A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bu ləkə ilə bərabər təkrar edirəm ki, Azərbaycan yüz on il bundan qabaq həvadisi-ruzgardan təslim olundu və Araz çayının şimal tərəfində olan qitələri ruslar aldıqdan sonra Azərbaycan adını götürüb Zaqafqaziya adlandırdılar ki, Mavərayi-Qafqaz olsun. Məhəmməd Əmin Rəsulzadə

Araz çayı haqqında bayatılar

redaktə
  • Araz daşanda mələr,

Kür qarışanda mələr.
Bala öz anasından,
Ayrı düşəndə mələr.

  • Araz axar, yan gedər,

Üstündə min can gedər.
Yaramı yar bağlasın,
Yoxsa axar, qan gedər.

  • Araz axar yan verər,

Səsi mənə jan verər.
Yaramı möhkəm bağla,
Bağlamasan qan verər.

  • Araz, Araz, xan Araz.

Dağlardan axan Araz,
Yardan bir xəbər gətir,
Evimi yıxan Araz.

  • Araz, Araz, xan Araz,

Dəryaya baxan Araz.
Nişanlım gəmidədi,
Gəl, eyləmə qan Araz.

Arazı ayırdılar,
Qan ilə doyurdular.
Mən sizdən ayrılmazdım,
Zor ilə ayırdılar.

  • Araz başdan lil gələr,

Dəstə-dəstə gül gələr,
Neylərəm belə yarı,
Ayda-ildə bir gələr.

  • Araz buruldu, getdi,

Suyu duruldu, getdi.
Mən dedim yar incidi,
Demə yoruldu, getdi.

  • Araz daşanda bilər,

Kür qarışanda bilər.
Yar yarının qədrini,
Ayrı düşəndə bilər.

  • Araz gəlir, lillənir,

Suyu gəlir, güllənir.
Yarı xəlvətdə görcək,
Mənim qəlbim dillənir.

  • Araz qırağı meşə,

Gəti dəsmalın döşə.
Arasına gül düzüm,
Dövrəsinə bənövşə.

İstinadlar

redaktə