Antuan de Sent-Ekzüperi (fr. Antoine de Saint-Exupéry; 29 iyun 1900 – 31 iyul 1944) — fransız yazıçısı və təyyarəçi. "Balaca şahzadə" və "İnsanlar planeti" əsərləri ilə dünya şöhrəti qazanmışdır.
Antuan de Sent-Ekzüperi
|
|
Doğum tarixi |
29 iyun 1900
|
Doğum yeri |
Lion, Fransa
|
Vəfatı |
31 iyul 1944
|
Vəfat yeri |
Fransa
|
|
- Eşq bir-birinə baxmaq deyil, birlikdə eyni tərəfə baxmaqdır.
- İnsan olmaq məsuliyyət hiss etməkdir.
- İnsan olmaq o deməkdir ki, bütün hərəkətlərinə cavabdeh olduğunu hiss edəsən.
- Məhəbbət, əvəzində heç bir şey gözlənilmədiyi yerdə başlayır.
- Müharibə igidlik deyil. Müharibə xəstəlikdir.
- Özünü mühakimə etmək başqalarını mühakimə etməkdən daha çətindir.
- Sevmək – o demək deyil ki, bir-birinə baxasan, sevmək odur ki, birlikdə eyni istiqamətdə baxırsan.
- Şamın əsli iz buraxan bal mumu deyil, işıqdır..[1]
- Uğursuzluqlar güclülərə daha da güc verir.
- Yalnız maddi rifah naminə işləyiriksə, biz özümüzə həbsxana tikirik.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.243