A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir şair deyirdi: "Birinci şah xoşbəxt döyüşçü idi!" İndiki maliyyə sülalələrimizin yaradıcılarına gəlincə, bəlkə də prozaik şəkildə deyə bilərik ki, birinci bankir xoşbəxt fırıldaqçı olub. Henrix Heyne
  • Böyük oğrular həmişə dürüst insanlar kimi görünürlər. Bir fırıldaqçı kimi görünən şəxsin dürüst insan olmaqdan başqa çarəsi olmadığını yaxşı başa düşürsünüz; əks təqdirdə, onu dərhal həbs edəcəklər. Ona görə də ilk növbədə dürüst sifətlərə diqqət yetirmək lazımdır. Jül Vern
  • Centlmenlə mən həmişə qismən böyük centlmen, fırıldaqçı ilə qismən fırıldaqçı olacağam. Otto fon Bismark
  • Dürüst insanın davranışı həmişə fırıldaqçıları narahat edir. Jan Jak Russo
  • Ehtiyac vicdanlı insanı fırıldaqçıya çevirir və əgər dünya hamı tərəfindən qəbul edilmiş dürüstlük anlayışına görə mühakimə etməyə başlasaydı, o zaman namuslu insan heç də insanların arasında olmazdı. Heç kim pislik üçün pislik etməz; hətta şeytanın özü də pislik edəndə özünəməxsus niyyətə malikdir və şər özü öz məqsədinə xidmət etmir. Heç kim bir cinayətdə elə bir dərəcədə sərtləşə bilməz ki, onu ləzzət naminə törədə bilsin; Hər pisliyin öz cəzası vardır. özünü sevmək, qürur, xəsislik varlıları fırıldaqçıya çevirir, ehtiyac isə kasıblara da elə gəlir. Daniel Defo
  • Əksər insanlar düzgün axmaqlar kimi yox, mahir fırıldaqçılar kimi tanınmağa üstünlük verir. Fukidid
  • Fırıldaqçılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər qazanc xatirinə düzgün insan olardılar! Bencamin Franklin
  • Fırıldaqçını hamının önünə çıxardın, o vicdanlı insan kimi hərəkət edəcək. Napoleon Bonapart
  • Güvən o qədər gözəl bir şeydir ki, hətta ən böyük fırıldaqçı belə onu bəxş edənə müəyyən hörmət bəsləyir. Mariya fon Ebner-Eşenbax
  • Hökmdar fırıldaqçılardan, şərəfsizlərdən, qəddarlardan, təcrübəsiz, savadsız və qorxaq adamlardan uzaq durmalıdır. Çanakya/Hökmdar
  • İnqilabı dahilər hazırlayır, fanatiklər həyata keçirir, fırıldaqçılar isə bəhrələnir. Otto fon Bismark
  • Mən içki içmirəm, siqaret çəkmirəm və şərait məni boş-boşluğa vadar edəndə cansıxıcılıqdan fırıldaqçı olmaqda qərarlı olmaq düzgündür. Corc Bernard Şou
  • Otaqda üç xanım və bir centlmen oturmuşdu. Mən pəncərənin yanında dayanmışdım. Aradan heç beş dəqiqə vaxt keçməmişdi, məndə belə bir təəssürat yarandı ki, onların hamısı – yaltaq və fırıldaqçılardır və onlar özlərini elə göstərirlər ki, başqalarının yaltaq və fırıldaqçı olduğunu guya bilmirlər. Çünki, bunu qəbul edən özünün də yaltaq və fırıldaqçıya olduğunu təsdiq etmiş olur. Çarlz Dikkens
  • Özü fırıldaqçı olmayan fırıldaqçılarla münasibət qurmağı xoşlamır. Jan Jak Russo
  • Pasportlar vicdanlı insanlara mane olmaq, fırıldaqçılara kömək etmək üçün yaradılıb. Jül Vern
  • Yadda saxlayın ki, tamahkar və fırıldaqçı adam vaxtında bu keyfiyyətlərindən əl çəkə bilməyib və nəticədə ölümə məhkum edilib. Bu, hamımızın öləcəyi faktı qədər dəyişməzdir. Çarlz Dikkens
  • Yüksək etibar- fırıldaqçı üçün birinci zəruriyyətdir. Aqata Kristi

İstinadlar

redaktə