A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Bunun necə alındığını bilmirəm, amma çox yaxşı bilirəm ki, saxtakarlıqların əksəriyyəti tam olaraq qeyd və hesab kitablarının ən çox olduğu işlərdə baş verir. Dəbdəbəni dəbdəbəli həyata qarşı qanunlarla cilovlamaq əvəzinə, elə bir idarəetmə üsulu yaratmaq lazımdır ki, belə bir dəbdəbə mümkün olmasın. Bu, hər şeyin qanuna tabe edilməsini öyrətmək üçün gözəl vasitədir: vəzifədə olarkən hörmət edilən insanın özəl həyata necə qayıtmasını hamı görür və elə onun özü də nə vaxtsa yenidən fərdi şəxs olacağına və fərdi şəxslərin hüquqlarını qorumağa əmin olur. Jan Jak Russo

D redaktə

  • Dəbdəbəli, parıltılı dünyada yaşamaqdansa, isti, kiçik və doğma bir aləmdə ömür sürməyi üstün tuturam. Artur Şopenhauer

Ə redaktə

  • Əxlaqın pozulması - öz növbəsində zövqün korlanmasına gətirib çıxaran dəbdəbənin qaçılmaz nəticəsidir. Əgər öz istedadlarına görə görkəmli insanlar arasında təsadüfən möhkəm ruha malik, özünü miskin yaradıcılıqla alçaltmayan birisi tapılarsa, vay onun halına! O, ehtiyac içində və yada salınmadan öləcək. Jan Jak Russo

Q redaktə

  • Qocalıqda gənclik illərinin dəbdəbəli həyatının xəstəlikləri üzə çıxır. Ona görə də gənc yaşlarında dəbdəbədən uzaqlaşmaq lazımdır. Mixail Lomonosov

M redaktə

  • Mən dəbdəbədən nifrət edirəm və ona xor baxıram. Brijit Bardo

N redaktə

  • Nə vaxt ki, tərifdən və məzəmmətdən yüksəkdə olursunuz və sevən iradə kimi sizin iradəniz hər şey üzərində hökmran olmaq istətyirsə, o zaman sizin fəzilətiniz yaranır. Və nə vaxt ki, siz yumşaq yatağa və bütün xoş şeylərə nifrət etsəniz də, amma ən dəbdəbəli yatağın yanında yatanda sizin fəzilətiniz yaranır. Fridrix Nitsşe

T redaktə

  • Tək canımla varlı və dəbdəbəli həyat sürməkdənsə, arvadımla birgə yoxsul yaşamağı üstün tuturam. Artur Bullard

İstinadlar redaktə