Azərbaycan atalar sözləri/Valideyn və övlad
Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Həmçinin baxın: Haqqında • |
- Ana, bala ucundan canını oda yaxar.
- Ana qarnında necə qalıbsan?
- Anadan əziz yenə anadır.
- Anadan əmdiyim süd burnumdan gəldi.
- Analar bizi bu gün üçün doğub.
- Analı qızın özü böyüyər, Anasız qızın sözü böyüyər.
- Analı quzu, Xınalı quzu.
- Anan, bacın kimdir? - Yaxın qonşum.
- Ananın səbri tükənməz olur.
- Anasızın gördüyü iş danlaqsız bitməz.
- Anası gəzən ağacları balası budaq-budaq gəzər.
- Anasına bax qızını al, Qırağına bax bezini al.
- Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.
- Ata-anamı itirdim. Özümü yara yetirdim.
- Ata-anasına xeyri olmayanın, elə nə xeyri.
- Ata-ana sözünə baxmayan xoş gün görməz.
- Ata-ananın canı övlada bağlı olar.
- Ataya oğul, anaya qul.
- Ata malına göz dikən ac olar.
- Atam ilə atanı deyincə, özüm ilə özünü de.
- Atam gündəni sayır, anam gündədən kəsir.
- Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülbəşəkər?
- Ata olmasan, ata qədri bilməzsən.
- Atı atası ilə tanıdarlar, qatırı anası ilə.
- Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.
- Böyüyə hörmət vacibdir.
- Böyük danışanda kiçik danışmaz.
- Böyük danışanı kiçik götürər.
- Böyük sözünə baxmayan, baxımsız qalar.
- Böyük tökəni kiçik yığar.
- Böyüyün sözündən çıxmazlar.
- Qoca başqa, qocaman başqa.
- Qoca qurd kahasından çıxmaz.
- Qocadan demək, Cavandan əmək.
- Qoca evin sütunudur.
- Qocaya hörmət elə, sən də qocalacaqsan.
- Qocanın biliyi, cavanın biləngi.
- Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin.
- Qız evlərdə tanınar, ipək dəzgahda.
- Qızım, sənə deyirəm, gəlinim, sən eşit!
- Ərkəsöyün böyüyən oğul avara olar.
- Yaxşı igid dayısına çəkər, xanım qız bibisinə.
- Kiçikdən xəta, Böyükdən əta.
- Uşaq atadan yox, anadan yetim qalar.
- Uşaq, atasını hamıdan güclü bilər.
- Uşağa uşaq deyiblər, böyüyə böyük.
- Dövlətə dəvə, nənəyə nəvə
- Uşaq evin yaraşığıdır.
- Uşaq gördüyün götürər, eşitdiyin deyər.
- Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar.
- Uşaq sözün düzünü deyər.