Azərbaycan bayrağı

Azərbaycan bayrağı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiramın aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir. Heydər Əliyev
  • Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.Heydər Əliyev
 
Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!.
  • Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir. İlham Əliyev
  • Birisi din duyğusu, digəri milli duyğu. Azərilər bu iki müqəddəs varlıqlarını sevimli milli bayraqlarında da əks etdirmişdilər. Azərbaycan bayrağı üçrənglidir: yaşıl rəng islamiyyəti təmsil edir. Qırmızı rəng və ay-ulduz müasirçiliyi təmsil edir. Üçüncü rəngi olan mavi isə soyunu təmsil edir. Hər bir azərinin fikri istiqlal duyğusu ilə doludur. Nağı Şeyxzamanlı
  • Biz, o bayrağı minbir müşkülatla başımız üstünə qaldırdıq. Məhəmməd Əmin Rəsulzadə
  • Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Heydər Əliyev
  • Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!. İlham Əliyev
  • Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur. Məhəmməd Əmin Rəsulzadə
  • Ey gənclik sənin öhdəndə böyük bir vəzifə var. Səndən öncəki nəsil yoxdan bir bayraq, müqəddəs ideal bir rəmzi yaratdı,on min müşkülatla ucaldaraq dedi ki: Bir kərə yüksələn bayraq bir daha enməz! Əlbəttə ki sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıq ürəyinə enmiş bu bayrağı təkrar o bina üzərinə tikəcək və bu yolda -Ya qazi, ya Şəhid olacaqsan. Məhəmməd Əmin Rəsulzadə
  • Himnimizin sözləri də ... bu gün bizim üçün doğmadır və həqiqətən Azərbaycanın müstəqilliyini, müstəqil dövlət olmağını nümayiş etdirir. Onun musiqisi də Azərbaycan musiqisidir, eyni zamanda, çox əzəmətli musiqidir... Ona görə də biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbət rəmzidir. Heydər Əliyev
  • Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyisə, o, bu bayraq altında birləşməlidir. Heydər Əliyev

İstinadalar

redaktə