Fridrix Engels
alman filosofu
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ancaq sevgi əsasında kəsdirilən nikah əxlaqi nikah hesab edilirsə, yalnız sevgini yaşadan nikah məhz əxlaqi nikah olaraq qalır.
- Azadlıq təbiət qanunlarından xəyali müstəqillikdə deyil, bu qanunları bilməkdə və bu biliklərə əsaslanaraq, təbiət qanunlarını sistemli şəkildə müəyyən məqsədlər üçün hərəkət etməyə məcbur etmək imkanındadır.
BRedaktə
- Başqa xalqa zülm edən xalq azad ola bilməz
ƏRedaktə
- Əmək bütün insan həyatının birinci əsas şərtidir, həm də o dərəcədə belə bir əsas şərtdir ki, biz müəyyən mənada deməliyik: insanın özünü əmək yaratmışdır.[1]
- Əmək sərvətin atası, torpaq isə anasıdır.
- Ən nəcib, ən ülvi və ən fərdi əzab məhəbbət əzabıdır.
- Əvvəl siz atəş edin Mösyö Burjuaziya.
HRedaktə
- Hər bir fərdi azad etmədən cəmiyyət özünü azad edə bilməz.
XRedaktə
- Xristianlıq, xüsusən də protestantlıq əmtəə istehsalının üstünlük təşkil etdiyi cəmiyyət üçün uyğun dindir.
İRedaktə
- İndiyə qədər mövcud olan bütün cəmiyyətin tarixi sinfi mübarizələrin tarixidir.
- İnsanlar yaşadıqları kimi düşünərlər.
- İstismarın ən bariz forması fahişəlikdir : burjuaziya hətta proletariata belə fiziki hücum edir... Qadın kişi şəhvətinin obyekti və uşaq yetişdirmək üçün maşın kimi istismar olunur.
MRedaktə
- Məhəbbətlə sıxılmayan əlin hərarətini anlamaq çətindir.
- Mənə mübarizə aparmaq müyəssər olmayan anda qismətim ölüm olsun.
NRedaktə
- Nə xoşbəxt o yoxsullara ki, digər dünya onlara verilmişdir. Tez ya da gec bu dünya da onlara veriləcək.
PRedaktə
- Proletariat o ictimai sinifə deyilir ki, həyat vasitələrini ancaq öz əməyini satmaq yolu ilə əldə edir, müəyyən bir kapitaldan mənfəət götürmək hesabına yaşamır. O elə bir sinifdir ki, onun xoşbəxtlik və bədbəxtliyi, həyatı və ölümü, bütün varlığı əməyə olan tələbdən, yəni işlərinin yaxşı və ya pis getməsindən, qarşısı heç bir şeylə alınmayan rəqabətin artıb-azalmasından asılıdır. Proletariat, yaxud proletarlar sinfi XIX əsrin zəhmətkeş sinfidir.
- Pul hər qapını açar, lakin bağlaya bilməz.
SRedaktə
- Sizcə, mövcud vəziyyətdən ümumi mülkiyyətə keçid necə həyata keçirilə bilər? Ümumi mülkiyyətin tətbiqinin birinci, əsas şərti demokratik konstitusiya vasitəsilə proletariatın siyasi azadlığıdır.
TRedaktə
- Tarixdə heç nə şüursuz şəkildə, arzuolunan məqsəd olmadan baş verməyib.
İstinadlarRedaktə
- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.84