Andre Morua - ( 26 iyul 1885 – 9 oktyabr 1967) - Fransız yazıçısı
Andre Morua
Doğum tarixi
26 iyul 1885
Vəfatı
9 oktyabr 1967
Vəfat yeri
Paris, Fransa
Ağıllı olmaq kifayət deyil, kifayət qədər ağıllı olmalısan ki, özünü həddən artıq ağıllı saymayasan.
Bir qadının daha çox istedadı və biliyi varsa, o zaman ər çox vaxt könülsüz qısqanclıq hissini yaşayacaqdır. Bu ədalətsiz və absurd olsa da, əsrlər boyu bir kişi evlilikdə hökm sürməyə o qədər öyrəşib ki, qadın öz sahəsindən üstündürsə, ləyaqətində inciyir.
Böyük adam böyük olduğunu, lakin böyüklüyünün kiçik olduğunu bilir.
Çalışın ki, qadını onun istəyinin əksinə olaraq saxlamayasınız. Xoşbəxtlik qadının bədənini qazanmaqda deyil, səadət onun seçdiyi olmaqdadır.
Çalışmaq, sıxıntını, pisliyi və yoxsulluğu uzaqlaşdırır.
Ən düzgün fikri belə tez-tez təkrar etsən, o öz təsir gücünü itirər.[1]
Ən heyrətləndirici yaddaş aşiq olmuş qadının yaddaşıdır.
Həyat daimi dəyişiklikdir. Hərəkət dayanan kimi adam qocalır və ölür.
İnsanın həyatda məqsədi özünə əbədi şöhrət qazanmaqda deyil, ömrün hər bir gününü kiçik bir əbədiyyətə çevirməkdədir.
İztirab həqiqətin yoludur.
Kiçik işlərdə də böyük olmaq lazımdır.
Qadının aqressivliyi qədər heç nə qadını özündən çıxarmır.
Qadınlar istəsələr, doğrudan xəstə olarlar, hətta paxıllıqlarından ölərlər də.
Mədəni bir insan olmağın yalnız bir yolu var - oxumaq.
Öz bədəninin sirləri üzərində əsən qadın hisslərində heç vaxt xırdalığa yol verməz.
Sevgidə ilk qəzanın qiyməti pul ilə ölçülməz – o, xoşbəxtlik dəyərindədir.
Sevginin ən böyük möcüzəsi odur ki, o, nazdan müalicə edir.
Sevginin əvvəlində sevənlər gələcək haqqında danışırlar, sonunda isə keçmiş haqqında.
Siyasi mübahisədə ən çətin şey öz mövqeyini müdafiə etmək yox, mövqe haqqında aydın təsəvvürün olmasıdır.
Yalan çox vaxt zərurətdən deyil, biganəlikdən doğur.[2]
Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
↑ Xəzinə.Bakı,1997. səh.337
↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh. 516