Jan Jak Russo
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Jan Jak Russo (1712-1778) - Fransız yazıçısı və filosofu
ARedaktə
- Azadlıqdan imtina etmək insani ləyaqətdən imtina etmək deməkdir.
BRedaktə
- Bədbəxtlik, şübhəsiz çox böyük bir müəllimdir, lakin bu müəllim; dərslərini bahalıya ödətdirər və faydası da puluna dəyməz.
CRedaktə
Cəmiyyətdə ən birinci qanun qanuna hörmət qanunu olmalıdır.
DRedaktə
- Demək olar ki, bütün işlərin ən çətini - onu başlamaqdır.
- Dərindən sevmək özünü unutmaq deməkdir.
- Digərlərinin sevgisini qazanmağın ən düzgün vasitəsi onlara öz sevgini hədiyyə etməkdir.
- Döyüşdə silah lazım olduğu kimi, həyatda da elm lazımdır.
- Dövlət böyüdükcə, azadlıq da o nisbətdə kiçilər.
ERedaktə
- Ey uca könüllü yalan! Gerçək heç sənə seçim edilə biləcək qədər gözəl olmuşdurmu?
ƏRedaktə
- Əgər xalqı zəhmətkeş və yaradıcı etmək istəyirsinizsə, ona bayram etmək imkanı verin.
- Əgər hamının mənafeyinin kəsişdiyi nöqtə olmasaydı, cəmiyyət haqqında danışmağa lüzum olmazdı.
- Əgər insanlar Tanrı olsaydı, özlərini demokratik olaraq idarə edə bilərdilər. İnsanlar Tanrı olmadıqlarına görə, mükəmməl bir dövlət insanlara görə deyil.
- Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməyəcəksiniz.
- Əsl təvazökarlıq adamlara xeyirxah münasibətdən ibarətdir.
FRedaktə
- Fərdi eşqim üçün dünyanı verərəm, azadlığım üçün eşqimi də verərəm.
HRedaktə
- Hürriyyətdən əl çəkən insan insanlıq həsrətindən, bəşəri haqq və vəzifələrdən imtina etmiş sayılır.
GRedaktə
- Gerçək demokratiya heç bir zaman var olmamışdır və olmayacaq da.
XRedaktə
- Xeyirxahlıqdan başqa hər şeyə qarşı durmaq olar.
İRedaktə
- İnsan hürr olaraq doğulmuşdur, ancaq hər yerdə zəncirlənmişdir.
- İnsan nə qədər az bilərsə, o qədər çox bildiyini sanar.
- İnsanın azadlığı onun istədiyi hər şeyi edə bilməsində deyil, istəmədiyi heç bir şeyi etmək məcburiyyətində olmamasındadır.
- İnsanlar həmişə onları qadın onları etdiyi kimi olacaqlar; odur ki, əgər böyük və xeyirxah insan olmaq istəyirsinizsə, qadınlara inandırın ki, böyüklük və xeyirxahlıq nədir.
- İnsanlar ömür qısadır deyərlər amma, yenə də onu qısaltmaq üçün əllərindən gələni edərlər.
- İstedad yüksəlmək üçündür, alçalmaq üçün deyil.
KRedaktə
- Kədərlər tənhalıqda daha da böyüyür: bir milçək sanki bir canavar olur.
- Kiməsə bağlanma hissi qarşılıqlı olmaya bilər, amma dostluqda - əsla.
- Kişi bildiklərini, qadın xoşuna gələni deyir; birinci, danışmaq üçün biliklərə ehtiyac hiss edir, ikinci – zövqə; birinci, faydalı şeyləri nəzərdə tutmalı, ikinci xoş olanları.
- Kişi dərəcəyə görə özündən aşağı qadın ilə evləndikdə özünü alçaltmır, amma, öz xanımını yüksəldir; əksinə, daha böyük dərəcəli xanım ilə evləndikdə o, alçaldır və özü də yüksəlmir.
- Kitab insanları yalnız onların başa düşmədikləri şeylər haqqında danışmağı öyrədir.
QRedaktə
- Qadının hökmranlığı incəliyin, zərifliyin və səbrliliyin hökmranlığıdır.
- Qənaət etmək işləmək qədər əhəmiyyətlidir.
MRedaktə
- Malik olduğun pul sənə azadlıq verir, dalınca qaçdığın pul – səni kölə edir.
- Minnətdarlıq - verilməli borcdur, lakin onu heç kimi digərindən gözləməməlidir.
ÖRedaktə
- Öz-özünə hörmət etməyən adam heç vaxt xoşbəxt ola bilməz.
SRedaktə
- Sevgim üçün dünyaları verərəm, azadlığım üçünsə sevgimi.
- Sevginin verdiyi xoşbəxtliyi evlilikdən sonrada yaşaya bilsəydik o zaman dünya cənnət olardı.
- Səbr ağrıdır, amma meyvəsi şirindir.
- Siyasi orqanizm insan orqanizmi kimi dağılmağa elə qurulduğu vaxtdan başlayır və mövcudluğu dövründə özünün ölüm səbəbini özündə daşıyır.
- Siyasət və əxlaqı fərqli ələ alanlar, hər ikisini də əsla anlaya bilməzlər.
- Söyüş - haqsızların əlamətidir.
ŞRedaktə
- Şərəfini itirdikdən sonra yaşamaqdan daha faciəli ölüm ola bilərmi?
TRedaktə
- Tarix-oxuyana öz gözünün görmə dərəcəsinə görə yol göstərən bir rəhbərdir.
- Tərbiyədə ən böyük səhv tələskənlikdir.
- Təriflər yalnız onları bəyənən insanları korlayır.
- Torpaq sahəsini çəpərləmiş ilk şəxs "bu mənimdir" deyə qışqırıb ona inanan sadəlövh adamları cəmləyə bilmişsə, vətəndaş cəmiyyətinin əsl banisi də odur.
URedaktə
- Uşağın tərbiyəsinə onu tanımaqla başlamalıyıq.
ÜRedaktə
- Ümumiyyətlə, az bilən insanlar çox bilənlərdən daha çox danışırlar.
VRedaktə
- Vətəndaş o qədər varlı olmamalıdır ki, kimisə satın alsın, yaxud o qədər kasıb olmamalıdır ki, özünü satmağa məcbur olsun.
YRedaktə
- Yalnız böyük hadisələr dahi insanları yaradır.
- Yalnız güclü dövlət öz vətəndaşlarının azadlığını təmin edə bilər.
- Yalnız o şeydən həqiqi həzz ala bilərsən ki, onu itirməkdən qorxmayasan.
- Yanılmaya min yol aparır, həqiqətin yolu isə birdir.