Türkmən atalar sözləri
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Acıdil bal satandan, şirindil bibər satan yaxşıdır.
- Acın ağlı olmaz.
- Acısı olmayanın şirini də olmaz.
- Aclıq nələr yedirməz, toxluq nələr dedirməz?!.
- Adam sözü adam öldürər.
- Adamı yıxsa da böyük yıxsın.
- Ailə tükətməz, ailədəki narazılıq tükədər.
- Aqilə işarə, axmağa kötək.
- Ağ gəlsə də, ağıl gəlmədi.
- Ağ gündə ağararsan, qara gündə qaralarsan.
- Ağac barıyla bilinər, adam karıyla bilinər.
- Ağac bir yerdə boya-başa yetər.
- Ağacı qurd içindən yeyər.
- Ağarıb önə düşmə, qaralıb sona qalma.
- Ağıllı söz - daşdan qala, ağılsız söz - başa bəla.
- Ağıllının atı yorulmaz, paltarı köhnəlməz.
- Ağıllıya bir söz bəsdir, axmağa min söz əbəsdir.
- Ağsın güclüsü aşa yaxın, əlin güclüsü işə yaxın.
- Ağzına aş atar, qarnına daş atar.
- Alıb asılı olmaqdansa, verib asılı elə.
- Alma biş, ağzıma düş.
- Atan varkən ad qazan, atın varkən yol.
- Altısının ağzı bir olsa - göydəkini endirər, altmışının ağzı bir olmasa - ağzındakını aldırar.
- Altun alma, alqış al.
- Amanat - bir yaman at.
- Arının zəhərini dadmayan, balın qədrini nə bilsin?
- Arım yanınca, imanım yansın. (Arım - namusum)
- Arpa əkib buğda gözləmə.
- Arvadın bərk danışanından qorx, kişinin yavaş danışanından.
- Arvadın hardan olsa, gəl-gedin də ordan olar.
- Aşina olmaq asandır, ayrılmaq çətin.
- Aşı- acıxanına ver, qızı - aşiqinə.
- At qocalar, meydan qocalmaz: igid qocalar, zaman qocalmaz.
- Ata peşəsi oğula halaldır.
- Atasız uşaq - yetim, anasız uşaq - yesir.
- Atılan ox daşa da dəysə qayıtmaz.
- Atın ayağına nal vururlar, eşşək ayağını qaldırır.
- Atın var - qanadın var.
- Avadanlıq toy - düyündə gərək, ağıl - gündə.
- Ayğır keçməyən yerdən, qulan keçər.
- Ayrana gələn qabını gizləməz.
- Az danış, düz danış.
- Azmağın eybi yoxdur, qayıdıb öz izini tapandan sonra.
B
redaktə- Baxşınınki "hay" ilə, mollanınkı "vay" ilə. (Baxşı — aşıq).
- "Bal" deməklə ağız şirin olmaz.
- Bal olan yerdə arı olar.
- Bal şirin, baldan bala şirin.
- Balığın diriliyi su ilədir.
- Barlı ağacın başı aşağı olar.
- Başı ağrımayanın yanında " başım ağrıyır" demə.
- Batır savaşda bilinər. (Batır — igid)
- Bayquşun ovu ağzına düşər.
- Bayın ağzı "əyri" olsa da, sözü "düz" olar.
- Bazara var, baxtını gör. (Varmaq — getmək).
- Bekardan tanrı bezər.
- Biləyi güclü birini vurar, biliyi güclü — minini.
- Bir ağılsıza ağıl verməkdən Qaf dağını iynə ilə un etmək yaxşıdır. (Qaf — Qafqaz).
- Bir günahla adam ölməz, günahsız da adam olmaz.
- Bir günlük yola çıxsan, üç günlük azuqə al.
- Bir qoyun ağ da doğur, qara da.
- Borcu verib qurtaran yaxşı.
- Böyüklər başlar, kiçiklər işlər.
- Buğda çörəyin olmasa da, buğda sözün yoxdumu?!
- Bütün bəlaların mənbəyi tamahkarlıq, bütün cəfaların səbəbi hərislikdir.
