Bütün ömrünü namusla yaşamaq istəyən insan cavanlıqda nəzərə almalıdır ki, bir vaxt onun özü də qoca olacaq və qocalanda yadında saxlamalıdır ki, vaxtilə onun özü də cavan olub. Samuel Conson
Cavan adam kasıb da olsa, şad olur, qoca adam varlı da olsa qəmgin olur. Fin atalar sözləri
Cavan adamlara tez-tez güzgüyə baxmaq lazımdır: gözəllər ona görə ki, öz gözəlliyini ləkələməsin, çirkinlər isə ona görə ki, tərbiyəsi ilə eybəcərliyini gözəlləşdirsin. Sokrat
Gənclik - artıq cavan olmayanlar üçün böyük çatışmazlıqdır. Aleksandr Düma (ata)
Gəncliyimdə naharadək bir damcı da olsun spirtli içki qəbul etməmək qaydası qoymuşdum özümə. Daha cavan deyiləm, qayda dəyişib, indi səhər yeməyinədək bir damcı da olsun içməmək qaydasına əməl edirəm. Uinston Çörçill