt)– böyük aktyordur, amma hər şeydən öncə o möhtəşəm atadır.
  • AZAD OLMAQ intuisiyaya itaət etmək, heç kəsi incitməmək və insanları səhvlərinə görə ittiham etməməkdir.

BRedaktə

  • Bəzən uşaqların sualları məni dalana dirəyir. Onlar qəflətən soruşa bilərlər: “Niyə görə Şreklə Fiona evləndi, amma sən yox”.

CRedaktə

  • Cavan yaşımda ölmədimsə, bu, mənə bəsdir.

DRedaktə

  • Dünyanın necə böyük olduğunu başa düşmək çox vacibdir.

ƏRedaktə

  • Ətrafımdakı bütün qızlar balerina olmaq istəyərkən mən vampir olmaq istəyirdim.

FRedaktə

  • Filmlərə çəkilməmişdən qabaq mən heç öz döşümün ölçüsünü bilmirdim.

HRedaktə

  • Həmişə istəmişəm ki, bir neçə həyat yaşayım.
  • Həyatın mənasını anlamaq üçün vaxtım yoxdur.

MRedaktə

  • Mən çox gec başa düşdüm ki, xoşbəxt olmaq sadəcə bir seçimdir.
  • Mənə psixoanalitik lazım deyil. Mənim oynadığım rollar mənim psixoanalitikimdir.

ÖRedaktə

  • Övladlarıma verdiyim ən böyük hədiyyə- onlara bu dünyanı görmək imkanı verməkdir.
  • Öz obrazlarımın arxasında gizlənmək xoşuma gəlir. Mən çox qapalı insanam və populyarlıqla necə davranmaq lazım olduğunu da yaxşı öyrənə bilməmişəm.

SRedaktə

  • Sonsuzadək filmlərə çəkilmək fikrim yoxdur. Nə vaxtsa, mən də nənə olacağam.

TRedaktə

  • Tatuirovka, qan və çapıq– mən bunlardan hazırlanmışam.