Astar
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Q
redaktə- Qiyam köləliyin astar üzüdür.
S
redaktə- Sərraf Şiruyə xalqın yaddaşına hopmuş elə şairlərdəndir ki, əsrlər keçsə də onun adı, əsərləri heç zaman saz-söz sevərlərin ürəyindən silinən deyil. Hələ Sovet hökumətinin qılıncının dalının, qabağının kəsakəs vaxtında Şiruyənin şeirləri elin, obanın dilinin əzbəriydi. O şeirləri ki, Sovet hökumətinin qayda-qanunlarını tənqid edir, astar üzünü açıb ortaya qoyurdu. ...Tənqidi şeirlərinin qaladığı ocağın “tüstüsünə” kor olub Şiruyə uzun illər bir balaca kitaba həsrət qaldı. Ancaq əsil həqiqət budur ki, Şiruyənin heç bir kitabı çap olunmasa da, rəsmi mükafat, titul almasa da o dövrün çox ordenli şairlərindən populyar idi. Necə ki, bu gün də populyardı. Hansı poeziya məclisinə, el şənliyinə getsək orada Sərraf Şiruyənin şeirləri xanəndələr, aşıqlar tərəfindən ifa olunur, məclisləri rövnəqləndirir. Qara Namazov
Ü
redaktə- Üz vermə - astar da istər. Azərbaycan atalar sözləri/Ü
- Üzü olan astarın tapar. Xınalıq atalar sözləri