Seks

cinsi fəaliyyəti
(Cinsi əlaqə səhifəsindən yönləndirilmişdir)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bircinsli seksə gəldikdə isə, o bizi daha çox utandırırdı. Nəyəsə görə, aramızda onu “universal seks” adlandırırdıq; sənlə eyni cinsdən olan adamdan xoşun gəlirdisə, onda sənə “universal” deyirdilər. Kazuo İşiquro
  • Dostluğu seksə çevirmək tipik qadın səhvidir. Con Apdayk
  • Dünyada yüksək dəyərə malik olan sözlər- sevgi, seks, həyat, ölüm, nifrət- bunlar heç də, bizim yaşamağımıza təkamül vermirlər. Əksinə düşünmədiyimiz sonradan həyatımızda başımıza gələcək digər xırda, alçaldıcı şeylər bizim həyat təkamülümüzü və həyata baxışımızı dəyişmək gücünə malikdir. Çünki bu sadalananlar həyatı boyu bizi tərk etmirlər, onlardan qaçmaq mümkün olmur. Aqata Kristi
  • Hanna belə bir fikrə zəmin yaradırdı – guya onların vəzifəsi bizim cinsi həyatımızı yoluna qoymaqdır, əks təqdirdə bizlər yaxşı donor ola bilmərik. O deyirdi ki, seks olmasa, böyrəklər, mədəaltı vəz və başqa orqanlar düzgün fəaliyyət göstərməyəcək. İşiquro Kazuo
  • Hər şey bir kənara, dəqiqəbaşı kitabın seksdən bəhs edən yerlərinə qayıdırdım, – nəsə faydalı şey oxumaq istəyirdim. Ancaq təəssüf ki, Heylşemdə olan kitabların xeyri az idi. On doqquzuncu əsr bu sahədə faydasız olan Tomas Hardi kimi yazıçılar tərəfindən geniş şəkildə təsvir olunurdu. Kazuo İşiquro
  • Kişi ilə qadın arasındakı seks çox yaxşı şey ola bilər. Təbii ki, əgər lazım olan kişi ilə lazım olan qadının arasındasınızsa. Vudi Allen
  • Qadın – bu çox ciddi məsələdir və adamın bəxti gətirsə üçqat uduş qazanır: yaxşı yemək, yaxşı seks və yaxşı həmsöhbət. Təəssüf ki, kişilərin əksəriyyətini sadəcə bir şey qane edir. Toni Morrison
  • Müxtəlif insanlar çatışmayan şeylər barəsində müxtəlif fikirlər söyləyirlər. Məsələn, kifayət qədər cinsi əlaqədə olmayan seksdən, ac adam yeməkdən, pulu olmayan isə puldan, bizim oliqarxlar və bankirlər isə əxlaqdan danışırlar. [1]Ziqmund Freyd
  • Seks vergi tutulmayan sonuncu vacib insan fəaliyyətidir. Beyker
  • Ümumiyyətlə, insanlar cinsi məsələlərdə səmimi deyillər. Cinsi əlaqələrini açıq şəkildə nümayiş etdirmir, cinsi münasibətlər dünyasında sanki hava pis imiş kimi, "saxta" adlanan materiyadan tikilmiş qalın palto geyinərək onu gizlədirlər.[2] Ziqmund Freyd
  • Yalnız seksin tam olmaması seksdən imtina hesab edilə bilər, qalan hər şey isə zövq məsələsidir. Ziqmund Freyd

Həmçinin bax

redaktə
 
Wikipedia logo
Seks haqqında Vikipediyada məqalə var.

İstinadlar

redaktə
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
  2. [2]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015