Ata olduqdan sonra görəcəksiniz ki, öz xoşbəxtliyinizdən çox, uşağınızın xoşbəxtliyi ilə xoşbəxt ola bilərsiz. Onore de Balzak
Ata olmaq asandır, atalıq etmək çətin. Vilhelm Buş
Ata olmaq xoşuma gəlir. Ata olmaq insana özünü gənc hiss etdirir. Bu imkan verir ki, həyata yenidən başlayasan, həyata başqa tərəflərdən də baxa biləsən. Mel Qibson
Ata torpağı ələk-vələk edir, oğul əkir, nəvə varlanır. Fin atalar sözləri
Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib. Aristotel
Atanın fəzilətləri, uşaqların sərvətidir. Anatol Frans
Atanın gizlədiyi şey, oğuldan ortaya çıxar. Nitsşe
Atalarınızla yaxşı rəftar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəftar etsin.[1]İbn Sina