Azərbaycan atalar sözləri/R

P Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
S
Sister Projects. Həmçinin baxın: Haqqında •
  • Rahat durmayan narahat olar.
  • Rahat oturana nə vali gələr, nə hakim.
  • Rahatlıq istəyən adam - kor, kar, lal gərək.
  • Ramazanda yalan deyən bayramda üzü qara çıxar.
  • Rast gəlməyən işə peşiman olma.
  • Razı olan qəm yeməz.
  • Rəhbərə yol göstərmə.
  • Rəhmət yazana, lənət pozana.
  • Rəncbərin ümidi əkinədir.
  • Rəngimə bax, əhvalımı xəbər al.
  • Rişxənd etmə qonşuna, gələr bir gün başına.
  • Rişxəndlik ağlın zəifliyindən doğar.
  • Ruzi gələn vaxtı köpəyi yuxu tutar.
  • Ruzi qismət ilə gələr.
  • Ruzi (yemək) olsun, ocaqda olsun.
  • Ruzisi gələn zaman köpəyi yuxu tutar.
  • Rüstəmi-zaman olsan, düşməni həqir sanma.
  • Rüsvayçılıq ömürdən uzun olur.
  • Rüşvət cəhənnəmin açarıdır.
  • Rüşvət haramdır.
  • Rüşvət qapıdan girərsə, iman bacadan çıxar.
  • Rüşvətxorun aqibəti yoxdur.

Mənbə

redaktə
  • Atalar sözü. Bakı,1985.
  • Atalar sözü. Bakı,2004.