Erix Mariya Remark
Erix Mariya Remark (1898–1970) — Alman yazıçısı.
Erix Mariya Remark | |||
Doğum tarixi | 22 iyun 1898 | ||
Doğum yeri | Osnabrük | ||
Vəfat tarixi | 25 sentyabr 1970 | ||
Vəfat yeri | Lokarno | ||
Dəfn yeri | Ronco sopra Ascona Cemetery | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ana! Mən hələ sənin üçün uşağam. Axı niyə başımı qucağına qoyub ağlaya bilmirəm? Niyə axı mən güclü olmalı və hər şeyə tab gətirməliyəm? Axı mən də ağlamaq və təsəlli verici sözlər eşitmək istəyirəm.
- Axmaq doğulmaq ayıb deyil, axmaq ölmək ayıbdır.
- Ana, səndən necə ayrılım, axı səndən başqa kimin üzərimdə haqqı var?!
- Ana olmamış qadın onun taleyinə yazılmış ən möhtəşəm şansı qaçırmış qadındır.
- Ancaq insan belədir: o, həqiqətən yalnız özündə olmayanı qiymətləndirir.
B
redaktə- Bir insanın ölümü-ölümdür, iki milyonun ölümü isə statistika.
- Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə göründüyün kimi gülməli görünməyəcəksən.
- Bu kitab nə ittiham, nə də etiraf, ən azı bir macəra olmalıdır, çünki ölüm onunla üz-üzə duranlar üçün bir macəra deyil. O, sadəcə olaraq, mərmilərdən qurtula bilsələr də, müharibə nəticəsində məhv edilmiş kişi nəsli haqqında danışmağa çalışacaq.
C
redaktə- Cəsarət qorxunun olmamasından bir az fərqli bir şeydir, cəsarət təhlükəni dərk etməklə bağlıdır, qorxunun olmaması cəhalətdir.
Ç
redaktə- Çox qəribədir ki, dünyanın bədbəxtliyini çox vaxt qısaboylu insanlar gətirir. Onlar böyük yoldaşlardan çox daha enerjili və barışmazdırlar.
D
redaktə- Dost qalmaq? Soyumuş lavanın arasında sönmüş hisslərlə balaca bağ salmaq? Yox, bizim üçün deyil. Bu, yüngül davalardan sonra olur, o da çox saxta formada. Sevgini dostluqla ləkələməzlər. Son sondur.
- Dözüm heç vaxt olmur. Təkcə hər şeyə öyrəşmək mümkündür… Ancaq bəzilərinə heç öyrəşmək də olmur. Niyəsini demək çətindir…
- Dünyada baş verən bütün fəlakətlər və bədbəxtliklər balacaboya insanlardan yan keçir. Onlar uzun insanlara nisbətən daha çox enerjili və dözülməz olurlar.
- Dünyada keçmiş sevgilidən daha yad biri ola bilməz. Sevgi izahları sevmir. Ona hərəkətlər lazımdır. Qadına ya sitayiş etməlisən, ya da getməlisən. Qalan hər şey – yalandır.
- Dünyadakı ən kövrək şey – qadın sevgisidir. Bir səhv addım, söz, baxış və heç nəyi geri qaytara bilmirsən.
Ə
redaktə- Əgər qadın başqasına aiddirsə, o 5 dəfə daha artıq arzu ediləndir.
- Əgər qadın əsəbiləşirsə, deməli o həm haqsızdır, həm də haqsız olduğunu bilir.
- Əgər sən itə kartofu öyrədib sonra onun qarşısına ət qoysan, o yenə əti yeyəcək. Çünki bu onun qanındadır. Həmçinin sən insana bir balaca hakimiyyət həvalə etsən, onunla da eyni cür olacaq. O, bundan yapışacaq.
- Əgər taleyinə, sadəcə olaraq, boyun əysən, bütün dəhşətlərdəın yan keçə biləcəksən, amma bu dəhşətlər haqqında düşünməyə başlasan məhv olacaqsan.
- Ən güclü hiss – məyusluqdur. İnciklik, qısqanclıq, hətta nifrətdən sonra ürəkdə nəsə qalır, xəyal qırıqlığından sonra isə ancaq boşluqdur.
- Ən güclü nifrət — kiminsə qəlbinə toxunmaq, sonrasa toxunduğun qəlbə tüpürüb getməkdən doğur. Demək istədiyin bu qədər şey olduğu halda söz tapa bilməmək necə də çətindir.
