Portal:Şifahi xalq ədəbiyyatı
Folklor — xalqların şifahi poetik yaradıcılığı. Folklorun tarixi ilk insan məskənlərinin meydana çıxmasına gedib çatır.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/65/Flower_holiday_Jirtdan.jpg/220px-Flower_holiday_Jirtdan.jpg)
Folklor janrları arxaik və çağdaş janrlar kimi iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer tutur. Ancaq bu bölgü şərtidir; belə ki, folklor yaranma prosesi bütün tarix boyu getdiyindən, bu janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə olunur.