Ernest Renan
Ernest Renan — fransız filoloqu və tarixçisi.
Ernest Renan | |||
Doğum tarixi | 28 fevral 1823 | ||
Doğum yeri | Tréguier | ||
Vəfat tarixi | 2 oktyabr 1892 | ||
Vəfat yeri | V arondisman | ||
Dəfn yeri | Monmartr qəbiristanlığı | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir yuxu yaxşı və faydalıdır, yalnız bir yuxu olduğunu unutma.
D
redaktəƏ
redaktə- Əxlaq da, sənətdə olduğu kimi, sözlə deyilmir, ancaq yaşanır.
- Ən sadə məktəbli indi Arximedin həyatını qurban verəcəyi həqiqətlərlə tanışdır.
H
redaktə- Heç bir böyük vəzifə illüziya olmadan yerinə yetirilməmişdir.
- Heç kim tarixi dəyişdirmədən yaza bilməz.
- Hər bir ideyanın həyata keçirilməsi böyük qurbanlar tələb edir.
X
redaktə- Xalq, xatırladıqlarımız qədər unutduqlarımızla meydana gələr.
İ
redaktə- İnsan özünün bütün qüvvələrini hərəkətə gətirmək üçün qarşısına onu ruhlandırmağa qabil olan nəcib bir məqsəd qoymalıdır.[1]
- İnsanları inandıqları şeylərdən imtina etdirmək bir şeyə inandırmaqdan daha çətindir.
- İsti xatirələri olmayanlar üçün qış hər bir halda soyuq keçər.
M
redaktə- Millət bir ruhdur, ruhani prinsipdir. İki şey bu ruhu, bu ruhani prinsipi yaradır. Biri keçmişdə, o biri indidədir. Biri zəngin ümumi xatirələrə malik olmaqdır; o biri ümumi müqavilə, birgə yaşamaq arzusudur, bizə miras qalmış bölünməz irsdən birgə istifadəni davam etdirmək iradəsidir… Qəhrəman keçmiş, dahi şəxsiyyətlər, şöhrət (amma həqiqi) — milli ideyanın söykəndiyi başlıca kapital budur. Keçmişdə ümumi şöhrətə, gələcəkdə ümumi istəyə malik olmaq, birgə böyük işlər görmək, onları gələcəkdə də arzulamaq — xalq olmağın başlıca şərtləridir… Keçmişdə ümumi şöhrəti və peşmançılıqları bölüşmək, həmin proqramı gələcəkdə də həyata keçirmək, birgə əzab çəkmək, sevinmək, ümid etmək, bunlar ümumi gömrük və sərhədlərdən də önəmlidir; irq və dil fərqindən asılı olmayaraq başa düşülən məhz budur. İndicə "birgə əzab çəkmək" dedim, bəli, ümumi əzab insanları ümumi sevincdən daha çox birləşdirir.
T
redaktəU
redaktə- Unudulma, daha doğrusu tarixi xəta xalqın yaranmasında əsas amillərdən biridir və ona görə də tarixi araşdırmaların tərəqqisi çox vaxt milliyyət üçün təhlükə yaradır.
V
redaktə- Vay o kəsin halına ki, bəşəriyyətin tərəqqisi üçün faydasız olur!