Büt
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ad verməyə layiq olmayan bütlərə xidmət etmək, bütün pisliklərin başlanğıcı, səbəbi və sonudur. Süleyman
B
redaktə- Bədbəxtliklərimizin ən azı üçdə ikisi insan səfehliyindən, bəşəri bədxahlığından, kin və axmaqlığın, idealizmin, dogmatizmin, dini və ya siyasi bütlər naminə təbliğat aparan qeyrətin o böyük motivatorları və bəraətvericilərindən qaynaqlanır. Oldos Haksli
- Bu kabus, onun gəncliyinin bütün faciəsi, bütün məşəqqətləri kimi geridə qalıb; və artıq o, bir daha heç vaxt qorxu iblisini yalançı nəşə ilə qovmalı olmayacaq. Və artıq heç vaxt nə var, nə var hansısa dostu satqın çıxıb deyə, hansısa allahın isə saxta bir büt olduğu məlum olub deyə özünü uçuruma atmayacaq; o, allahlarla da, iblislərlə də qurtarıb və artıq ayaqlarını yerə möhkəm basır. Qırılmış dostluq
- Burjuaziya iqtisadi gücə çox ciddi yanaşır və çox vaxt onu bütləşdirir. Nikolay Berdyayev
- Bütlərimizi qardan heykəlləndiririk və əriyəndə ağlayırıq. Valter Skott
- Bütpərəstlik xoşdur, sən bir büt olsan,
Məstlik də xoşdur, şərab versən camından.
Elə yox oldum ki, eşqində sənin,
Bu yoxluq varlıqdan yaxşıdır, inan. Məhsəti Gəncəvi
İ
redaktə- İnsan tanrı olmağa hazırdır və bunun əvəzinə tez-tez bütə çevrilir. Tomas Merton
N
redaktə- Nəsil, şöhrətin fanatik pərəstişkarlarının indiki nəsli qurban verdikləri xəyali bütdür. Pyer Büast
U
redaktə- Uşaqdan büt düzəltməyin: çünki, o böyüyəndə qurban tələb edəcək. Pyer Büast