F
redaktə- Faciə iyirmi il davam eləyəndə, onun komediyaya çevrilmək qorxusu olur.
G
redaktə- Geriyə tez-tez nəzər salan adam asanlıqla büdrəyin yıxıla bilər.
H
redaktə- Heç kim keçmişdə sevdiyin adamdan daha yad ola bilməz.
- Heç kim qadın hiyləsinə dayana biləcək möhkəm divarlar tikə bilməz.
- Heç kimə lazım olmadıqlarını düşünən insanlar çox vaxt ən lazımlı insanlar olurlar.
- Heç nə gözləməyən heç vaxt məyus olmaz.
- Heç vaxt xırda şeylərə görə böyük hadisələrin iştirakçısı olduğunu unutma!
- Həqiqətdən sərxoş ola bilərsiniz. Bu daha təhlükəlidir.
- Hər bir sevgi əbədi olmaq istəyir.
- Həyat faktları çox adi və bayağıdır. Onları canlandıran bizim fantaziyamızdır. Bu fantaziya paltar zivəsini bərkitmək üçün basdırılan adi dirəklərə insanların arzu və xəyal bayraqlarını bağlayıb yellədir….
- Həyat heç vaxt bu qədər az məna kəsb etdiyi zaman indiki qədər qiymətli olmamışdır.
- Həyat, ölümün sərhədində cüzi bir xətt təşkil edir.
X
redaktə- Xoşbəxtlik səninlə başlayır və səninlə bitir.
- Xoşbəxtlikdən 5 dəqiqə danışa bilərsiniz, daha çox deyil. Daha heç nə deyə bilməzsən, çünki xoşbəxtsən. İnsanlar isə bütün gecəni bədbəxtlikdən danışa bilirlər.
İ
redaktə- İnsan çox ölü görəndə bir ölüyə görə ağrı çəkməyin nə olduğunu çətin anlayır.
- İnsan həqiqətən sevəndə necə də əfəlləşir! Özünə əminlik necə də tez yoxa çıxır! Adam necə tənha olur; bütün tərifli təcrübə tüstü kimi havaya sovrulur və adam özünü inamsız hiss edir.
- İnsan nə qədər primitivdirsə, özü haqqında bir o qədər də yüksək fikirdədir.
- İnsan tək olanda təbiəti seyr etməyə və onu sevməyə başlayır.
- İnsan ümidsizlik və təhlükə içində qaçanda möcüzələrə inanmağı öyrənir; əks halda sağ qalmazdı.
- İstənilən sevgi əbədi olmaq istəyir. Bu onun daimi əzabıdır.
K
redaktə- Kilsənin müdrikliyini qiymətləndirməyin. Kilsə iki min il ərzində devrilməyən yeganə diktaturadır.
- Kim həddindən artıq geriyə boylanırsa, asanlıqla büdrəyib yıxıla bilər.[1]
- Kim saxlamaq istəyir — itirir. Təbəssümlə buraxmağa hazır olanlar — onları saxlamağa çalışırlar.
- Kitablarımın qabağından keçəndə məni bürüyən valehedici və təsirli hissləri yenidən duymaq istəyirəm. Kitablardan qalxan arzularımın yeli məni yenidən dilə tutmalıdır.
Q
redaktə- Qadın xoşbəxt olanda onun haqqında çox şey demək olmur. Amma bədbəxt olanda nə qədər şey danışmaq olar…
- Qadın sevgidən ağıllanır, kişi başını itirir.
- Qadın – sizin üçün metaldan hazırlanmış mebel deyil, o – çiçəkdir. O, işgüzarlıq istəmir. Ona işıqlı, xoş sözlər lazımdır. Onun üçün bütün ömrü boyu çalışmaqdansa, ona hər gün xoş sözlər demək yaxşıdır.
- Qadına heç nəyi başa salmaq lazım deyil, ancaq hərəkət etmək lazımdır.
- Qadını sevməkdən xilas olmağın yolu onunla müntəzəm olaraq yatmaqdır. Təxəyyüllə azadlıq vermək olmaz.
- Qadınla mübahisə etmək mümkün deyil. Ən pis halda ona hirslənmək olar.
- Qadınlar həmişə kişilərin unutduqları şeylərə görə narahat olurlar, kişilər isə qadınların xatırladıqları şeylərə görə.
- Qadınlar sevəndə ağıllanırlar, amma kişilər başlarını itirirlər.
- Qadınlar ya bütləşdirilməlidir, ya da tərk edilməlidir. Qalan hər şey yalandır.
