Azərbaycan atalar sözləri/S
←R | Azərbaycan atalar sözləri Müəllif: [[Portal: Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]] |
Ş→ |
Həmçinin baxın: Haqqında • |
- Sabun ilə üz yuyan bir gün göyçək olar.
- Sadağa qada qaytarar.
- Sadağa verən əllər dərd görməz.
- Saf armud sapdan düşməz.
- Sahibindən qabaq bostana girmə.
- Sahibsiz qoyunu qurd yeyər.
- Saxla gönü, gələr günü.
- Saxla samanı, gələr zamanı.
- Sakitlikdə olan iş qışqırıqla başa gəlməz.
- Saqqal feyz olsaydı, keçi şeyxlik elərdi.
- Saqqalım yoxdu, sözüm ötmür.
- Sağ əl verəni sol əl gərək bilməsin.
- Sağ əlin sol ələ ehtiyacı var.
- Sağ əlin sol ələ xeyri yoxdu.
- Sağ gözü sol gözə möhtac olmasın.
- Sağ gözü tut, sol gözdən ona işıq yoxdu.
- Sağ gözün sol gözə etibarı yoxdur.
- Sağalsa həkiməm, sağalmasa mən kiməm?.
- Sağlam ruh sağlam bədəndə olar.
- Sağlamlıq böyük nemətdir, qədrini bilmək gərək.
- Sağlamlığın qədrini xəstələr bilər.
- Sağlıq ən böyük varlıqdır.
- Sağlığında kor Fatma, öləndə badam gözlü?!
- Sağlığında nə idi ki, sayrılığında nola?!.
- Sağmal inək bizdə, satdıq yağ sizdə.
- Sağsağan kəkliyə baxar, öz yerişini itirər.
- Salam Allahın adıdır.
- Salavat gücə bağlıdır.
- Sallaqxana köpəyi arsız olar.
- Saman sənin deyil, samanlıq ki sənindir.
- Samanın tüstüsü göz çıxardar.
- Sambalı xoş, içərisi boş.
- Sap üzülən yerdən qırılar.
- sarala-sarala yaşamaqdan, qızara-qızara ölmək yaxşıdır
- Sarı it çaqqalın dayısıdır.
- Sarı yağdan tük çəkir.
- Sarı yağla yağlayar, sarımsağla dağlayar.
- Sarımsağı gəlin eləmişlər, qırx gün qoxusu çıxmamış.
- Sarsaqlar olmasaydı, yaltaqlar acından ölərdi.
- Satdığın kimi al.
- Savab tökülüb, yığanı yoxdur.
- Savadsız adam kor kimidir.
- Savaşanda barışmağa da üz yeri qoyarlar.
- Sayanın quluyam, saymayanın ağası.
- Saydığını qoy kənara, gör fələk nə sayır.
- Sayğısız igidi düşmən aldadar.
- Saymaz it adam tutar.
- Sel gətirən ucuz olar.
- Selbəni meyvəli ağaca atarlar.
- Sevənin gözü kor olar.
- Sevgi adamı selə verər.
- Sevgi od deyil, amma oddan yamandır.
- Sevindim - quşum var, quşum var! Aralığa çıxdı sərçə balası.
- Seyid cəddinə arxayın olar.
- Səbir acıdır, meyvəsi şirin.
- Səbir ağacı hər bağda göyərməz.
- Səbir Allahdan, səbirsizlik şeytandan.
- Səbir cənnət açarıdır.
- Səbir edən sevinər.
- Səbir edən səadətə yetər.
- Səbir eləyən muradına yetişər.
- Səbir eləyənin ağzı bal dadar.
- Səbir ilə halva bişər, ey qora, səndən. Bəsləsən atlas olar tut yarpağından.
- Səhər gedər naxıra, axşam gələr axıra.
- Səhər gününə qızınmayan, axşam gününə qızınmaz.
- Səhvsiz insan olmaz.
- Sən ağa, mən ağa, inəkləri kim sağa.
- Sən ağacı əlinə al, oğrunu it qapacaq.
- Sən baş vurdun, mən ayaq, gəl bunu ortalayaq.
- Sən doğru ol, əyri bəlasın tapar.
- Sən gördüyün ağaclar kürəkliyə kəsildi.
- Sən gündüz gedən yolları mən gecə ilə gəlmişəm.
- Sən haqnan ol, haqq da sənlə olar.
- Səndən hərəkət, məndən bərəkət.
