Aktyor

rollarda oynayan şəxs



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Artist və publika görüşməməlidir. Pərdə düşən kimi aktyor sehrli çubuğun hərəkətilə ani olaraq yoxa çıxmalıdır. Edit Piaf
  • Atam (Con Voyt)– böyük aktyordur, amma hər şeydən öncə o möhtəşəm atadır. Ancelina Coli

BRedaktə

  • Biz dramaturqdan realizmə romantika qatmasını istədiyimiz halda, aktyordan romantikaya reallıq qatmasını istəyirik.Oskar Uayld

DRedaktə

  • Deyirlər ki, insan öləndən sonra yenə təkrar dünyaya gəlir. Əgər nə vaxtsa mənim kimi bir aktyor görsələr, demək, o elə mənəm, gəlmişəm...[1]

ƏRedaktə

  • Əgər aktyor öz hərəkətlərində azacıq da olsa ritmi pozarsa, yaxud şeir söyləyərkən hər hansı bir hecanı ya qısa, ya da uzun tələffüz edərsə, onu fitə basacaqlar. Hər hansı bir şeirdən daha nizamlı hərəkətdən daha çox tədbirlər tələb edən həyatda isə ən azı bir hecada səhv buraxmağın mümkün olduğunu hesab edirsən? Mark Tulli Siseron

HRedaktə

  • Hər aktyor bir rok ulduzu olmaq istər. Devid Boui
  • Həyatın tamaşa, insanların aktyor olduğu iddia olunan böyük dünyamızda sevilmək nifrət sahibi olmaq qədər asan deyil. Andrea Boçelli

QRedaktə

  • Qocalığın tacı- ümumi hörmət və nüfuzdur.Kim ki, bu mükafatlara layiq görülübsə, mənə elə gəlir ki, o, həyat dramını axıra kimi oynayıb və son pərdədə təcrübəsiz aktyorlar kimi biabır olmayıb. Mark Tulli Siseron

MRedaktə

  • Mənim fikrimcə, yaxşı aktyor ən axmaq şeyləri yaxşı oynaya bilər və bununla da onların zərərli təsirini gücləndirmiş olar. Lev Tolstoy

ORedaktə

  • Oynamaq — yalan danışmaqdır. Aktyorun işi incə formada yalan danışmaqdır. Mənə uzun müddət pul ödəyiblər ki, kamera qarşısında lazımı qaydada yalan danışım. Mel Qibson

YRedaktə

İstinadlarRedaktə