C
redaktə- Can verənə cay ver. (Cay - yer).
- Ceyranın axsağını da min porsuq ötə bilməz.
Ç
redaktə- Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.
- Çağrılmamış qonağın qabağına aş qoy, iki əlini boş qoy.
- Çox qaçan bir yol büdrər, çox gülən bir yol ağlar.
- Çömçəylə yığdığını çanaqla dağıdır.
D
redaktə- Dağ başı dumansız olmaz, igid başı - xəyalsız.
- Dağı-daşı yel pozar, adam arasını dil pozar.
- Dama - dama göl olar, heç dammasa - çöl olar.
- Damcı-damcı–göl, onlarsız səhra olar.
- Danışan axmaq olsa, dinləyən bilən gərək.
- Danışan naqabil olsa da, dinləyən qabil gərək.
- Davanın axırı aclıq, al-verin sonu borcluq.
- Deyingən adam tez qocalar.
- Dəf edilməsi mümkün olmayan dərdə dözməkdən başqa çarə yoxdur.
- Dəlinin min sözü hənək, bir sözü gərək.
- Dəvəyə "hoy" demək də köməkdir.
- Dik gəzən - tox gəzər.
- Dil həm bəladır, həm də qaladır.
- Dil ilə biçin biçsən, belin ağrımaz.
- Dilənçi itdən qorxar, it - dilənçidən.
- Dili uzun olmayanın, ömrü uzun olar.
- Doğru dost kinsiz olar, hər nə var üzə deyər.
- Don biçərlər enli-yanlı, dost tutarlar adlı-sanlı.
- Dost ağladar, düşmən güldürər.
- Dost sözünə tut qulaq, əğyarın pəndinə yox.
- Dostun dost olsun, hesabın dürüst olsun
- Dostun eybini üzünə de.
- Dostun köhnəsi yaxşı, donun - təzəsi.
- Dövlətli çıxar aş üstünə, kasıb - savaş üstünə.
- Dul gözüylə arvad alma, piyada gözüylə at.
- Duzluğa düşən duz olar.
- Düşmənə ölüm diləyincə, özünə ömür dilə.
- Düşmənin gülməyi - sirrini bilməyi.
- Düşmənin üzə gülməyinə inanma.
- Düz danışanın dostu olmaz.
- Düz gələn ceyranın iki gözündən başqa eybi yoxdur.
E
redaktə- El ağzı kəramət olar.
- El ağzını yığmaq olmaz, çəllək ağzını boğmaq.
- Elim - günüm olmasa, ayım - günüm doğmasın.
- Elindən avara olan, biçara olar.
- Elm - ağlın yarısıdır.
- Eşşəyi yükə çək; eşşək yükə gəlməsə, yükü eşşəyə çək.
- Eşşəyin yükü yüngül olsa soncuqlar.
Ə
redaktə- Əkən - yeyər, tikən - geyər.
- Əkin vaxtı əkməyən, biçin vaxtı ağlayar.
- Ən yaxşı qız bərbad daxmadan çıxır.
- Ər qocalsa ərki gedər, arvad qocalsa - görkü (görünüşü, gözəlliyi)
- Əvvəl aşiq yanar, sonra məşuqu.
F
redaktə- Fərasətsiz yal tapmaz, yal tapsa da, bal tapmaz.
G
redaktə- Gecə oda getmə, gündüz - tüstüyə.
- Gedən gətirər, oturan qiymət soruşar.
- Geydiyin dağ olsa, gen dünyadan nə fayda?!
- Gərəklini gərək olmayanda al.
- Gərəksizin olunca, qız qalaram ölüncə.
- Güc yıxmaz, əməl yıxar.
- Gülün bitdiyi yerdə qədr-qiyməti olmaz.
- Günahkarın oduna günahsız yanar. [1]
H
redaktə- Heçdən gec yaxşıdır.
- Hərəkət olsa, bərəkət olar.
- Hirs qabaqda gələr, ağıl - arxada.
- Hörmət gərək bir oxuyana, bir toxuyana.
