A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ananın məhəbbəti güclüdür, ibtidaidir, eqoistdir və eyni zamanda təmənnasızdır. O, heç nədən asılı deyildir. Ərin arvadına sevgisi ... - bu həmfikirliyin və qarşılıqlılığın şirin telləri, qayğı və həssaslıqda yarışdır. Bir atanın bir oğula və ya qızına olan sevgisi, əvəzinə heç nə gözləmədən öz sevgisini övladları ilə bölüşməkdir. Bu, təhlükəsizliyi sizin üçün əziz olan yolçuya xeyir-dua verməkdir, sevdiyiniz insanın uğursuzluqlarından kədərlənməyə, uğurlarından isə qürur duymağa məcbur edən zəifliklərin, gücün ölçülüb-biçilmiş nisbətidir. Belə bir hiss comərdlik, yüksəklikdir. O heç nə istəmir, əksinə, yalnız ağıllı və səxavətli bir şey verməyə çalışır. “Kaş ki, oğlum uğur qazansın! Kaş ki, qızım xoşbəxt olsun!”. Valideynin bu müdrik və sevgi dolu ifadələrini eşitməyən, düşünməyən varmı? Teodor Drayzer
  • Az adamın ən yaxşı müştəriyə tab gətirmə comərdliyi var. Corc Vaşinqton
  • Baxmayaraq ki, hər bir fəzilət bizi özünə cəlb eləyir, ancaq ədalət və comərdlik bunu daha çox edir. Mark Tulli Siseron
  • Təkəbbür və comərdlik özü haqqında yüksək fikrə malik olmaqdan ibarətdir. Onlar bir-birindən yalnız onunla fərqlənir ki, təkəbbürlü insanın fikri heç nəyə əsaslanmır, comərd insanın fikri isə tamamilə düzgün olur. Rene Dekart
  • Ümid edirəm ki, mən hesab etdiyim bütün titullardan ən qibtə ediləni olan səmimi adam xarakterini qoruyub saxlamaqda sarsılmazlıq və kifayət qədər comərdlik əldə edəcəyəm. Corc Vaşinqton

Mənbə

redaktə
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014