Evripid (bizim eradan əvvəl 480-406) - qədim yunan şair-dramaturqu

Evripid
Doğum tarixi e.ə. 480 illər
Doğum yeri Salamin adası
Vəfat tarixi e.ə. 400 illər
Vəfat yeri Pella
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı şəkildə idarə olunan on əsgər, başsız yüz əsgəri döyəcək.
  • Dostlar arasında hər şey ümumi olmalıdır.
  • Dövlət o zaman möhkəm olur ki, qanunlara əməl edilsin.
  • Əbədi sevməyən sevmir.
  • Ədalətli və namuslu bir insanın dostluğu var-dövlət və zəngin maldan yaxşıdır.
  • Ən böyük müdriklik özünə hakim ola bilməkdir.
  • Əsl cəsarət ehtiyatlılıqdır.
 
Təvazökarlıq, səma övladları qarşısında ehtiram hissi - fani insanın qazana biləcəyi bütün mükafatlar arasında, mən deyirəm, ən müdrikidir; ən yaxşısıdır
  • Hər şey dəyişər. Hər şey yerini tapar və sonra yox olar.
  • Hər şey dostlar arasında paylaşılmalıdır. [1]
  • Hökmdarlar və həkimlər bəraət yaxud ittiham ilə əlaqədar hər cür kənar xahişləri qətiyyətlə rədd etməlidirlər. [2]
  • İnsanlar qanunları, ədalətin işləməsi və şiddətin onun köləsi olması üçün meydana gətirdi.
  • İnsanların ən ağıllısı öz yolu ilə gedir.
  • Qadının pisi qədər pis, yaxşısı qədər də yaxşı bir varlıq yoxdur.
  • Qanunları zənginlərin mənfəəti üçün edirsiniz.
  • Qəhrəmanlıq qəhrəmanla birgə ölmür, onun ömrü uzun olur.
  • Məşq hər şeydə insanların ən yaxşı müəllimidir.
  • Mühüm olan ruhdur. Gözəl bir çöhrədə gözəl bir ruh yoxdursa, nə fayda.
  • Ölənlərə deyil, həyatın çətinlikləri ilə ağır mübarizə üçün doğulanlara yas tutmalısan.
  • Padşah üç şeyi yadda saxlamalıdır: xalqı idarə edir, onları qanunlara uyğun idarə etməyə borcludur, əbədi olaraq idarə etməyəcək.
  • Pis qadından pis heç nə yoxdur; və yaxşısından heç vaxt yaxşı heç nə yaradılmayıb.
  • Pis adamın hədiyyələri heç vaxt xeyir gətirmir.
  • Səhvimiz çox zaman – tam səadətimizdir. Hər bir insanın həyatı ağrılar, qüssələrlə doludur. Qüssə və ağrılarında sonu olmur.
  • Şahlarla hakimlər bəraət və ya ittiham haqqında xahişlərə uymamalıdır.
  • Şirindil cinayətkar daha ağır cəzaya layiqdir, çünki o, riya və yalanı təzələməkdə daha mahirdir.
  • Təvazökarlıq, səma övladları qarşısında ehtiram hissi - fani insanın qazana biləcəyi bütün mükafatlar arasında, mən deyirəm, ən müdrikidir; ən yaxşısıdır.
  • Uğur həmişə ağıllı insanların tərəfində döyüşür.
  • Uğur sağlam düşüncəli insanları sevir.
  • Yaxşı insan əziyyət çəkəndə, özünü yaxşı hesab edən hər kəs onunla birlikdə əziyyət çəkməlidir.
  • Yaxşı insan həmişə ən yaxşısını seçər.

İstinadlar

redaktə
  1. [1] Цитаты и афоризмы.
  2. Xəzinə. Bakı, 1997, səh.121.