- Hürəyən it qonaq gətirər.
X
redaktə- Xalq deyər - haqq deyər.
- Xəbərsiz gələn qonaq döşəksiz oturar.
İ
redaktə- İgid gərək ya şux olsun, ya yox olsun.
- İgid yarasız olmaz.
- İgidin əslini soruşma.
- İki bıçaq bir qına sığmaz.
- İlanın ayağını görməzsən, mollanın kəramətini.
- İştahı kəmlik kamalladır, mənəm - mənəmlik zavalladır.
- İgidin kasıbı namusdan bay olar.
- İt arıqlığını qurda bildirməz.
- İt - quyruğundan qocalar, eşşək - yalından.
- İtə yalı az versən qapına gəlməz.
- İtən bıçağın dəstəyi qızıldan olar.
K
redaktə- Kasıbın uşağı asimandan ay istər.
- Kar bir yana, kor bir yana.
- Karsızını alınca, subay otur ölüncə.
- Kasıblıq öldürməz, öldürməsə də güldürməz.
- Keçənə - təəssüf eləmə, gələndən - qorxma.
- Keçi qaçmaqla ceyran olmaz.
- Keçini keçi ayağından, qoyunu qoyun ayağından asarlar.
- Kiçicik daş - yara baş.
- Kiçiyi olmayanın böyüyü olmaz.
- Kiçiyini saymayan, ulusunu da saymaz.
- Kiri kir açar, kini - söz (Kir - çirk).
- Kişmişi yeyəndə çöpünü çıxarmağı yaddan çıxarma.
- Kordan əsanı bir dəfə alarsan.
- Kosa qocaldığını bilməz.
- Köhnəsiz təzə olmaz, yamansız yaxşı.
- Könlün açıq - yolun açıq.
- Kösövün uzun olsa, əlin yanmaz.
- Küçük hürməyi anasından öyrənər.
- Küləkli gün - yort, yağışlı gün - yat.
- Küləyin axırı - yağış, oyunun axırı - vuruş
Q
redaktə- Qaçanı qovma.
- Qamışı möhkəm tutmasan əlini kəsər.
- Qara gecə ağ olmaz, qarı düşmən - dost.
- Qarın tox - bəla yox.
- Qatarda nər olsa, yük yerdə qalmaz.
- Qəribin könlünü "xoş gəldin" ovlar.
- Qılıncla gələn qılıncdan ölər.
- Qışın dərdini yazda çək.
- Qıymayan tanrıdan, doymayan ovçu alar.
- Qızı olanın nazı olar.
- Qızın iysi - gülün iysi.
- Qızıl görsə, Xızır da azar.
- Qızıl-gümüşün köhnəsi olmaz, ata-ananın bəhası.
- Qızıl yerə atılmaz, yaxşılıq - yola.
- Qonşu qonşudan gec yatıb, tez durmağı öyrənər.
- Qorxunun ölümə faydası yox.
- Qoyunu külək aparsa, keçini göydə axtar.
- Qurdu it qarğışı tutmaz.
- Qurdun ağzı yesə də qan, yeməsə də qan.
- Qurdun qudası çox, tülkünün - aşinası.
- Qurdun sayəsində quş da doyur.
- Quru sözdən plov olmaz, yağla düyüsü olmasa.
L
redaktə- Lal olmaq yalan danışmaqdan, pəltək olmaq söyüş söyməkdən, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır.
- Lüt sudan qorxmaz.
M
redaktə- Meyvə ağacdan uzağa düşməz.
- Mənimki bitsin, səninki batsın.
- Mərd özündən görər, namərd - yoldaşından.
- Məsləhətlə atılan daş uzaq gedər.
- Minnətli əsəl yeməkdən, minnətsiz kəsək yemək yaxşıdır. (Əsəl - bal)
- Minnətli tikə boğazdan keçməz.
- Mollası çox olan yerin toğlusu yox olar.
N
redaktə- Namərd - aş üstündə dillənər, mərd - iş üstündə dillənər.
- Namərd əlində zar olunca, qara dəryada qərq ol.
