“Hamlet”də qəbirqazanlar qəbri qaza-qaza kobud mahnılar oxuyurlar. Əcəb cəfəngiyyatdır! Bu oyunbazlığı hələ faciə də adlandırırlar! Şekspir ingilis teatrını məhv etdi. Şekspiri ciddi qəbul etmək olmaz. Allah bizi bu səfeh Şekspirdən saxlasın! Volter
Hər mövcud incə və gözəl bir şeyin arxasında bir faciə durur. Oskar Uayld
Həyat duyğularla yaşayanlar üçün faciə, düşünənlər üçün isə məzhəkədir. Jan de Labrüyer
Həyatda iki faciə var: birincisi, bütün arzulara çata bilməmə, ikincisi, hamısını əldə etdikdən sonrası. Oskar Uayld
Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır. Bencamin Franklin