Corc Oruell

Corc Oruell (İng. George Orwell; 1903-1950) - İngilis yazıçısı və publisist. O, 1984 -cü il tarixli kult distopiya romanının və Heyvan ferması hekayəsinin müəllifi kimi tanınır. O, siyasi dilə “soyuq müharibə” terminini daxil etdi, sonralar bu termin geniş istifadə olundu.

Siyasi dil - və bu, mühafizəkarlardan tutmuş anarxistlərə qədər bütün siyasi partiyalara aiddir - yalanı doğru və cinayəti hörmətli etmək və saf küləyə möhkəmlik görüntüsü vermək üçün nəzərdə tutulmuşdur.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Avropada kommunizm kapitalizmi məhv etmək üçün yarandı , lakin bir neçə ildən sonra Rusiya xarici siyasətinin alətinə çevrildi.
  • Azadlıq insanlara onların duymaq istəmədiklərini deyə bilməkdir.

BRedaktə

  • Biz indi elə bir dərinliyə qərq olmuşuq ki, aşkar olanı yenidən ifadə etmək ağıllı insanların birinci vəzifəsidir.
  • Bütün heyvanlar bərabərdir, amma bəzi heyvanlar o birilərdindən daha da bərabərdir.

ÇRedaktə

  • Çağımızda “siyasətdən uzaq durmaq” deyə bir şey yoxdur. Bütün məsələlər siyasi məsələlərdir, siyasətin özü isə yalan, yayınma, axmaqlıq, nifrət və şizofreniya kütləsidir.

DRedaktə

  • Dindarların və əxlaqsızların təbii olaraq bir-birlərini tapdıqları bir gerçəkdir.
  • Dostlar, kitab oxumaq üçün heçdə gec deyil...Sadəcə, güclu olun..
  • Düşüncələrimiz axmaq olduğu üçün çirkin və qeyri-dəqiq olur, lakin dilimizin səliqəsizliyi axmaq düşüncələrə sahib olmağımızı asanlaşdırır.
  • Düşünün. Nə qədər ki, icazə verilir.

ƏRedaktə

  • Əhəmiyyətli olan yaşamaq deyil, bacarmaq heç deyil. Əhəmiyyətli olan insan qalmağı bilməkdir.
  • Əksər inqilabçılar potensial mühafizəkardırlar.
  • Əlli yaşında hər kəs layiq olduğu simaya sahibdir.
  • Ən yaxşı kitablar sizə artıq bildiklərinizi söyləyən kitablardır.

GRedaktə

  • Gələcəyə ümidlə baxmaq üçün güclü olmalısan.
  • Güc vasitə deyil, məqsəddir. İnsan inqilabı qorumaq üçün diktatura qurmur; diktatura qurmaq üçün inqilab edir.

HRedaktə

 
Hesab edirəm ki, Rusiyanı və Stalini tənqid etmək istəyi intellektual dürüstlüyün sınağıdır.
  • Hakimiyyətin məqsədi gücdür.
  • Hamımızı satın alıblar, özü də öz pulumuzla.
  • Hesab edirəm ki, Rusiyanı və Stalini tənqid etmək istəyi intellektual dürüstlüyün sınağıdır.
  • Hər nəsil özünü əvvəlkindən ağıllı, sonrakı nəsildən daha müdrik hesab edir.

XRedaktə

  • Xarici ölkəyə qarşı müharibə ancaq o zaman baş verir ki, pullu təbəqələr bundan qazanc əldə edəcəklərini düşünürlər.

İRedaktə

  • İnsanlar azadlıq və xoşbəxtlik arasında seçim etməli idi. Və əksəriyyəti xoşbəxtliyi seçdi.
  • İnsanları məhv etməyin ən təsirli yolu, onların tarixi haqqında öz anlayışlarını inkar etmək və məhv etməkdir.
  • İyerarxik cəmiyyət yalnız yoxsulluq və cəhalət bünövrəsi üzərində yüksələ bilər.

KRedaktə

 
Kişi özünü uğursuz hesab etdiyi üçün içki qəbul edə bilər, sonra isə içki içdiyi üçün daha da uğursuz ola bilər. İngilis dili ilə eyni şey baş verir.
  • Katoliklər və kommunistlər rəqibin həm dürüst, həm də ağıllı ola bilməyəcəyini düşünürlər.
  • Kişi özünü uğursuz hesab etdiyi üçün içki qəbul edə bilər, sonra isə içki içdiyi üçün daha da uğursuz ola bilər. İngilis dili ilə eyni şey baş verir.

MRedaktə

  • Müharibə vəziyyətinin mövcudluğu və onun doğurduğu təhlükələr bütün hakimiyyətin kiçik qrupun əlində cəmlənməsini təbii hala, hətta labüd xilas yoluna çevirir. Müharibə uzun müddət davam edəndə təhlükəsizliyini itirir. Hədsiz uzanan müharibədə hərbi zərurət anlayını yoxa çıxır.
  • Müharibənin mahiyyəti təkcə insan həyatının yox, həm də insan əməyinin bəhrələrinin məhv edilməsidir. Müharibə insanların həyatını yaxşılaşdıra və nəticədə onları daha ağıllı edə biləcək materialları parçalamaq, stratosferdə toz halına salmaq, dənizin dərinliklərində boğmaq üsuludur.

ÖRedaktə

  • Özünü tanıyandan bəri, ərzaq heç vaxt çox olmamışdı, heç vaxt bütöv corabı və altpaltarı olmamışdı, mebel həmişə sınıq-sökük, otaqlar qızdırıcısız, metroda gediş – basa-bas, evlər – rəngləri solmuş, çörək – qara, qəhvə – iyrənc, çay – nadir hallarda, siqaretlər – say hesabı olardı.

PRedaktə

  • Partiyanın bayrağı altına düşən hər bir yazıçı gec-tez seçim qarşısında qalır - ya təslim olmaq, ya da susmaq.
  • Psixi azadlıq, gördükləriniz, eşitdikləriniz və hiss etdiyiniz şeyləri mənalandırmaq azadlığı deməkdir və təsəvvür edilən faktları və hissləri uydurmaq məcburiyyətində qalmamaqdır.

SRedaktə

  • Saxtakarlığın universal səviyyədə hakim olduğu dövrlərdə, gerçəyi söyləmək inqilabçı bir hərəkətdir.
  • Savaşı ən tez bitirməyin yolu onu uduzmaqdır.
  • Siyasətin korlanması dilin korlanmasından başlayır.
  • Siyasi dil - və bu, mühafizəkarlardan tutmuş anarxistlərə qədər bütün siyasi partiyalara aiddir - yalanı doğru və cinayəti hörmətli etmək və saf küləyə möhkəmlik görüntüsü vermək üçün nəzərdə tutulmuşdur.

TRedaktə

  • Tərəqqi illüziya deyil; olur, lakin yavaş və həmişə məyus olur.

YRedaktə

  • Yaxşı əsər pəncərə şüşəsi kimidir.
  • Yəhudiyə etibar edəcəyinə ilana etibar et, yunana etibar edəcəyinə yəhudiyə etibar et, lakin heç vaxt erməniyə etibar etmə.

ZRedaktə

  • Zarafatda məqsəd insanı alçaltmaq deyil, onun artıq alçaldıldığını xatırlatmaqdır.

İstinadlarRedaktə