- Nə fərqi var, ulağın ya sağından min, ya solundan.
- Nə xəmirdir, nə fətir, nə toya yarar, nə yasa.
- Nərildəyən dəvə yaxşıdır, nərildəyə-nərildəyə yük götürər.
O
redaktə- Odu üfləsən - keçər, qonşunu huylasan - köçər.
- Odunu - yığan yaxsın, Mala -qazanan baxsın.
- Oynaşa inanıb ərdən olma.
Ö
redaktə- Öküzün buynuzu eşşəkdə olsaydı, salamat can qoymazdı.
- Ölüm adamı seçmir.
- Önüm gəlməkdənsə, sonum gəlsin.
- Öz qədrini bilməyən özgənin qədrini nə bilsin.
- Özü yıxılan uşaq ağlamaz.
P
redaktə- "Papaq götür" deyirsən, baş götürür.
- Pul oldu - kül oldu.
S
redaktə- Salamatın yatması pisdir, xəstənin gəzməsi.
- Savaş, vuruş - barışa yer qoy.
- Savaşan gənişməz.
- Sel dünyanı alsa da, hübab qazın döşündən olar. (hübab - köpük)
- Səbrin sonu - saf qızıl.
- Səbrli - dağı yerlə bir edər, səbirsiz - xeyir işi şər edər.
- Sənətkar olan xar olmaz.
- Sənin bu baylığın ötər, mənim də yoxsulluğum.
- Səpilməyən toxum göyərməz.
- Su görməmiş soyunma.
- Süddən ağzı yanan, suyu püləyib içər.
- Südə də zəndlə baxsan, qan görərsən.
- Sürü axsağını gizlər.
T
redaktə- Tək gəzən qorxar.
- Tək olub yol tapmaqdan, çox olub yol azmaq yaxşıdır.
- Təpəyə çıx bax: camaat hara gedir, sən də ora get.
- Təzə varlanandan pul borc alma.
- Tox at yorulmaz.
- Turaca öz dilindən bəla gələr.
- Tutduğu işi bitirir, getdiyi yerdən gətirir.
- Tülkünün min bir fəndi var, ən etibarlısı gözə görünməməkdir.
U
redaktə- Uşaq zirək zənənin bir əlin bağlar, tənbəl zənənin iki əlini.
- Uşaqlı ev - bazardır, uşaqsız ev məzardır.
- Utanmaza gündə toydur.
Ü
redaktə- Ürəkdən ağlasan, kor gözdən də yaş çıxar.
V
redaktə- Varını verən utanmaz.
Y
redaktə- Yaxın qonşuya yaman söz demə.
- Yaxınlar dava eləsə, uzaqlar kef eləyər.
- Yaxma - bişərsən, qazma - düşərsən. (Yaxmaq - yandırmaq)
- Yaxşı ata - bir qamçı, yaman ata - min qamçı.
- Yaxşı söz - baldan şirin.
- Yaxşıdan - ad qalar, yamandan - dad qalar.
- Yaxşını görəndə fikir elə, yamanı görəndə şükür elə.
- Yalanın şirinindən, doğrunun acısı dadlıdır.
- Yaman dil el dağıdar, yaman ayaq - yol.
- Yarından ayrılan yeddi il ağlar, elindən ayrılan ölüncə ağlar.
- Yatan öküzə yer çatmaz.
- Yava mala baxanın saqqalı-bığı yağlanar, yava adama baxanın ürəyi-bağrı dağlanar.
- Yeddi ölç - bir biç.
- Yeməyi olmayan oruc tutar, işi olmayan namaz qılar.
- Yeməklə doymayan, yalamaqla doymaz.
- Yeri - güz şumla. Güz şumlamasan, yüz şumla. (Güz - payız).
- Yıxılan damı bir kərpic saxlamaz.
- Yıxılsan - yerdən yapış.
- Yüz təngə pulun olunca, yüz dostun olsun. (1 təngə - 20 qəpik)
Z
redaktə- Zəhmətin axırı rahatlıqdır.
Mənbə
redaktə- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015.