- Sənə tut dedilər, ud demədilər.
- Sənə vur dedilər, öldür ki, demədilər.
- Sənət insan üçün xəzinədir.
- Sənətə gəc baxan ac qalar.
- Sənətinə kim xor baxar, boynuna torba taxar.
- Sərçə deyil budunu verim, bir dəvənin nəyini verim.
- Sərçə qazan doldurmaz, qaz vur, qazan dolsun.
- Sərçə nədir ki, bozbaşı nə ola?!
- Sərçə olsun əlimdə olsun, göydə uçan qazı neylərəm.
- Sərçədən qorxan gərək darı əkməsin.
- Sərçəni bülbül adına satır.
- Sərçənin cib-cibindən toyuğun qaqqıldaması yaxşıdır.
- Sərçənin nəğməsi yox, cib-cibi çox.
- Sərçəyə cib-cib öyrətməzlər.
- Sərnic gətir, süd axtar.
- Sərv ağacı nə qədər uca olsa, əsli yoxdu, budağında bar olmaz.
- Siçan görəndə pələngə oxşayan pişik, pələng görəndə siçana dönər.
- Siçan olmamış dağarcığı dəlir.
- Siçana dedilər: - Bu deşikdən çıx, gir o deşiyə, beş min altun verək sənə! Siçan dedi; - Bunda nə var, mənzili yaxın, pulu çox?!.
- Sirkə nə qədər tünd olsa öz qabını sındırar.
- Sıxıla-sıxıla cənnətə getməkdənsə, oynaya-oynaya cəhənnəmə get.
- Sınan gəmiyə nə külək.
- Sonalayan ya kora, ya keçələ
- Sonrakı peşmançılıq fayda verməz.
- Sonsuz adam dövləti çox istər.
- Söhbət dananı qurda verər.
- Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq.
- Söymə qul atamı, söyməyim bəy atanı.
- Söz danışıqdan keçər.
- Söz gəzdirən mərd olmaz.
- Söz haqdan gəlir.
- Söz sözü çəkər.
- Söz vaxtına çəkər.
- Söz var - gələr keçər, söz var - dələr keçər.
- Sözü asta, ürəyi tasvasda.
- Sözü at yerə, gedər yerin tapar.
- Sözü yerində söylə.
- Sözün düzünü zarafatla deyərlər.
- Sözün ilə işin bir olsun.
- Sözün uzunu adamı yorar.
- Sözün yanlışı olar, yalanı olmaz.
- Söyüd ağacı bar verməz.
- Su axar, çuxurun tapar.
- Su axdığı yerdən bir də axar.
- Su başdan aşanda ya bir qarış, ya yüz qarış.
- Su başdan bulanıqdır.
- Su bulandırmaqla balıq tutulmaz.
- Su bulanmayınca durulmaz.
- Su çıxmaz arxa cuvar qoydular, adımı da qoydular yarıtmaz.
- Su da bir yerdə qalanda iylənər.
- Su gəldiyi arxa bir də gələr.
- Su girdi qaba - oldu içməli.
- Su ilə odun nə oyunu var?!
- Su kiçiyindir, yol böyüyün.
- Su meymunun boğazına çıxanda balasını ayağı altına alar.
- Su murdarlıq götürməz.
- Su özünə yol elər.
- Su sənəyi suda sınar.
- Su yatar, düşmən yatmaz.
- Subay adamın yaxasını bit yeyər, çörəyini – it.
- Subay adamın gözü ilə qız alma, gəlin gözü ilə bez.
- Subay idim, sultan idim, adaxlandım, xan oldum, evləndim, xəndan oldum.
- Suda boğulan ilana sarılar.
- Sudan boğulan saman çöpündən yapışar.
- Sudan ayrılan balığın oddan nə qorxusu?
- Susmaq da bir cavabdır.
- Susuz it kəhrizə baxar.
- Süd igidə halaldır.
- Süd ilə girən sümüklə çıxar.
- Süd verən inəyi kəsməzlər.
- Süddən ağzı yanan qatığı üfləyə-üfləyə içər.
- Südlə gələn sümüklə çıxar.
- Südlü inək ol, vur dolu sərnici dağıt.
- Südlü qoyun sürüsündən ayrılmaz..
- Sürmə yüz,yaşa 100
- Sürüdən ayrılan qoyunu qurd yeyər.
- Sürüyə qurd gələndə vay bir keçisi olanın halına.