Azuqə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir günlük yola çıxsan, üç günlük azuqə al. Türkmən atalar sözləri
- Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olan mal kifayətdir. Məhəmməd peyğəmbər
E
redaktə- Elm bir müharibə meydanını xatırladır. Yaradıcı alimlər ön cəbhədə olur və əsl döyüş də burada gedir. Arxa cəbhədə olanların vəzifəsi öndəkiləri silah-sursat və azuqə ilə təmin etmək, tutulmuş ərazilərdə səliqə-sahman yaratmaqdır. Əbu Turxan
Q
redaktə- Qarışqa yayda azuqə yığır ki, qışda rahat yaşasın. Sədi Şirazi
T
redaktə- Təbrizə balıq Xəzərdən gətirilir. Acı çaydan da balıq tutulur, lakin bu, suyun səviyyəsi aşağı düşən vaxtlarda edilir. Ev və ov quşları, meyvə və digər azuqə istənilən qədər boldur. Belə təsdiq edirlər ki, bu şəhərin ətraflarında altmışdan çox üzüm sortu yetişdirilir. Səfəvilərdə Təbriz bazarından daha yaxşı bazar, Təbriz əhalisindən daha firavan və daha gözəl yaşayan əhali yoxdur. Tərəvəz, xüsusilə, şüyüd (mərəcüyüd) pulsuzdur. Yayda maral və su quşları bol olur, farslar ov quşlarını sevmir, maralları və digər vəhşi heyvanları az-çox ovlayırlar. Dağlarda qartallar olur. Bəzi adamlar ov quşlarını qırğı ilə təqib edirlər. Bu təqib çox maraqlı və cazibədardır. Qırğının qartalı tutmaq tərzi belədir ki, qırğı çox yuxarıdan uçaraq, onun üzərinə sürətlə şığıyır, cayanaqlarını qartalın böyrünə keçirir, elə havada uça-uça onun başına dimdik zərbələri vurur. Hərdən belə də olur ki, qırğı ilə qartal hər ikisi birlikdə yerə düşürlər. Qırğılar maralları da bu yolla ovçulara təslim edirlər…[1] Jan Şarden
Y
redaktə- Yardım ona deyilir ki, dost, tanış və ehtiyacı olanlara mal, dövlət, azuqə və yaşayışa lazım olan başqa şeylərdə kömək edilsin. Nəsirəddin Tusi