- Qısqanclıq su borusu kranı deyil ki, istədiyin vaxt bağlayasan.
L
redaktə- Ləçər, yoxsa müqəddəs?.. Nəticədə hansısa bir fərqi varmı? Əsas odur bizim özümüz ona necə yanaşırıq?
M
redaktə- Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.
- Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.
- Mənim anam, bacım, kəpənək dolu qutum və qırmızı ağacdan olan pianinom buradadır, amma hələ mən burada deyiləm. Aramızda bir pərdə, keçilməli olan bir addım var.
- "Mənim sevgilim" adlandırdığın insan "səninlə özünü yaxşı hiss edən" deyil, çox insanlar səninlə özünü yaxşı hiss edə bilər.
- Müharibə bizim üçün ölümə səbəb olan xərçəng, vərəm, qrip və dizenteriya xəstəliyi kimidir.
O
redaktə- Ola bilsin ki, məncə, hər şey dağıldığı üçün, həqiqətən, bu kiçik birlikdən başqa heç nə yoxdur. Ancaq bu da bir növ aldatmadır, çünki bir insanın digərinə həqiqətən ehtiyacı olduğu yerdə birlikdə gedib bir-birinizə kömək edə bilməzsiniz.
- Ona baxdım və heç bir cavab tapmadım. Onu öldürdümmü, xoşbəxtmi etdim? Məni sevirdimi, yoxsa onun üçün lazım olanda dirəndiyi əl ağacımı idim? Cavab tapmıram.
P
redaktə- Pul xarakteri məhv edir.
- Pul — qızıldan düzəldilmiş azadlıqdır.
S
redaktə- Sevdiyi insanla görüşməyin xoşbəxtliyini yalnız heç vaxt tək qalmayan bilir.
- Sevgi xoşbəxtliyin ən davamsız növüdür.
- Sevgi izah edilə bilməz. Onun hərəkətə ehtiyacı var.
- Sevgi… qadını daha itigözlü edir.
- Sevgi qürur tanımır.
- Sevgi mübarizədir. Və, başlıca təhlükə özünü bütövlükdə həsr etməkdir.
- Sənə dəyər verməyən insanın sevgisini nə qədər çox qazanmağa çalışsan, onun laqeydliyi səni bir o qədər incidəcək. Onu unutmağa çalışmaq – həmişə onu xatırlamaqdır.
- Sənin sevgilin – "sənsiz pis olandır". Ürəyin kiməsə doğru meyillənirsə, mübarizə aparma. O bizə nəyin lazım olduğunu hamıdan yaxşı bilir.
Ş
redaktə- Şəkillər yanımdan ötür, onları tutmaq olmur. Bunlar sadəcə olaraq kölgələr və xatirələrdir.
T
redaktə- Tez-tez geriyə baxanlar asanlıqla büdrəyə və yıxıla bilər.
- Təəssüf ki, biz bütün yaxşı şeyləri ancaq gec dərk edirik. Keçmişin həsrəti və gələcək qorxusu ilə yaşayırıq. İndiki vaxtdan başqa hər yerdə.
- Tək olmaq mənim daha çox xoşuma gəlir. Belə olanda mənə heç kim mane olmur.
- Tolerantlıq şübhənin qızıdır.
U
redaktə- Unutmaq! Sözə bax! Onda dəhşətlər də var, təsəlli də, vahimə də! Kim unutmasa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir…
Ü
redaktə- Üç günə səninlə canbir qəlb olmağı bacaranlar ola bilər. Amma illərdir yanında yaşayan insan sənin hansı rəngi sevdiyini belə bilməz.
- Üzr istəmək – o demək deyil ki, sən haqsızsan, qarşındakı haqlı. Bu, sizin münasibətinizin başqa şeylərdən daha dəyərli olduğunu göstərir.
V
redaktə- Vəziyyətlərdən və insanlardan qaça bilərsiniz, ancaq düşüncələrinizdən və hisslərinizdən heç vaxt qaça bilməyəcəksiniz.
Y
redaktə- Yalnız qədim yunanların sərxoşluq və sevinc tanrıları var idi: Dionis və Bax. Bizdə Freyd, aşağılıq kompleksi və psixoanaliz var. Sevgidə böyük sözlərdən qorxuruq, amma siyasətdə xoşumuza gəlir. Kədərli nəsil.
- Yaşamaq — başqası üçün yaşamaq deməkdir.
- Yer üzündə cənnət vəd edənlər həmişə cəhənnəmi yaradırlar.
İstinadlar
redaktə- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.